Ermənistan MN-in Administrasiya rəhbəri hərbi qulluqçuların mənzillərini ələ keçirib | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistan MN-in Administrasiya rəhbəri hərbi qulluqçuların mənzillərini ələ keçirib

19:36 - 06 / 01 / 2017
Ermənistan MN-in Administrasiya rəhbəri hərbi qulluqçuların mənzillərini ələ keçirib

Ermənistan Müdafiə Nazirliyi Administrasiyasının rəhbəri hərbi qulluqçuların mənzilini ələ keçirib.

1news.az APA-ya istinadən xəbər verir ki, Ermənistan Ordusunda xidmət edən hərbi qulluqçuların xeyli hissəsi uzun illərdir mənzil çatışmazlığı problemi səbəbindən evsiz-eşiksiz qalıblar:

““Super” güzəştləri və rəhbərliyə “yaxınlığı” ilə seçilənlərə mənzil probleminin aidiyyəti yoxdur. Xidməti səlahiyyətlərindən uğurla istifadə edən rəhbər işçilər “adamı və tanışı” olmayanların mənzillərini istədiyi vaxt zəbt edə və hüquqlarını tapdalaya, əmlakını mənimsəyə bilər. Ermənistan Müdafiə Nazirliyinin Administrasiya rəhbəri Qarnik Hayrapetyan da məhz belə qolu zorlulardandır. Bu günlərdə məlum olub ki, Yerevan şəhəri Nork məhəlləsi, Qyurcyan 58/1 ünvanındakı bina tam olaraq Ermənistan Müdafiə Nazirliyinin əməkdaşlarına aiddir. İllərlə növbə gözləyən hərbi qulluqçuların sayının minlərlə olmasına baxmayaraq, nazirliyin Administrasiyasının rəhbər işçiləri burada “güzəştl” şərtlərlə, heç bir növbə gözləmədən hər cür şəraiti olan mənzillərlə təmin ediliblər. Lakin uzun illərdən bəri həsrətlə növbədə gözləyən 7 hərbi qulluqçunun ailəsini bu binada mənzillə təmin etmək “mümkün olmayıb”.

Sayt yazır ki, Müdafiə Nazirliyinin Administrasiya rəhbəri bir mərtəbəni zəbt edib:

“Bildirilir ki, binanın hər mərtəbəsində 8 mənzil var. Q. Hayrapetyan sonuncu mərtəbəni tam zəbt etməklə yanaşı binanın dam hissəsini də ələ keçirib. O, burada özünün istirahəti üçün şərait də yaradıb. Deyilənlərə görə, orada hovuz da mövcuddur. Yeddi zabitin ailəsi kimə şikayət edəcəyini bilmir. Hara müraciət etsələr də, Müdafiə Nazirliyinin məmuru Q. Hayrapetyanın qorxusundan heç kim onları qəbul etmək istəmir”, - deyə sayt qeyd edir.

1news.az

Paylaş:
1142

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər