Yerevanda “Frankofoniya” sammiti: Makron istəyinə nail oldu | 1news.az | Xəbərlər
Siyasət

Yerevanda “Frankofoniya” sammiti: Makron istəyinə nail oldu

12:55 - 16 / 10 / 2018
Yerevanda “Frankofoniya” sammiti: Makron istəyinə nail oldu

Bir neçə gün öncə Yerevanda Frankofoniya Beynəlxalq Təşkilatının 17-ci zirvə görüşü çərçivəsində bir sıra dövlət və hökumət başçıları toplaşdı. Post-sovet ölkələrindən bu təşkilatda Moldova və Ermənistan təmsil olunub.

Beynəlxalq müşahidəçilərin fikrincə, sammit əsas təşkilatçılarının – Fransa və Kanada arasında anlaşılmazlıq və mübarizə şəraitində keçib. Sammitin baş katibi vəzifəsinə Ruanda təmsilçisinin seçilməsi isə insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlar tərəfindən ciddi tənqidlə qarşılanıb.

Milli Məclisin üzvü, Azərbaycan-Lüksemburq parlamentlərarası dostluq qrupunun rəhbəri Elmira Axundova ilə sammit və onun yekunları ilə bağlı danışdıq:

- Elmira xanım, Yerevanda keçirilən –Frankofoniya Beynəlxalq Təşkilatının 17-ci zirvə görüşünü necə qiymətləndirirsiniz?

- Bu təşkilatın başlanğıcı XX əsrin 60-cı illərinə təsadüf edir. O vaxt Fransa əksəriyyəti Afrikadan olan müstəmləkələrinə müstəqillik bəxş etmişdi. 1960-cı illərin əvvəlində bu ölkələrin liderləri keçmiş metropoliya ilə həmrəyliyi və bir sıra əlaqələrin saxlanılması istiqamətində müxtəlif layihələr təqdim edir. Bu ideya Frankofoniyanın 1986-cı ildə Parisdə baş tutan ilk sammitində formalaşdı. Bundan sonra təşkilat inkişaf edərək müəyyən təsir və statusa malik oldu. Burada istər siyasi, regional, istərsə də hüquqi məsələlərlə məşğul olurlar. 2005-ci ildə təşkilatın yeni nizamnaməsi – Xartiyası qəbul olundu ki, burada da əsas məsələ insan hüquqları və onların hər hansı formada pozulmasının yolverilməzliyi oldu.

Fotoda: Milli Məclisin deputatı, Xalq yazıçısı Elmira Axundova.

- Bununla əlaqədar olaraq ilk sual yaranır: sammitin təşkilatçıları, ilk növbədə ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransa bu tədbirin təcavüzkar ölkədə keçirilməsinə neçə imkan yaradıb? Bu ölkə başqa dövlətin ərazisini işğal edərək bütün beynəlxalq normaları pozub. Bu ölkə 1 milyon dinc sakini öz doğma yurdların qaçqın və məcburi köçkünə çevirərək Xocalı qətliamını tərədib və hələ də Azərbaycan topraqlarından ərazi iddialarından əl çəkmir.

- Bəli, haqlısınız. Konferensiyanı təşkil edənlər buna göz yumdular. Açılış mərasimində Paşinyanın dünya dəyərlərindən, demokratiya və insan hüquqlarına hörmətdən danışması isə gülüş doğurur. Sizin sualınıza – sammitin ev sahibi kimi niyə məhz Ermənistanı seçməsi məsələsinə gəlincə, burada əlbəttə ki, Fransanın nüfuzlu erməni diasporunun təsiri də çox olub.

Nahaq yerə deyil ki, Emmanuel Makron Fransada erməni diasporunun bayraqdarı hesab edilən mərhum Şarl Aznavura aid kitab, ya da bukleti həssascasına ürəyinə basmışdı. Deyinlənlərə görə, sammitin Ermənistanda keçirilməsi ideyası da Aznavura məxsusdur. Hətta o, Makronla birlikdə Yerevana gəlmək niyyətində idi. Bunun nə dərəcədə düzgün olduğunu bilmirəm, lakin beynəxalq ekspertlərin fikrincə, bu, uğurlu fikir deyildi.

Bilirsiniz, müəyyən müddətə qədər Fransa prezidentinə rəğbət bəsləyirdim. Onun gənclik enerjisi, Avropa İttifaqını yenidən formalaşdıraraq, oraya yenilik bəxş etmək, hətta ABŞ-dan bir qədər uzaqlaşaraq müstəqil siyasət yürütmək cəhdi xoşuma gəlirdi. Tez-tez Evronyusun fransız versiyasında onun çıxışlarına qulaq asıram. O, inandırıcı, səmimi danışır və ona inanmaq istəyirsən.

Fotoda: Ermənistanın baş naziri Nikol Paşinyan, onun həyat yoldaşı Anna Hakopyan, Fransa prezidenti Emmanuel Makron və onun həyat yoldaşı Bricit Makron.

Lakin son hadisələrdən sonra, E.Makron məni məyus etdi. Bu sammitdə bir hal diqqət çəkdi. Təssüflər olsun ki, yaxşı məqsədlər üçün yaradılan təşkilatlar daha sonra öz əksinə çevrilərək kiminsə maraqlarına qulluq etməyə başlayırlar. Bununla bağlı sammitin əvvəlki baş katibi, Kanadadan Haiti kökləri olan Mikaela Jan öz nitqində söylədi. O, vurğuladı ki, demokratiya və insan hüquqları ilə bağlı gözəl sözlərin arxasında geosiyasi və şəxsi maraqlar dayanır, beynəlxalq əməkdaşlıqda isə mənfəət əldə etmək, korrupsiya həmrəyliyi güdülür. Bu səbəblərin fonunda təşkilatın özünü isə “ölmüş” adlandırdı.

- Sizcə nə üçün təşkilatın yeni baş katibi Ruandadan seçilib? Belə ki, orada insan haqları və söz azadlığının vəziyyət yaxşı deyil.

- Bu, Afrika qitəsinin təşkilatın baş katibi vəzifəsinə qayıtmasıdır. 4 il Frankofoniyanı idarə edən kanadalı Mikaela Janı istisna etsək bu təşkilatın başında həmişə afrikalılar dururdu.

Düşünürəm ki, bu, Fransanın Ruanda hökumətinə jesti və mesajıdır ki, ölkələr arasında  24 il əvvəlki status-kvo qaytarılsın. Xatırladım ki, 25 il əvvəl Raundada vətəndaş müharibəsi olub ki, nəticədə tutsi tayfasından olan 800 min insan həlak olub. Həmin illərdə Fransa qeyri-rəsmi hutu rejimini dəstəkləyirdi. Bundan sonra ölkələr arasında münasibətlər korlanmışdı.

2008-ci ildən Kiqalidə Fransa səfirliyi fəaliyyət göstərmir. Ruanda hökuməti isə görünməmiş addım atır – orta məktəbdə zəruri dil olan fransız dilini ingilis dilinə çevirirlər və bundan bir il sonra Frankofoniyanın analoqu “Commonwealth” ingilis dilli təşkilata üzv olurlar.

Fotoda: Ermənistanın baş naziri Nikol Paşinyan və Kanadanın baş naziri Castin Trüdo.

Emmanuel Makronun Ruandanın Prezidenti Paul Kaqamla Parisdəki görüşündə Frankofoniyanın baş katibi vəzifəsinə Luiza Muşikivabonun namizədliyinin irəli sürülməsi hüquq müdafiəçilərinin, məsələn “Sərhədsiz reportyorlar” kimi nüfuzlu təşkilatlar tərəfindən ciddi tənqidlərə məruz qaldı. Belə ki, Frankofoniyanın nizaməsinin əsasında dayanan hüquqlara zidd olaraq Raundada senzura və insan haqlarının tapdalanmasını göstərdilər.

Lakin bu haqlar kimə gərəkdi? Hamısı boş şeydir. Əsas məsələ Fransa və Kanada arasında keçmiş müstəmləkə üzərində gedən mübarizədir. Bunun üçün hər şeyə - dezinformasiya, əvvəlki baş katibin mətbuatda ləkələnməsi, sammitin işğalçı ölkədə keçirilməsi, kağız üzərində qalan saxta qətnamələrin qəbuluna getməyə hazırdılar. Təki istəkləri gerçəkləşsin. Daha sonra isə öz istəyini yerinə yetirəndən və Fransanın sözünə qulaq asacaq namizədi seçəndən sonra, qəbul vaxtı hamı ilə bəxtəvər uşaq kimi selfi edən Nikol Paşinyanla birgə rəqs oynamaq da olar. 

Sevindirici bir məqam da var: Paşinyanla Makron Azərbaycanın xalq mahnısı sədaları altında rəqs etdilər. Paşinyan Makrona ermənilərin oynaq rəqs havalarının olmadığını deməyi unutmuşdu deyəsən. Ya da utandığından deməyib də, erməni toylarında, ad günlərində və digər ziyafət məclislərində əsasən Azərbaycan mahnıları səsləndirilir. 

Eybi yoxdur. Artıq erməni plagiatına çoxdan öyrəşmişik... Oynasınlar. Lakin unutmasınlar ki, Azərbaycan xalqının səbri tükənməz deyil. Dünya birliyinin Dağlıq Qarabağ münaqişənin nizamlanmasına dair etibar etdiyi dövlətlərdən biri də Fransadır. Təəssüflər olsun ki, axırıncı hadisə, o cümlədən Fransanın Alforvil və Valans şəhərləri merlərinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regiona qanunsuz səfəri bu ölkənin obyektivliyinə və iki dövləti həqiqətən də barışdırmaq istəyinə inamı kəskin şəkildə azaldıb.

Azərbaycan mahnısı çalındı, Paşinyan oynadı – VİDEO

1news.az

Paylaş:
881

Son xəbərlər

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21
Bütün xəbərlər