Ermənistanda “Nairit” kimya zavodu müflis elan olunub | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistanda “Nairit” kimya zavodu müflis elan olunub

17:02 - 01 / 12 / 2016
Ermənistanda “Nairit” kimya zavodu müflis elan olunub

Ermənistanın strateji müəssisələrindən sayılan “Nairit” zavodunun müflisləşdiyi elan olunub.

İrəvanın Şenqavit Rayon Məhkəməsi “Ermənistan Elektrik Şəbəkəsi”nin zavodla bağlı müraciəti əsasında bu qərarı qəbul edib.

Məlumata görə, 2009-cu ilin mayında zavodun elektrik enerjisi ilə təchiz edilməsi barədə müəssiəsə ilə şəbəkə arasında müqavilə imzalanıb. Həmin tarixdən indiyədək zavodun şəbəkəyə 2,5 milyon dollara yaxın borcu var. Zavod ötən müddət ərzində bu borcu ödəyə bilməyib.

Qeyd edək ki, “Nairit” kimya zavodu öz işçilərinin əmək haqqını ödəyə bilmir. Zavodun binası qarşısında ödənilməyən maaşların verilməsi barədə fəhlələr dəfələrlə etiraz aksiyası keçiriblər. Zavodun işçilərə borcu 15 milyon dollardır.

Xatırladaq ki, bu zavod Ermənistanın strateji müəssisələrindən sayılır. Zavodun sahibi "Rhinoville Property Limited" şirkətidir. "Nairit" xloropren kauçuk istehsal edir. 2014-cü ilin əvvəlində Ermənistan hökuməti zavodu qoruyub saxlamaq üçün Rusiyanın “Rosneft” şirkəti ilə danışıqlar aparıldığını bəyan etmişdi. Ancaq 2014-cü ilin sentyabrında Ermənistanın energetika naziri “Rosneft”in zavoda sərmayə qoymaq planlarından xəbərsiz olduğunu deyib.

"Rhinoville Property Limited" şirkətinə məxsus olan zavodun istehsal etdiyi məhsula tələbat azaldığından 2008-ci ildən istehsalatı dayandırıb.

News.am

Paylaş:
1015

Son xəbərlər

Qarabağda fəaliyyət göstərən sahibkarlara maliyyə yardımı ilə bağlı müraciətlər elektronlaşdırılıb01 / 05 / 2024, 17:49Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda təmsil olunub01 / 05 / 2024, 17:46Avropa çempionatına ilk dəfə azərbaycanlı nümayəndə təyinat alıb01 / 05 / 2024, 17:44Vilayət Eyvazov Yardımlıda qəbul keçirəcək01 / 05 / 2024, 17:34Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunun mükafat fondu açıqlanıb01 / 05 / 2024, 17:28İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib - YENİLƏNİB 201 / 05 / 2024, 17:17Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib - VİDEO01 / 05 / 2024, 16:49Dağlıq ərazilərdə şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA01 / 05 / 2024, 16:48COP29-un rəsmi saytı istifadəyə verilib01 / 05 / 2024, 16:47Motosikletlə dünya səyahətinə çıxan baykerlər Bakı Limanına çatıb01 / 05 / 2024, 16:39Azərbaycan Prezidenti KAICIID-in Baş katibini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 16:36İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib01 / 05 / 2024, 16:35Hərbi Dəniz Qüvvələrində NATO-nun nümayəndələri ilə görüş keçirilib01 / 05 / 2024, 16:20İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:47Kəlbəcərdə yük maşını aşıb, Türkiyə vətəndaşı ölüb01 / 05 / 2024, 15:37Prezident: Azad edilən ərazilərdə yeni məscidlər inşa edilir, dağıdılanların isə bərpa olunur01 / 05 / 2024, 15:35Prezident Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:33Prezident TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:21Qaradağda neft məhsulları tullantıları olan quyudan meyit tapılıb01 / 05 / 2024, 15:10Prezident ipoteka haqqında qanunu təsdiqlədi01 / 05 / 2024, 14:57
Bütün xəbərlər