Yusif bin Həsən Yusif əl-Saai: Azərbaycana səfər edən qətərli turistlərin sayını artırmaq istəyirik | 1news.az | Xəbərlər
Müsahibə

Yusif bin Həsən Yusif əl-Saai: Azərbaycana səfər edən qətərli turistlərin sayını artırmaq istəyirik

11:30 - 13 / 12 / 2017
Yusif bin Həsən Yusif əl-Saai: Azərbaycana səfər edən qətərli turistlərin sayını artırmaq istəyirik

Son illər Azərbaycanla ərəb ölkələri arasında əlaqələr sürətlə inkişaf edir. Bu ölkələr arasında Qətər xüsusi yer tutur.

Azərbaycanla Qətər arasında siyasi və iqtisadi əlaqələrin hazırkı durumu və inkişafı, iki ölkə arasında turizm sahəsində əməkdaşlıq, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Qətərin mövqeyi və digər məsələlərlə bağlı suallarımızı Qətərin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Yusif bin Həsən Yusif əl-Saai cavablandırıb.

- Cənab səfir, bir müddətdir artıq Azərbaycandasınız, ölkəmiz barədə təəssüratlarınız nədən ibarətdir?

- Azərbaycan gözəl ölkə, onun səxavətli xalqı isə qonaqpərvərdir. O, Qərb və Şərq arasında ticarət və enerji marşrutlarının kəsişdiyi regionda yerləşməklə Avropa ilə Asiya və eyni zamanda İslam və xristian dünyaları arasında təbii körpü rolunu oynayır.

- 2017-ci il başa çatmaq üzrədir. Bu ili iki ölkənin münasibətləri baxımından necə xarakterizə etmək olar?

- Qətər  və Azərbaycan arasında əlaqələr özünəməxsusluğu ilə seçilir və əlaqələrimiz bütün sahələrdə inkişaf edir. Bu əlaqələr ötən il ərzində böyük sıçrayış edib. Bu il yanvarın 31-də Qətər hökuməti ilə Azərbaycan hökuməti arasında iqtisadi, ticari  və texniki əməkdaşlıq birgə komissiyasının Bakı şəhərində ilk toplantısı keçirildi və orada iki ölkə üçün  qarşılıqlı əhəmiyyət kəsb edən məsələlər müzakirə edildi.

Azərbaycan prezidenti İlham Əliyev cənablarının fevralın 27-də Dohaya tarixi səfəri iki ölkə arasındakı əlaqələrə böyük bir təkan verdi. Bu hadisələr iki ölkə arasında mövcud olan qarşılıqlı hörmət və ehtirama söykənən investisiya və ticarət sahələrində əməkdaşlıq əlaqələrinin inkişafı və yeni perspektivlərin açılması üçün yeni imkanlar yaradır ki, bu da hər iki tərəfin səmimi istəyindən irəli gəlir.

- İqtisadi-ticarət əlaqələri barədə nə deyə bilərsiniz? Bu sahədə inkişafa nail olmaq üçün hansı yeni planlar var?

- Son zamanlarda, xüsusilə də Qətər dövləti blokadaya məruz qaldıqdan sonra ticari əlaqələr  əhəmiyyətli dərəcədə inkişaf edir. Bu da blokadadan irəli gələn çətinliklərin aradan qaldırılması çərçivəsində bir sıra Azərbaycan şirkətlərinin ərzaq məhsullarını Qətər bazarlarına çatdırmasında əksini tapıb. 

- Cənab səfir, Qətər iqtisadiyyatının əsasını neft və qaz hasilatı təşkil edir. Dünya bazarlarında neftin ucuzlaşması Qətər iqtisadiyyatına necə təsir göstərib? Bu baxımdan OPEC-in neft hasilatını azaltmaqla bağlı qərarını necə qiymətləndirirsiniz?

- Şübhə yoxdur ki, neftin qiymətinin ucuzlaşması neft ölkələrinin iqtisadiyyatına təsir edib. Amma Qətər gəlirlərin intersifikasiyasına nail olub və bu da böhranla bağlı problemlərin aradan qaldırılmasına imkan verib. Neftin qiymətinin enməsi  neft və qaz gəlirlərinə əsaslanmaq əvəzinə  Qətər iqtisadiyyatının intersifikasiyası üçün bir fürsət olub.

Qeyd etmək lazımdır ki, ötən il OPEK-ə rəhbərliyi ərzində Qətər bu təşkilatdakı müxtəlif  qüvvələr arasında istehsalın azaldılmasında razılığa nail olunması üçün səylər göstərib.

- Son vaxtlar Azərbaycana ərəb ölkələrindən gələn turistlərin sayında artım müşahidə olunur. Bu sahə iki ölkənin əməkdaşlıq sahələri arasında hansı yerdədir? Turizm sahəsində əlaqələrin inkişafı üçün daha hansı addımlar atıla bilər?

- İki ölkənin turizm qurumları Azərbaycana gələn qətərli turistlərin sayının artması, onlara yüksək səviyyəli xidmət göstərilməsi və bəzi hallarda rastlaşdıqları çətinliklərin aradan qaldırılması üçün əməkdaşlıqlarını genişləndirirlər.

Bunlara baxmayaraq qətərli turistlər bəzi çətinliklərlə qarşılaşırlar və onlar arasında ən başlıcası səfər müddətinin  on gündən artıq davam etdiyi zaman onların miqrasiya idarəsində qeydiyyata alınmasıdır, baxmayaraq ki, giriş vizasının müddədi 30 gündür. Buna görə də, bu çatışmazlıqların və gözlənilməz çətinliklərin aradan qaldırılması  üçün inkişaf etmiş dövlətlərin təcrübəsindən istifadə etmək lazımdır.

- Dağlıq Qarabağ münaqişəsi ilə bağlı rəsmi Dohanın mövqeyi necədir?

- Qətər dövləti Azərbaycanın ərazi  bütövlüyünü dəstəkləyir və Qarabağ probleminin siyasi yollarla, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə müvafiq olaraq  həllini dəstəkləyir. Bu münaqişənin həlli Cənubi Qafqaz strateji regionunda sabitlik və təhlükəsizliyə xidmət edir.

- 2018-ci ildə iki ölkənin münasibətlərinin inkişafında əsas istiqamətlər hansılar olacaq?

- İki ölkə arasında  özünəməxsus əlaqələr fonunda  müxtəlif sahələrdə əməkdaşlığı möhkəmləndirmək üçün çalışacağıq ki, bu da iki dost xalqın mənafeyinə uyğundur. Məqsədimiz yaxın gələcəkdə ticarət mübadiləsini genişləndirmək, iqtisadi və investisiya sahələrində əməkdaşlığı artırmaq, hər iki ölkənin məsul şəxslərinin rəsmi və dövri səfərlərini, iki ölkənin iqtisadi qurumları arasında konfransların, sərgilərin keçirilməsini dəstəkləməkdir.

Eyni zamanda, Azərbaycana səfər edən qətərli turistlərin sayını artırmaq və onlara yüksək səviyyəli xidmətlərin göstərilməsi üçün iki ölkənin turizm və səyahət qurumları arasında əlaqələri genişləndrmək istəyirik.

- Yaxın günlərdə qarşılıqlı olaraq yüksək səviyyəli səfərlərin həyata keçirilməsi gözlənilirmi?

- Qeyd etdiyim kimi, Azərbaycan prezidenti İlham Əliyev bu il fevralın 27-də Qətərə səfər edib. İki ölkə arasında özəl əlaqələr olduğuna görə yaxın zamanda yüksək səviyyəli qarşılığlı səfərlərin olacağını da gözləyirik.

Pərvanə Sultanova

Paylaş:
1601

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər