Zelenski ilə Poroşenko arasında reytinq fərqi azalıb | 1news.az | Xəbərlər
Siyasət

Zelenski ilə Poroşenko arasında reytinq fərqi azalıb

13:25 - 19 / 04 / 2019
Zelenski ilə Poroşenko arasında reytinq fərqi azalıb

Ukraynada prezident seçkilərinin ikinci turuna iki gün qalmış namizədlərin reytinqi açıqlanıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Mixail Draqomanova adına Sosioloji Araşdırmalar Mərkəzinin açıqladığı sorğunun nəticələrinə görə, seçicilərin 54 faizi Vladimir Zelenskiyə, 44,1 faizi isə Petro Poroşenkoya səs veriblər. Sorğuda iştirak edənlərin 15 faizi isə hələ namizədini müəyyənləşdirmədiyini açıqlayıb.

Səsvermədə iştirak edənlərin 55,8 faizi seçki məntəqələrinə dəqiq gedəcəyini, 17,6 faizi isə tərəddüd edərək çox güman ki, gedəcəyini bildirib.

Qeyd edək ki, Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək. Aprelin 19-da Kiyevin mərkəzi “Olimpiya” stadionunda hər iki namizədin iştirakı ilə debat olacaq. Ukrayna Daxili İşlər Nazirliyi debatlarda təxminən 60 min seçicinin iştirak edəcəyini proqnozlaşdırır. Debatın təhlükəsizliyinə 10 mindən çox polis qüvvələri cəlb ediləcək.

1news.az

Paylaş:
494

Son xəbərlər

Bakıda növbəti ümumşəhər iməciliyi keçirilib - YENİLƏNİBBu gün, 18:02Bakıda taxta bazarı yanır, əraziyə polislər cəlb olunub - YENİLƏNİBBu gün, 17:40İcma: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 17:25Cavanşir Məmmədov dəfn olunub - YENİLƏNİB 1Bu gün, 16:41Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 16:39Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53
Bütün xəbərlər