Yevlax sakini çətənə kolu oğurlayan zaman güllələnib | 1news.az | Xəbərlər
Cəmiyyət

Yevlax sakini çətənə kolu oğurlayan zaman güllələnib

18:43 - 26 / 09 / 2017
Yevlax sakini çətənə kolu oğurlayan zaman güllələnib

Sentyabrın 23-də saat 6 radələrində Yevlax rayonunun Havarlı kənd sakini Bəkir Bəkirovun güllə yarası (qırma) ilə Mingəçevir şəhər Xəstəxanasına gətirilməsi barədə Yevlax Rayon Polis Şöbəsinə məlumat daxil olub.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, dərhal Yevlax RPŞ-nin əməliyyat qrupu xəstəxanaya yollanıb.

Lakin B.Bəkirov polis əməkdaşlarına hadisənin hansı zəmində və kim tərəfindən törədilməsi barədə nədənsə həqiqətə uyğun olmayan məlumatlar verib, tanımadığı şəxslər tərəfindən vurulduğunu bildirib.  

Həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri ilə  B.Bəkirovun rayon ərazisindəki təsərrüfatların birindən oğurluq etməyə cəhd göstərən zaman odlu silahdan açılan atəş nəticəsində yaralandığı məlum olub.

Müəyyən edilib ki, B.Bəkirovun Hacıselli kəndinin ərazisində Abbas İsmayılova və qardaşı Röyala məxsus pay torpaq sahəsində tərəvəz məhsullarının yetişdirildiyi yerdə kultivasiya yolu ilə narkotik tərkibli bitkilər əkib-becərdikləri barədə məlumatı olub. Həmin gün saat 2 radələrində həmkəndliləri, əvvəllər məhkum olunmuş Savalan Qasımov və Əhməd Mahmudzadə ilə birgə həmin təsərrüfatdan 20 ədəd çətənə kolunu oğurlayıb aparmaq istəyərkən Abbas İsmayılov ov tüfəngindən atəş açaraq Bəkir Bəkirovu yaralayıb.

İstintaq-əməliyyat qrupu tərəfindən hadisə yerinə baxış keçirilib, oradan B.Bəkirova məxsus “İJ” markalı tüfəng aşkar edilərək götürülüb.

Təxirəsalınmaz tədbirlərlə S.Qasımov, Ə.Mahmudzadə, A.İsmayılov və Röyalın yerləri müəyyən edilib, onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib.

A.İsmayılovdan “TOZ-16” markalı tüfəng götürülüb.

Faktla əlaqədar cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri aparılır.

Babək Cahandarov

Paylaş:
576

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər