Ermənistandakı Metsamor AES: terrorçular üçün asan hədəf | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistandakı Metsamor AES: terrorçular üçün asan hədəf

22:52 - 14 / 07 / 2016
Ermənistandakı Metsamor AES: terrorçular üçün asan hədəf

Ermənistanda yerləşən Metsamor Atom Elektrik Stansiyası nüvə terrorçuları üçün asan hədəf olmaqla yanaşı bölgə və Avropa qonşuluğu üçün böyük təhlükə təşkil edir.

1news.az-ın verdiyi məlumata əsasən, bu haqda EurActive.com. saytında yerləşdirilən “Avropa üçün dialoq” analitik mərkəzinin direktoru və təsisçisi Eli Hacıyevanın müəllif məqaləsində deyilir.

“İŞİD terrorçularının İstanbulda yerləşən Atatürk hava limanına son hücumu narahatçılıq yaradan təhlükəli bir tendensiya haqda siqnal verir. Bu tendensiyaya əsasən yüksək strateji əhəmiyyətə malik olan obyektlər getdikcə daha tez-tez beynəlxalq terrorçu qrupların hədəfinə çevrilir.

Analoji hücum bir neçə ay əvvəl Belçikanın Zaventem hava limanında həyata keçirilmişdi. Bu da onu nümayiş etdirir ki, bəlkə də İŞİD Belçikada yerləşən nüvə stansiyasına hücum gerçəkləşdirməyi planlaşdırırdı.

Əgər 2001-ci ilin sentyabrın 11-də ABŞ-da baş verən faciə zamanı nüvə təhlükəsi uzaq təhlükə sayılırdısa, bu günlərdə İŞİD terrorçuları  tərəfindən uğurlu hücumun (nüvə obyektlərinə) ehtimalı daha artır”, - deyə sabiq Avropa Parlamentinin deputatı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təçkilatının əməkdaşı E.Hacıyeva qeyd edir.

Lakin Avropa Birliyinin tam sərhədində bir potensial hədəf var – Ermənistandakı Metsamor AES-i.

Müəllif təhlükə təşkil edə biləcək bir sıra amilləri sadalayır:

-        Soyutma mexanizminin yoxluğu köhnəlmiş nüvə reaktorunu asan hədəfə çevirir;

-        Arası kəsilməyən radioaktiv maddələrin qaçaqmalçılığı kirli bombanın yaradılması riskini yüksəldir;

-        Asılmış vəziyyətdə qalmış Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin ərazisi radioaktiv tullantıların saxlanılma yeri kimi istifadə olunur.

Eli Hacıyeva həm də zavodun 1976-cı ildə köhnə Sovet texnologiyası əsasında (Ukraynada yerləşən Çernobıl AES-nin bənzəri) tikildiyini, seysmik cəhətdən fəal ərazidə yerləşdiyini, qəza zamanı şüalanmanın geniş şəkildə yayılmasının qarşısını alan soyutma sisteminə malik olmamasını qeyd edir.

Avropa Birliyi Metsamor AES-ni “ən köhnə və ən etibarsız” reaktor, National Geographic dərgisi isə “dünyanın ən təhlükəli nüvə stansiyası” kimi qiymətləndirir.

“Obyek 1988-ci ildə baş verən zəlzələdən sonra bağlanmışdı, lakin 1990-cı illərdə Dağlıq Qarabağ müharibəsi dönəmində yenidən istifadəyə verilmişdi.

Avropa Birliyi mütəmadi olaraq, istifadə müddəti 2010-cu ildə bitmiş nüvə mərkəzinin tezliklə bağlanması haqda çağırışlar edib. 2012-ci ilə dair Avropa qonşuluq siyasəti çərçivəsində hazırlanan hesabatda Metsamor AES-in “beynəlxalq səviyyədə tanınmış nüvə təhlükəsizliyi səviyyəsinədək yeniləməyin mümkün olmadığı” qeyd edilir.

AB hətta Ermənistanın Metsamorun bağlanmasından sonra elektrik enerji təchizatında çətinlik çəkməməsi üçün (AES-in Ermənistanın elektrik enerji təchizatının 40% təmin edir) ölkəyə 200 milyon avro məbləğində maliyyə yardımı təklif etmişdi, lakin Ermənistan bu təklifdən imtina etmişdi.

Bundan əlavə, Ermənistanın stansiyanı 2016-cı ildə istifadədən çıxartmasını planlaşdırdığına baxmayaraq, bu yaxınlarda AES-in istifadə müddətinin 2026-cı ilədək uzadılacağı barədə bəyanat yayılmışdı.

Bu o deməkdir ki, stansiya hələ 10 il terrorçular üçün hədəf qismində qalacaq və Cənubi Qafqaz üçün təhlükə mənbəyi olacaq”, - deyə məqalədə vurğulanır.

1news.az

 

Paylaş:
2591

Son xəbərlər

Lənkəranda 13 yaşlı yeniyetmənin barmaqları ətçəkən maşında qalıbBu gün, 16:51Şərura dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:24XİN Azərbaycanın NATO ilə əməkdaşlığına dair paylaşım edibBu gün, 15:49DYP “Bakı Marafonu-2024” ilə əlaqədar sürücülərə müraciət edibBu gün, 15:25Maştağada adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıbBu gün, 15:09Qəzzada ölənlərin sayı 34 654 nəfərə çatıbBu gün, 14:55Tovuzda zəlzələ olubBu gün, 14:28Neftçilərə yeni mənzillər təqdim edilib - YENİLƏNİBBu gün, 14:18İlham Əliyev Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyibBu gün, 14:15Prezident Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair sazişi təsdiqləyibBu gün, 14:13Xankəndi Şəhər Prokurorluğu yaradılıb - SƏRƏNCAMBu gün, 14:11ABŞ Fondu minatəmizləmə işləri ilə əlaqədar Azərbaycana növbəti maliyyə dəstəyi göstərmək niyyətindədirBu gün, 13:59Sabunçuda köməkçi tikili yanıbBu gün, 13:35Səbaildə maşın oğurlayan şəxs saxlanılıbBu gün, 13:18Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanılıbBu gün, 13:04Bazar gününün hava proqnozuBu gün, 12:49Dünya fond bazarlarının əsas indeks göstəriciləriBu gün, 12:33Bakıda evdən 7 min manatlıq qızıl-zinət əşyası oğurlayan şəxs saxlanılıbBu gün, 12:23XRİTDX istifadəçilərə ödənişsiz sandbox sistemlərinə dair xəbərdarlıq edibBu gün, 12:11Yeni təhsil proqramları əsasında təsnifata yeni ixtisasın əlavə olunması halları müəyyənləşibBu gün, 11:56
Bütün xəbərlər