“Yeni Nəsil” sahibkarlar üçün biznesin inkişafı davam edir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Yeni Nəsil” sahibkarlar üçün biznesin inkişafı davam edir - FOTO

16:33 - 11 / 06 / 2019
“Yeni Nəsil” sahibkarlar üçün biznesin inkişafı davam edir - FOTO

“Youth Inc.” Sahibkarlıq Proqramı tərəfindən “Coca-Cola” Fondunun əsas dəstəyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dövlət tərəfdaşlığı ilə həyata keçirilən “New Generation” layihəsinin “Mentorluq və Biznesin İnkişafı” mərhələsi üzrə fəaliyyətlər davam edir.

2018-ci ilin noyabr ayında start götürən “New Generation” layihəsi ümumilikdə 4 iqtisadi regionu (Abşeron, Quba-Xaçmaz, Şəki-Zaqatala və Gəncə-Qazax) əhatə edir. Hal-hazırda ilk 2 mərhələdə iştirak etmiş gənclər “New Generation” layihəsinin III mərhələsi olan “Mentorluq və Biznesin İnkişafı” mərhələsinə keçid alıb. Aprel ayından başlamış olan bu mərhələdə iştirakçılar ilk öncə “face-to-face” görüşlərdə iştirak edib. Daha sonra isə onlar Təhsil Nazirliyinin, SƏBA ASC, AzGranata MMC, “P&G”, “INNOLAND” Akselerasiya Mərkəzi, “Yello Advertising”, “Interno”, “Tech Academy”, “The Office”, “Matrix Training Center”, “Cafe Nina Baku” və digər tərəfdaşların dəstəyi ilə bir çox təlim və vörkşoplara qatılıb.

İştirakçılar vergi və hüquq, biznes model kanvas, marketinq, satış, təqdimat bacarıqları, rəqəmsal marketinq, komanda quruculuğu, brendinq kimi info-sessiya və vörkşoplarda iştirak edərək yeni bilik və təcrübələrə yiyələnib. Həmçinin iştirakçılar və digər startapçı gənclər üçün proqramlaşdırma mütəxəssislərinin də iştirak etdiyi “Team Fishing” görüşü təşkil olunub. Keçirilən təlim və görüşlərdə ümumilikdə 200-dən çox gənc sahibkar əhatə edilib.

“Mentorluq və Biznesin İnkişafı” mərhələlərini yekunlaşdırdıqdan sonra artıq startapçı komandalar “New Generation” layihəsinin yekun mərhələsi olan Pitçinq mərhələsində münsiflər heyəti qarşısında layihələrini təqdim edərək 35000 AZN-dək investisiyadan yararlana biləcək.

Eyni zamanda layihə iştirakçıları “Youth Inc.” Sahibkarlıq Proqramı tərəfindən qurulmuş onlayn mentorluq platforması ilə müxtəlif sahələr üzrə mütəxəssis olan mentorlarla onlayn video və səsli zənglər etmiş, bir neçə dəfə görüşlər keçirərək öz bizneslərinin inkişafı üçün faydalı məsləhət və dəstək alıb.

Paylaş:
1765

Son xəbərlər

Cavanşir Məmmədov dəfn olunub - YENİLƏNİB 1Bu gün, 16:41Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 16:39Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22
Bütün xəbərlər