Zeynal Nağdəliyev: Prezident seçkilərin şəffaf keçirilməsi üçün icra hakimiyyəti orqanları qarşısında ciddi vəzifələr qoyub | 1news.az | Xəbərlər
Siyasət

Zeynal Nağdəliyev: Prezident seçkilərin şəffaf keçirilməsi üçün icra hakimiyyəti orqanları qarşısında ciddi vəzifələr qoyub

11:44 - 15 / 02 / 2018
Zeynal Nağdəliyev: Prezident seçkilərin şəffaf keçirilməsi üçün icra hakimiyyəti orqanları qarşısında ciddi vəzifələr qoyub

Prezident İlham Əliyev seçkilərin şəffaf keçirilməsi üçün icra hakimiyyəti orqanları qarşısında ciddi vəzifələr qoyub.

1news.az-ın trend-ə istinadən məlumatına görə, bunu  Prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri Zeynal Nağdəliyev dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə deyib.

Z.Nağdəliyev bildirib: "Biz həmişə çalışırıq ki, seçkiləri yüksək səviyyədə keçirək. Azərbaycan Prezidentinin siyasi iradəsi Azərbaycanda seçkilərin demokratik və şəffaf keçirilməsinə təkan verib".

Prezidentin köməkçisi deyib ki, seçkilərdə şəffaflığın təmin edilməsi məqsədilə Prezident İlham Əliyev mərkəzi və yerli icra hakimiyyəti orqanları qarşısında çox ciddi vəzifələr qoyub.

Z.Nağdəliyev deyib ki, Azərbaycanda hər dəfə seçkilərdə iştirak edənlərin ümumi çəkisinin artmasına nail olunub:

“Əsas vəzifə ondan ibarətdir ki, qanunvericilik pozulmasın, heç bir qanun pozuntusuna, saxtakarlığa yol verilmədən proses şəffaf keçirilsin. Azərbaycan dairə seçki komissiyalarına yaradılan şərait baxımından dünyada nümunəvi ölkə rolunu oynayacaq, çünki dairə seçki komissiyaları üçün çox yüksək şərait yaradılıb, ən yeni binalar, ən yeni məkanlar təsis olunub ki, seçicilər rahat şəkildə səsvermədə iştirak etsinlər. Artıq biz maddi-texni bazadan, şəraitdən danışmırıq, çünki bu məsələlər öz həllini çoxdan tapıb”.

PA rəsmisinin sözlərinə görə, yerli icra hakimiyyəti orqanlarına tapşırıq verilib ki, namizədlərin təşviqat aparması üçün yerlərə baxış keçirilsin və siyahı KİV-də dərc edilsin.

1news.az

Paylaş:
533

Son xəbərlər

Bakıda taxta bazarı yanır, əraziyə polislər cəlb olunub - YENİLƏNİBBu gün, 17:40İcma: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 17:25Cavanşir Məmmədov dəfn olunub - YENİLƏNİB 1Bu gün, 16:41Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 16:39Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53
Bütün xəbərlər