Gürcüstan prezidenti və baş naziri Marneulidə keçirilən Novruz şənliklərində iştirak ediblər - FOTO | 1news.az | Xəbərlər
Dünya

Gürcüstan prezidenti və baş naziri Marneulidə keçirilən Novruz şənliklərində iştirak ediblər - FOTO

15:50 - 21 / 03 / 2016
Gürcüstan prezidenti və baş naziri Marneulidə keçirilən Novruz şənliklərində iştirak ediblər - FOTO

Gürcüstanda soydaşlarımızın yığcam yaşadıqları Marneuli şəhərində Novruz genişmiqyaslı bayram şənliyi ilə qeyd olunub.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Gürcüstanın müxtəlif bölgələrindən gəlmiş azərbaycanlılar üçün yaradılmış guşələrdə xalqımızın qədim tarixini, milli adət-ənənələrimizi əks etdirən atributlar nümayiş olunub.

Azərbaycanlıları bayram münasibətilə təbrik etmək üçün Marneuliyə gələn Gürcüstan prezidenti Giorgi Marqvelaşvili və baş nazir Giorgi Kvirikaşvili şənliklərdə iştirak ediblər. Bayram tonqalını alovlandıran dövlət və hökumət başçıları Novruz adət-ənənələri ilə tanış olublar.

Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn Prezidentə Novruz bayramının özəllikləri barədə məlumat verib. Gürcüstanın dövlət və hökumət başçıları samovar çayı içib, yumurta döyüşdürüb, şəkərbura və paxlavanın dadına baxıblar. Prezident və Baş nazir idmançıların çıxışlarını da izləyiblər

Giorgi Marqvelaşvili bu gözəl Bahar bayramı günündə Azərbaycan xalqına böyük uğurlar, firavanlıq və bolluq arzulayıb. Prezident Gürcüstanın, o cümlədən Marneulinin infrastrukturunun inkişafı, burada yaşayan azərbaycanlıların həyat səviyyəsinin yüksəldilməsi istiqamətində aparılan işlərin bundan sonra da davam etdiriləcəyini bildirib.

Baş nazir Gürcüstanda yaşayan azərbaycanlıların Novruz bayramını Azərbaycan dilində təbrik edib.

Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Paata Xzinaşvili, həmçinin digər hökumət nümayəndələri də azərbaycanlıları bayram münasibətilə təbrik ediblər.

Sonda incəsənət adamlarının iştirakı ilə maraqlı konsert proqramı təqdim edilib.

1news.az

Paylaş:
842

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEOBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45
Bütün xəbərlər