Zakir Həsənov Hərbi Hava Qüvvələrinin komandanlığına tapşırıqlar verib – FOTO – VİDEO
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhə bölgəsində bazalaşdırılan yeni helikopter hərbi hissəsində olub.
1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, uçuş və texniki heyətlə görüşən Müdafiə naziri ordu aviasiyasının döyüşə hazırlıq səviyyəsi, onun imkanları və effektiv tətbiqi vəziyyətini yoxlayıb.
General-polkovnik Z.Həsənov hərbi pilotların uçuş praktikası, onların təlim-məşq hazırlığının plana müvafiq şəkildə həyata keçirilməsi ilə bağlı Hərbi Hava Qüvvələrinin komandanlığı qarşısında tapşırıqlar qoyub.
S.Xankişiyeva
1248