Zabit Səmədov: “Makqreqoru rəqib kimi görmürəm” | 1news.az | Xəbərlər
İdman

Zabit Səmədov: “Makqreqoru rəqib kimi görmürəm”

22:47 - 18 / 01 / 2018
Zabit Səmədov: “Makqreqoru rəqib kimi görmürəm”

Dünən “YARAT” Müasir İncəsənət Mərkəzində tanınmış idmançı, kikboksçu Zabit Səmədovla görüş keçirilib.

1news.az Oxu.az-a istinadən xəbər verir ki, görüşdə Zabit Səmədov karyerası, keçirdiyi qarşılaşmalar, qazandığı nailiyyətlər barədə iştirakçılara məlumat verib.

Tanınmış idmançı “YARAT” Müasir İncəsənət Mərkəzində açılan “Dağılaraq zirvələrə doğru qalxırıq” adlı sərgi ilə tanış olub.

Tədbirdən sonra Zabit Səmədov saytımıza müsahibə verib:

– Pərəstişkarlarınızla görüş barədə nə deyə bilərsiniz?

– Belə görüş ikinci dəfədir baş tutur. İlk dəfə may ayında olmuşdu. Sağolsun, “YARAT” Mərkəzi mənə bunun üçün imkan yaratdı. Görüşə gələnlərə təşəkkürümü bildirirəm. Ümumiyyətlə, mən hər zaman, hətta şəhərdə gəzəndə də xalqımın dəstəyini və sevgisini hiss edirəm. Əlbəttə ki, bu da məni qürurlandırır. Bu, döyüşlərimə də təsir edir.

–​ Hansı sual sizin üçün daha yaddaqalan oldu?

– Bir gəncin “mən də sizin kimi olmaq, qorxmamaq üçün neyləyə bilərəm” sualı yadımda qaldı. Əlbəttə ki, belə sual gözləmirdim. Gözəl sual idi. Mən də ona cavab verdim.

– Qarşıda hansı yeni layihələriniz var?

– Bildiyiniz kimi, mən artıq Azərbaycanda yaşayıram (xatırladaq ki, o, Gürcüstanda doğulub və 10 yaşında Belarusun paytaxtı Minskə köçüb – S.T.). Ölkə başçısı İlham Əliyev sayəsində mənə vətəndaşlıq verildi. Daha sonra dekabrda prezidentimiz Bakıda mənə mənzil bağışladı. Hazırda burada idman klubu açmaq istəyirəm və buna dəstək var. Bu idman klubunun açılması üçün Gənclər və İdman Nazirliyi tərəfindən yer verilib. Hazırda orada təmir işləri gedir. Klubun açılışı ilə bağlı tədbir planlaşdırırıq. Aprel-may aylarında açılış edəcəyik. Mən də istəyirəm ki, bizim gənclər gəlib orada məşq etsin. Bu klubdan dünya və Avropa çempionlarının çıxmasını, onların bayrağımızı irimiqyaslı turnirlərdə dalğalandırmasını istəyirəm.

– Klubun adı nə olacaq və hansı ünvanda yerləşəcək?

– Klubun məkanı Tbilisi prospektindəki Heydər Əliyev adına İdman Sarayıdır. Adı da “Zabit” İdman Klubu olacaq.

– Burada təkcə kikboksinq idman növü üzrə məşqlər mümkün olacaq?

– Belə deyim ki, klubda döyüş idman növləri olacaq. Muay tay, kikboksinq idman növlərinin fəaliyyət göstərməsi nəzərdə tutulub. Qaydasız döyüş növləri də ola bilər.

– Hansı böyük yarışlara hazırlaşırsınız?

– Təbii ki, öz xalqımın gözü qarşısında bir beynəlxalq yarışın olmasını çox istəyirəm. Qismət olsa, belə bir yarış keçirməyi istəyirik. Bundan başqa, ölkə xaricindən də təkliflər var. Apreldə Filippində keçiriləcək bir turnirə dəvət almışam. Hazırda o turnirin müqaviləsi ilə məşğulam. Alınsa, o turnirdə döyüşəcəyəm. 23 avqustda isə Əhməd Qədirovun doğum gününə həsr olunmuş ənənəvi turnirdə iştirak edəcəyəm. Bildiyiniz kimi, Çeçenistanın mərkəzi şəhəri olan Qroznıda fəaliyyət göstərən “Əhməd” klubunun hazırda həm prezidenti, həm də döyüşçüsüyəm.

– Müsahibələrinizdən birində demişdiniz ki, irlandiyalı MMA döyüşçüsü Konor Makqreqorla görüşə bilərsiniz...

– Yox, yox, onun haqda heç nə deməmişəm. Birincisi, Makqreqorun çəkisi yüngüldür. İkincisi, o, qaydasız döyüşdə yarışır, mən isə kikboksinqdə.

– Onsuz da Makqreqor üçün fərqi yoxdur. O, rinqdə boksçu Floyd Meyvezer ilə də döyüşüb.

– Belə baxanda, mənim üçün də fərqi yoxdur (gülür). Makqreqor mənə döyüşməyi təklif etsə, əlbəttə, razı olaram. Mən onu rəqib kimi görmürəm.

1news.az

Paylaş:
705

Son xəbərlər

Şuşaya ilkin mərhələdə köçürülən şəxslərin sayı açıqlandıBu gün, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıbBu gün, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verirBu gün, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyasıBu gün, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilibBu gün, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıbBu gün, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıbBu gün, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, araşdırma aparılırBu gün, 14:30Sadır Japarov: İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyini inamla qururBu gün, 14:16İlham Əliyev: Qırğız Respublikası ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyırBu gün, 14:02Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİBBu gün, 14:00Qırğızıstan Ağdamda məktəb binası inşa edəcəkBu gün, 13:58Taleh Kazımov ABŞ Xəzinədarlıq Departamenti ilə maliyyə sabitliyini müzakirə edibBu gün, 13:33Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası keçirilib - FOTO - YENİLƏNİBBu gün, 13:31Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıbBu gün, 13:19ABŞ nümayəndələri “ASAN xidmət”də olub - FOTOBu gün, 12:46Məhkəmə MMA döyüş növü üzrə tanınmış baş məşqçi və üç idmançı barədə qərar qəbul edibBu gün, 12:32Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilibBu gün, 12:06
Bütün xəbərlər