“Zərif” restoranı “İçəri şəhər etüdləri” müsabiqəsinin qaliblərini mükafatlandırıb – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Zərif” restoranı “İçəri şəhər etüdləri” müsabiqəsinin qaliblərini mükafatlandırıb – FOTO

11:35 - 11 / 11 / 2017
“Zərif” restoranı “İçəri şəhər etüdləri” müsabiqəsinin qaliblərini mükafatlandırıb – FOTO

İçəri şəhər hər zaman özündə tarixin sirlərini saxlayan, sonu görünməyən labirintə bənzər daşlı dalanlarının cazibəsindən xüsusi mənəvi zövq alan yaradıcı insanların ilham mənbəyi olub.

Lakin Köhnə şəhəri təsvir etməyə çalışan hər bir rəssam öz fərdi yanaşmasını sərgilədiyindən iki eyni rəsmlə qarşılaşmaq mümkün deyil.

“Zərif” restoranı bu yaxınlarda “İçərişəhir” Dövlət Tarixi-Mermarlıq Qoruğunun və Əli Şəmsi təsviri incəsənət studiyasının dəstəyi ilə “İçəri şəhər etüdləri” müsabiqəsini elan edib.

Müsabiqədə iştirak etmək arzusunda olan hər kəs, İçəri şəhərin yağlı boya, akvarel və akril ilə işlədikləri əsərlərinin fotoşəkillərini təşkilatçıların elektron ünvanına göndərə bilirdilər. Müraciətlərin qəbul vaxtı bitdikdən sonra göndərilmiş foto-şəkillərin ən maraqlı olanları  seçilərək “Zərif” restoranında təşkil olunmuş sərgidə iştirak etmək üçün təqdim edilib.

Restoran administrasiyasının sözlərinə görə nəzərə alsaq kı, bu cür tədbirlər təşkil olunarkən adətən, tədbirin keçirildiyi məkanda tədbir üçün müəyyən miqdarda vəsait tələb olunur ki, bu vəsaitin bir hissəsini iştirakçıların özləri ödəməli olurlar. Lakin “Zərif” restoranı sözügedən sərgini sırf gənc və perspektivli rəssamlara dəstək, onların işlərini nümayiş etdirmək və ictimailəşdirmək məqsədilə tamamilə ödənişsiz təşkil edir.

Bundan əlavə, qaliblər üçün pul mükafatları və prizlər də nəzərdə tutulub ki, gənc istedadlar gələcəkdə yaradıcılıqlarını inkişaf etdirmək üçün müəyyən ləvazimatların, boya, kətan, molbert və digər rəssama lazımlı materialların alınması üçün istifadə etsinlər.

Beləliklə ilk üç yeri qazanmış qaliblər: Elçin, Oksana və Zöhrab – yüksək müvafiq olaraq 1500, 1000 və 1500 manatla təltif ediliblər.

Qeyd edək ki, “Zərif” restoranı, paytaxtımızın sakinlərinə və qonaqlarına Azərbaycan mətbəxtinin ləziz yeməklərini ən geniş çeşiddə təqdim edə bilən nadir restotanlardan biridir.

Burada öz işini mükəmməl bilən və sevgi ilə yanaşan aşpazlar çalışmaqdadır. Eyni zamanda elə restoranın öz aşpazının ekslüziv reseptlərkə hazırladığı çörəl çeşidlərinin dadına baxmaq da olar.

Restoranın birinci mərtəbəsində fast-food zonası yerləşməkdədir. İkinci mərtəbədə banket zalı və dam hissəsində isə – yay aylarında açıq havada təmiz hava ala biləcəyiniz möhtəşəm şəhər mənzərəsi görünən lounge terrasa xidmət göstərməkdədir. Eləcə də qarlı günlərdə masa arxasında, qarşınızda ətirli çay əyləşəcək Köhnə Bakıya yağan qarın dənəciklərinin şəhərimizi necə örtməsinin möhtəşəm mənzərəsini izləmək üçün qış terrasa da xidmətinizdədir.

“Zərif” restoranı İçəri şəhərin mərkəzində, məşhur Azərbaycan rəssamı Əli Şəmsinin evinin qarşısında, Kiçik Qala 88 ünvanında yerləşir.

Masaları rezerv etmək üçün (+99450)  707-00-50 nömrəsinə zəng edərək bu təkrarolunmaz məkanın rahatlığından və əsrarəngiz mühitindən həzz ala bilərsiniz.

Reklam hüququnda

Paylaş:
3191

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ23 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik23 / 04 / 2024, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldı23 / 04 / 2024, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTO23 / 04 / 2024, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb23 / 04 / 2024, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik23 / 04 / 2024, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik23 / 04 / 2024, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi23 / 04 / 2024, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıb23 / 04 / 2024, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var23 / 04 / 2024, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”23 / 04 / 2024, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşüb23 / 04 / 2024, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik23 / 04 / 2024, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür23 / 04 / 2024, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTO23 / 04 / 2024, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edir23 / 04 / 2024, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edib23 / 04 / 2024, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEO23 / 04 / 2024, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİB23 / 04 / 2024, 13:55
Bütün xəbərlər