İrəvanda silahlı qruplaşma təcili tibbi yardım briqadasını girov götürüb | 1news.az | Xəbərlər
Ermənistan

İrəvanda silahlı qruplaşma təcili tibbi yardım briqadasını girov götürüb

15:04 - 27 / 07 / 2016
İrəvanda silahlı qruplaşma təcili tibbi yardım briqadasını girov götürüb

Ermənistanın xüsusi təyinatlı qüvvələri İrəvanda silahlı qruplaşmanın ələ keçirdiyi post-patrul xidməti alayının binasına daxil olmağa cəhd göstərib.

1news.az-ın NEWS.am-a istinadla verdiyi xəbərə görə, əməliyyat nəticəsində qruplaşmanın güllə yarası alan başçısı Pavel Manukyanın və onun oğlunun vəziyyəti ağırdır. İnsident zamanı, həmçinin bir polis zabiti yaralanıb.

Ermənistan polisinin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyanın məlumatına əsasən, qruplaşma üzvləri Qaqik Yegiazaryan və Aram Akopyan könüllü olaraq hüquq mühafizə orqanlarına təslim olub. Bundan sonra silahlı qruplaşma üzvləri xəsarət alanlara yardım etmək məqsədilə hadisə yerinə gələn təcili tibbi yardım briqadasını – iki həkimi, feldşeri və tibb bacısını girov götürüb.

Hazırda silahlı qrupun digər üzvləri ilə girovları azad edərək təslim olmaları üçün danışıqlar aparılır.

Xatırladaq ki, iyulun 17-də bir qrup silahlı şəxs post-patrul xidməti polkunun binasını ələ keçirərək oradakı insanları girov götürüb. Hücum nəticəsində 1 polis öldürülüb, 6 nəfər, o cümlədən 5 polis əməkdaşı yaralanıb.

Binanı ələ keçirən silahlılar Prezident Serj Sarkisyanın istefasını və “Yeni Ermənistan” radikal müxalif İctimai Xilas Cəbhəsinin lideri Jirayr Sefilyanın azad olunmasını tələb edir. Hökumətlə danışıqlardan sonra iyulun 23-də qruplaşma üzvləri əllərində olan son girovları azadlığa buraxıb.

Mövzu ilə əlaqədar oxuyun:

İrəvanda silahlı müqavimətin yeni mərkəzlərini yaratmaqla hədələyirlər - FOTO

İrəvanda keçirilən mitinqdə Ermənistan prezidentinin istefası tələb edilir

İrəvanda kütləvi iğtişaşlar: 16 nəfər həbs olunub, 50 nəfər yaralanıb

İrəvanda etirazçıların yürüşü başlayıb - FOTO

1news.az

Paylaş:
1087

Son xəbərlər

İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublar - YENİLƏNİBBu gün, 10:16Bakıda iki yol qəzası baş verib, sıxlıq yaranıbBu gün, 10:03Belarus Prezidentinin ölkəmizə dövlət səfəri iki ölkə arasında müxtəlif sahələri əhatə edən münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir17 / 05 / 2024, 21:16Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş keçirilib - FOTO17 / 05 / 2024, 17:45DYP Cavanşir körpüsü üzərində hərəkətin məhdudlaşdırılması barədə müraciət edib17 / 05 / 2024, 17:25Aprelin 21-dəki buraxılış imtahanının nəticələri açıqlanıb17 / 05 / 2024, 17:08Kamran Əliyev Düşənbədə ikitərəfli görüşlər keçirib17 / 05 / 2024, 16:53Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA - YENİLƏNİB17 / 05 / 2024, 16:41Azərbaycan XİN Norveçi Konstitusiya Günü münasibətilə təbrik edib17 / 05 / 2024, 16:34Magistraturaya qəbulun yekun nəticələri açıqlanıb17 / 05 / 2024, 16:12Əlahiddə Ümumqoşun Orduda bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilir17 / 05 / 2024, 15:59Yağıntılı hava şəraiti nə vaxta kimi davam edəcək? - XƏBƏRDARLIQ17 / 05 / 2024, 15:42Kapital Bank-ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı17 / 05 / 2024, 15:36Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür17 / 05 / 2024, 15:19Gəncədə avtomobil qaçıran şəxs saxlanılıb17 / 05 / 2024, 14:58Baş Qərargah rəisi artilleriya bölmələrinin taktiki təlimini izləyib - FOTO17 / 05 / 2024, 14:41Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar17 / 05 / 2024, 14:20USTA MƏNƏM!” Peşəkar ustalıq müsabiqəsində iştirak etmək üçün Holcim şirkəti ölkənin ən yaxşı ustaları dəvət edir17 / 05 / 2024, 14:17İlham Əliyev qazaxıstanlı həmkarına zəng edib17 / 05 / 2024, 14:15Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilib17 / 05 / 2024, 14:01
Bütün xəbərlər