Yeni Samsung Galaxy Note9 smartfonlarının süni intellektli kamerası | 1news.az | Xəbərlər
İqtisadiyyat

Yeni Samsung Galaxy Note9 smartfonlarının süni intellektli kamerası

10:00 - 20 / 09 / 2018
Yeni Samsung Galaxy Note9 smartfonlarının süni intellektli kamerası

Fotoşəkil dövrümüzün fenomeninə, smartfon isə ən vacib anları və yaşadığımız emosiyaları əks etdirən ən vacib vasitəyə çevrilib.

Lakin, əldə olunan şəkillərin keyfiyyəti hər zaman arzulanan olmur. Belə ki, tələb olunan perspektiv, işıq və rakurslardan bir çoxunun anlayışı yoxdur. Bu səbəbdən ideal və müasir smartfonun daim əlimizin altında olması mütləq şərtlərdəndir. Belə ki, indi istədiyimiz anda kamera bizimlədir.

Beləliklə, yeni Samsung Galaxy Note9 smartfonunun kamerası ilk başdan sonadək çəkim prosesini tənzimləyərək, sonda ideal təsvirdən zövq almağa imkan yaradır. 12 MP-lik ikili əsas kamera insan gözünün anatomiyası əsasında qurulmuş işləmə prosesinə malikdir. Dəqiq və təzadlı təsvirlər yaratmaq üçün işıqlandırma şəraitindən asılı olaraq kamera iki rejimdən birinə avtomatik keçid alır: qaranlıqda daha çox işıq toplamaq üçün obyektivi genişləndirir (F1.5), parlaq işıqda isə – kiçildir (F2.4). Həmçinin, kamera “Life focus” rejimi ilə təchiz olunub ki, bu da öz növbəsində ətraf fonu yayaraq, kadrda simaları ön plana çıxarır. Zəif işıqlandırma şəraitində isə kamera bir neçə foto şəkil çəkərək, onları aydın təsvirə birləşdirir.

Yeni Samsung Galaxy Note9-un kamerası smartfon ilə çəkilən foto şəkilləri yeni yüksəkliklərə daşıyan süni intellekt üzərində işləyir. Çəkdiyiniz şəkillər keyfiyyətli və gözəl olduğu halda, sizinlə çəkilən şəkillərin tam əksi olduğu halları müşahidə etmisinizmi? Çox zaman şəkillərdə gözlərimiz bağlı halda və ya obyektivə baxmadan düşürük və ya təsvir o qədər bulanıq olur ki, özümüzü seçib, tapa bilmirik.

Yeni Samsung Galaxy Note9 ilə Flaw Detection funksiyasının sayəsində hətta hərəkət zamanı və “titrəyən əllərlə” çəkilmiş fotoşəkillər mükəmməl olacaq. İndi təsvirdə qusur olarsa, anı itirmədən təkrar şəkil çəkməyiniz üçün smartfon sizi dərhal yaranmış nöqsan barədə xəbərdar edəcək. Şəkil bulanıq olduqda, “gözlərin qırpılmasında”, linzada ləkə olduqda və ya arxa fon işıqlandırması təsvir keyfiyyətinə təsir etdikdə müvafiq xəbərdarlıq displeydə əks olunacaq.

Scene Optimizer sayəsində isə kamera süni intellekt vasitəsi ilə təsvirdə əks olunan: qida, portret, güllər, mənzərə və s. kimi obyektləri təyin edir.  Belə ki, kamera təsvir edilmiş obyekti avtomatik olaraq mövcud 20 kateqoriyadan birinə aid edərək, müvafiq rəng və təzadlıq tənzimləmələrini dərhal icra edir. Nəticədə parlaq rəngli və dinamik təzadlı keyfiyyətli, realistik foto əldə edirsiniz.

Hətta, smartfondan uzaq məsafədə olarkən belə Bluetooth funksiyalı innovativ elektron S Pen stilusunun köməyi ilə keyfiyyətli selfi çəkə bilərsiniz.  Belə ki, Galaxy Note9-un 8 MP-lik frontal kamerası simaları avtomatik təyin edərək onları fokusa yerləşdirir, sizə isə sadəcə S Pen-in düyməsini basmaq qalır. Və budur – əla şəkil hazırdır.

Həmçinin, qeyd etmək lazımdır ki, smartfon foto şəkillərinin, kameralarının və linzalarının keyfiyyətini qiymətləndirən müstəqil bençmark olan DxOMark-ın təqdim etdiyi siyahıda smartfonlar arasında Galaxy Note9 ilk üçlüyə daxil olub.

Yeni Galaxy Note9 smartfonları haqqında əlavə məlumatı Baku Electronics, Kontakt Home, Irshad Electronics, Maxi.Az və Soliton mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Reklam hüququnda

 

Paylaş:
337

Son xəbərlər

Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyibBu gün, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandıBu gün, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıbBu gün, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verirBu gün, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyasıBu gün, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilibBu gün, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıbBu gün, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıbBu gün, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, araşdırma aparılırBu gün, 14:30Sadır Japarov: İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyini inamla qururBu gün, 14:16İlham Əliyev: Qırğız Respublikası ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyırBu gün, 14:02Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİBBu gün, 14:00Qırğızıstan Ağdamda məktəb binası inşa edəcəkBu gün, 13:58Taleh Kazımov ABŞ Xəzinədarlıq Departamenti ilə maliyyə sabitliyini müzakirə edibBu gün, 13:33Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası keçirilib - FOTO - YENİLƏNİBBu gün, 13:31Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıbBu gün, 13:19ABŞ nümayəndələri “ASAN xidmət”də olub - FOTOBu gün, 12:46Məhkəmə MMA döyüş növü üzrə tanınmış baş məşqçi və üç idmançı barədə qərar qəbul edibBu gün, 12:32
Bütün xəbərlər