Sarkisyan Ter-Petrosyanı Qarabağ münaqişəsi ilə bağlı planı açıqladığı üçün qınayıb | 1news.az | Xəbərlər
Ermənistan

Sarkisyan Ter-Petrosyanı Qarabağ münaqişəsi ilə bağlı planı açıqladığı üçün qınayıb

12:01 - 29 / 12 / 2016
Sarkisyan Ter-Petrosyanı Qarabağ münaqişəsi ilə bağlı planı açıqladığı üçün qınayıb

“Ekspertlər, siyasi xadimlər zaman-zaman dövrəyə belə deyək ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı variantları irəli sürülər. Lakin həqiqətdə bu variantlar deyil, versiyalardır”.

Bu haqda Ermənistan prezidenti Serj Sarkisyan XİN-in təşkil etdiyi Yeni il qəbulu zamanı bildirib:

“Çox aydın şəkildə bəyan edirəm ki, indiyədək heç kəs açıq formada uzun zamandır müzakirə etdiyimiz variantı təqdim etməyib. Bu anlaşılan və qəbul ediləndir. Lakin təfərrüatlara gəldikdə bu zaman dolaşığa düşürlər və istəkləri barədə danışırlar”.

Onun sözlərinə görə, 2007-ci ildən Madrid prinsipindən başqa variant yoxdur. Bunun da iki səbəb var ki, cəmiyyət bundan məlumatlandırılmır.

Prezident qeyd edib ki, erməni tərəfi danışıqlar prosesində bir məqsədə qulluq edir – Dağlıq Qarabağ xalqı tərəfindən buranın (İrəvan tərəfindən idarə olunan separatçı rejim nəzərədə tutulur) müəyyən statusa nail olmasıdır. 

“Bu prinsipdən əl çəkməyəcəyik”, - deyə S.Sarkisyan bildirib.

Xatırladaq ki, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan iLur.am saytında dərc olunan məqaləsində bildirib ki, “Madrid-Qazan-Lavrov” variantı Dağlıq Qarabağ münaqişəsinin nizamalanmasından məna etibarilə əvvəlki variantlardan heç nəyilə fərlənmir.

“İlkin mərhələdə erməni tərəfi Azərbaycanın yeddi rayonundan Kəlbəcər və Laçın istisna olmaqla, beşini qaytarmalıdır. Daha sonra qoşunların yeni təmas xəttində sülhməramlı qüvvələr yerləşirilməlidir. Üçünçü mərhələdə isə Dağlıq Qarabağın statusunun beynəxalq dərəcədə tanınması bəyan ediləcək. Bundan sonra Ermənistanla Qarabağın blokadası ləğv ediləcək və Azərbaycan, Qarabağ, Ermənistan və mümkünsə Türkiyə ilə bütün kommunikasiya xətləri bərpa ediləcək. Və bütün bunlardan sonra Dağlıq Qarabağın tam statusu təyin ediləcək. Sonuncu mərhələdə Laçın dəhlizindən başqa, qalan iki rayon Azərbaycana qaytarılacaq”.

L.Ter-Petrosyan öz məqaləsində bildirib ki, 2007-ci ildən başlayaraq son illər ərzində Erməsnitan tərəfi ATƏT-in Minsk qrupunun həmsədləri, xüsusən də Rusiya ilə münaqişənin nizamlanması ilə bağlı bu istiqamətdə danışıqlar aparırlar.

1news.az

Paylaş:
980

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər