“Yeni soyuq müharibə”: təhlükə realdırmı? – Newtimes.az | 1news.az | Xəbərlər
Siyasət

“Yeni soyuq müharibə”: təhlükə realdırmı? – Newtimes.az

14:15 - 26 / 09 / 2017
“Yeni soyuq müharibə”: təhlükə realdırmı? – Newtimes.az

Mütəxəssislər dünyada geosiyasi mənzərənin mürəkkəbləşdiyini yekdilliklə etiraf edirlər. Bu prosesdə ABŞ və Rusiyanın fəaliyyətinin də ayrıca analizini aparırlar. Amerikalı ekspert Maykl Lind "The National Interest" nəşrində dərc etdirdiyi məqalədə artıq "yeni soyuq müharibə"nin getdiyini iddia edir. Bunun üçün o, bir sıra faktlar gətirib onları təhlil edir.

XX əsrin ikinci yarısında özünü göstərən "soyuq müharibə" ilə indiki situasiyanı müqayisə etməyə çalışır. Onun qənaəti belədir ki, Vaşinqton və Moskva qarşıdurmadan geri çəkilmək fikrində deyillər. İdeoloji səviyyədə də onlar toqquşurlar. Bununla razılaşmayan mütəxəssislər də vardır. Onlar müasir mərhələnin əvvəllərdən kəskin fərqləndiyi tezisini irəli sürür, Rusiyanın SSRİ-dən fərqli siyasət yürütdüyünü deyirlər. Bu səbəbdən "yeni soyuq müharibə" hələ yoxdur. Lakin gərginlik hökm sürür. Bütün bunlar Amerika-Rusiya münasibətlərinin qlobal geosiyasətə necə təsir edə biləcəyi ilə bağlı bir sıra suallar doğurur. Onlar üzərində dayanmağa ehtiyac duyulur.

Tarixi müqayisə: əsası varmı?

Amerika-Rusiya münasibətlərinin böhran vəziyyətində olduğunu demək olar ki, əksər analitiklər etiraf edirlər. Müşahidələr göstərir ki, dünyanın müxtəlif regionlarında iki böyük dövlətin maraqları toqquşur. Meydana gələn ziddiyyətləri isə danışıqlar və dialoq yolu ilə deyil, hərbi güc tətbiq etməklə vəziyyəti öz xeyrinə dəyişmək vasitəsilə həll etməyə cəhd göstərirlər.

Bu cür yanaşmanın bariz nümunəsi kimi Ukrayna, Suriya və Şimali Koreya ilə bağlı yaranmış situasiyanı götürmək olar. Ekspertlər vurğulayırlar ki, sadalanan problemlərin heç birində Vaşinqtonla Moskva konstruktiv əməkdaşlıq edə bilmirlər. Ukraynada onlar faktiki olaraq qarşı-qarşıya dayanıblar. Müharibə gah şiddətlənir, gah da səngiyir, lakin problemin həllində zərrə qədər də irəliləyiş müşahidə edilmir.

Suriyada da əməlli-başlı hərbi qarşıdurma mövcuddur. Son 2 ildə Rusiyanın bu ölkədə qazandığı hərbi uğurlar amerikalıları çox qıcıqlandırır. Artıq Suriyada ABŞ-ın başçılıq etdiyi koalisiya ilə bərabər Rusiyanın rəhbərlik etdiyi Moskva-Ankara-Tehran əməkdaşlıq xətti mövcuddur. Hazırda Bəşər Əsədin ordusu Kremlin güclü dəstəyi ilə dalbadal qələbələr əldə edir. İndi Dəməşq Amerikadan ölkədəki hərbi bazalarını çıxarmağı tələb edir. Və buna Rusiya xarici işlər naziri Sergey Lavrovun dili ilə dəstək verir. B.Əsəd açıq bəyan edib ki, Suriyada Rusiya, İran və "Hizbullah"ın hərbi əməliyyatlar aparmasına icazə veriblər. Beləliklə, Suriya məsələsində demək olar ki, Vaşinqtonla Moskvanın yolları ayrılıb.

Təxminən eyni vəziyyət Şimali Koreya ilə əlaqəli də meydana gəlib. Rusiya Amerikanın hədələrinə baxmayaraq, Şimali Koreyaya qarşı müharibənin başlamasını mümkün saymır. Ümumi səviyyədə Moskva Pxenyanı qınasa da, konkret əməllərə gəldikdə, Kim Çen Ina dəstək verir.

Bu misallar onu göstərir ki, artıq Rusiya ABŞ-a qarşı ciddi mövqe tutub və öz maraqlarını qətiyyətlə müdafiə edir. Bununla yanaşı, ekspert və analitiklər vurğulayırlar ki, məsələ daha ciddi məzmun kəsb etməkdədir. Konkret olaraq, dünyada yeni "soyuq savaş" başlayıb. Maykl Lind "The National Interest"də dərc etdirdiyi yazıda bu problemin müxtəlif tərəflərini analiz edib (bax: Michael Lind. The 'New Cold War' Was Never Inevitable / "nationalinterest.org", 23 avqust 2017).

Müəllif bu prosesin əsasının Bill Klinton administrasiyasının NATO-nu şərqə – keçmiş sovet məkanına doğru genişləndirmək qərarında qoyulduğunu vurğulayır. Hətta bu barədə 1998-ci ildə ABŞ-ın Moskvadakı keçmiş səfiri Corc Kennan bəyan etmişdi. O, B.Klinton administrasiyasının yanlış addım atdığını ayrıca ifadə etmişdi.

Çıxış yolu: düşünən yoxdur

Konkret deyilsə, Maykl Lində görə, Amerika siyasi elitası üzləşdiyi problemləri ictimaiyyətə kənardan olan təsirlərin nəticəsi kimi çatdırır. Siyasi elita özünün səriştəsizliyini bununla ört-basdır etməyə cəhd göstərir. Maraqlıdır ki, amerikalılar bir zaman rusların istifadə etdiyi xarici təhlükə sindromuna yoluxmuş kimi görünürlər. Onlar Rusiya faktorunu real qiymətləndirmək əvəzinə, onun şişirdilmiş düşmən obrazını yaradırlar. Təcrübə göstərir ki, bu cür mövqenin sonu yoxdur.

Ekspertlər də hesab edirlər ki, bu süni şişirdilmiş məsələ 10 ildən sonra aradan qalxacaq. Ancaq həmin müddət ərzində dünya siyasətində nələrin baş verə biləcəyini kimsə dəqiq proqnozlaşdıra bilmir. Digər tərəfdən, ABŞ-ın nəhəng strateqlərinin hazırladığı ideoloji konsepsiyalar gücdən düşübmü? Onlar artıq reallığa uyğun deyilmi? Əgər belə bir əlamət varsa, onda bütövlükdə Qərb siyasi və geosiyasi şüurunun böhran vəziyyətində olduğunu demək mümkündür.

Bu baxımdan bizim üçün Avropada neofaşizmin baş qaldırması haqqında deyilən fikir də çox düşündürücüdür. Bizcə, onu kənardan yeridə bilməzlər, çünki ideologiya elə bir faktordur ki, cəmiyyətdə dayaqları olmasa, uzun zaman mövcud ola bilməz. Faşizm isə Avropanın tarixində uzun müddətdir ki, vardır. Deməli, bu mənfur hadisənin kökünü Avropa cəmiyyətlərinin özündə axtarmaq gərəkdir.

İslamofobiyanı da Avropaya kənardan diqtə ediblər? Təcrübə göstərir ki, bu hal Avropa cəmiyyətlərinin daxildən radikallaşmasının, fərqli dinlərə dözümsüz yanaşmanın birbaşa nəticəsidir. Üstəlik, bir sıra siyasi dairələr müsəlman dövlətlərinin inkişafından qorxaraq müxtəlif bəhanələrlə anti-İslam əhval-ruhiyyəsi yaratmağa çalışırlar. Hazırda Avropada gənclər arasında radikal ultramillətçi hisslər güclənir.

Bu prosesə Qərbin xüsusi xidmət orqanlarının müsəlman ölkələrində yaratdıqları radikal dini qruplaşmalar da öz təsirini göstərir. Belə ki, terrorçular Qərbə yayılaraq aksiyalar təşkil edir, ümumən gərginliyi artırırlar. Mütəxəssislər bu prosesin dərinləşmə və genişlənmə təhlükəsinin olduğunu vurğulayırlar. Belə olan halda neofaşizmi kənardan Avropaya yeritməyə ehtiyac yoxdur.

Maraqlıdır ki, rusiyalı ekspertlər Moskvanın "soyuq müharibə"yə getməyəcəyini qeyd edirlər. Bunun bir neçə səbəbini göstərirlər. İlk növbədə, artıq "soyuq müharibə" şəraiti yoxdur. Bu hadisə SSRİ-nin yanlış olaraq özünü təcrid etməsi nəticəsində meydana gəlmişdi. Məsələn, professor Andrey Sidorov deyir ki, əgər bir vaxtlar SSRİ diplomatları "Marşal planı" ilə bağlı aparılan danışıqlardan çəkilməsəydilər, "soyuq müharibə" olmaya bilərdi (bax: Назад в 80-е: Россия уже стоит на грани холодной войны / "ridus.ru", 28 avqust 2017).

Bu aspektdə rusiyalı mütəxəssis maraqlı bir özəlliyə diqqət çəkir. Andrey Sidorov xatırladır ki, "soyuq müharibə"də tərəflərdən biri alternativ inkişaf modeli ilə çıxış etməlidir. SSRİ o zaman kommunizm ideyası ilə Qərb liberalizminə alternativ idi. İndi isə Rusiya nəinki alternativ ideologiya ortaya atır, hətta Qərbin inkişaf modelinə maksimum dərəcədə uyğunlaşmağa çalışır. Bu da onu göstərir ki, Rusiya "soyuq müharibə" aparmaq fikrində deyil.

Yuxarıdakı müqayisələr göstərir ki, ABŞ-Rusiya münasibətlərində qarşılıqlı ittihamlar daha çox yer alır. Tərəflər dünya üzrə gərginliyin azaldılması istiqamətində tutarlı addımlar atmırlar. Bu isə qlobal geosiyasəti kifayət qədər riskli müstəviyə çəkir.

Newtimes.az

Paylaş:
593

Son xəbərlər

TƏBİB Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində işləyəcəkBu gün, 09:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri açıqlanıbBu gün, 09:24Saatlıda narkokuryerdən 8 kiloqram heroin və marixuana aşkar edilibBu gün, 09:16Azərbaycan neftinin qiyməti 88 dolları keçibBu gün, 09:12Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edibBu gün, 09:08Bu gün İlaxır çərşənbə qeyd olunurBu gün, 09:07Səhiyyə Nazirliyi bayram günləri ilə bağlı əhaliyə müraciət edibBu gün, 08:58DYP hərəkət iştirakçılarına hava ilə bağlı müraciət edibBu gün, 08:51Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 08:44Zəngilan, Cəbrayıl və Qubadlıda sənaye zonaları yaradılacaq18 / 03 / 2024, 17:45Martın 1-dən 15-dək 19 mindən çox vətəndaş Elm və Təhsil Nazirliyinə müraciət edib18 / 03 / 2024, 17:33Ceyhun Bayramov Çanaqqala zəfərinin ildönümü münasibətilə Türkiyəni təbrik edib18 / 03 / 2024, 17:11Ötən həftə azad olunmuş ərazilərdə 38 mina aşkarlanıb18 / 03 / 2024, 17:02Süni intellekt əvəzinizə mahnı yaradacaq - FOTO18 / 03 / 2024, 16:48Cənubi Qafqazın sülh təşəbbüskarları18 / 03 / 2024, 16:34“Ali Məhkəmənin tətbiq etdiyi yeni sistem hamı üçün faydalıdır” – RƏYLƏR18 / 03 / 2024, 16:34Böyük Britaniya kralı III Çarlz vəfat edib18 / 03 / 2024, 16:20“Gənclik” metrostansiyasının yanında yeni nəqliyyat mübadilə mərkəzi yaradılıb18 / 03 / 2024, 16:13İlham Əliyev Xankəndinin Azərbaycan torpağı olması ilə bağlı bir sıra faktları açıqlayıb18 / 03 / 2024, 16:04Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib18 / 03 / 2024, 15:58
Bütün xəbərlər