Zaxarova: Lavrov Bakıda Qarabağ münaqişəsini müzakirə edəcək | 1news.az | Xəbərlər
Siyasət

Zaxarova: Lavrov Bakıda Qarabağ münaqişəsini müzakirə edəcək

13:09 - 13 / 12 / 2018
Zaxarova: Lavrov Bakıda Qarabağ münaqişəsini müzakirə edəcək

Azərbaycan və Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrlərinin köməyi ilə xalqları sülhə hazırlamaq üçün konkret addımlar atmalıdırlar.

1news.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Bu, konkret addımlardan ibarət kompleks tədbirlərdir. Bu addımların işlənməsi lazımdır. ATƏT-in Minsk qrupu həmsədrlərinin köməkliyi ilə bununla tərəflər məşğul olmalıdırlar”, Zaxarova deyib.

Həmçinin, o, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə aktiv təmasları, sonuncu Milan və Sankt-Peterburq görüşlərini şərh edib:

“Əlbəttə dialoq var. Sözsüz. Burada heç bir rəsmi bəyanat lazım deyil, çünki aydındır ki, qeyd olunan sənədlər qəbul olunduqdan və sözügedən əlaqələrdən sonra açıq bir dialoq var, bu, aparılır. Rusiya tərəfi həmsədr dövlət olaraq əsas məqsədə nail olmaq üçün müsbət dinamikanın inkişafına kömək edəcəyik".

O, Lavrovun Bakıya səfəri zamanı da Dağlıq Qarabağ münaqişəsinin müzakirə ediləcəyini vurğulayıb: 

"Rusiya xarici işlər nazirinin bölgəyə, Bakıya və İrəvana səfərləri zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli həmişə əsas mövzulardan biri olub.  Bu, əlbəttə ki, Rusiyanın həmsədr dövlət olması və bu mövzunin hər iki ölkə üçün əsas olması ilə bağlıdır".

P.Sultanova

Paylaş:
567

Son xəbərlər

Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Cavanşir Məmmədovla vida mərasimi keçirilirBu gün, 15:56Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10
Bütün xəbərlər