Yeni nəsil “Holcim Unikal” sementi Azərbaycana təqdim olundu – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Yeni nəsil “Holcim Unikal” sementi Azərbaycana təqdim olundu – FOTO – VİDEO

12:30 - 24 / 04 / 2019
Yeni nəsil “Holcim Unikal” sementi Azərbaycana təqdim olundu – FOTO – VİDEO

Sement istehsalında dünya lideri olan “Holcim Azərbaycan”, su və rütubətdən tam qoruyan, yeni nəsil “Holcim Unikal” sementini təqdim etmək üçün 1-15 aprel tarixlərində Azərbaycanın 50-dən çox şəhər və rayonunda genişmiqyaslı təqdimatlar, görüş və tədbirlər keçirib.

“Holcim Azərbaycan”ın satış və marketinq komandaları qeyd olunan müddət ərzində Bakı və Sumqayıt ilə yanaşı Bərdə, Cəlilabad, Gəncə, İsmayıllı, Kürdəmir,  Masallı, Quba, Şamaxı, Şəmkir, Şəki və digər regionlara səfərlər edib.

Xüsusi “AQUASTOP” texnologiyasına malik olan, özündə həm sement, həm izolyasiya məhsulunu birləşdirən “Holcim Unikal” yeni nəsil sementini 3000-dən çox bənna və usta, 500 pərakəndə satış məntəqəsi və 15 tikinti materialları bazarına təqdim edib. 

Tədbirlərimizdə “Holcim Unikal” sementini özünü bünövrədən tutmuş, hörgü, xarici suvaq işləri üçün əvəzedilməz vasitə, həm sement, həm də izolasiya məhsulunu birləşdirən məhsulun keçirilmiş sınaqlarının video-görüntüləri, sınaqdan keçirmiş müştərilərin icmal rəyləri də təqdim edilib. Uzun illərdir, ölkəmizin bir çox layihələrini keyfiyyətli və innovativ sement məhsulları ilə təmin edən “Holcim Azərbaycan”ın “Unikal” sementi evinizi su və nəmişlikdən tam qoruyaraq o cümlədən, büdcənizə 50%-dək qənaət etmək imkanı da yaradır.

Tikinti bazarlarına təşkil olunan təqdimat turu müxtəlif oyunlar və bol hədiyyələrlə yadda qalıb.

Qeyd edək ki, 2012-ci ildə dünyanın aparıcı sement istehsalçısı Holcim, ölkəmizin birinci Qaradağ sement zavodunu müasir avadanlıqlarla təmin edərək “Holcim Azərbaycan” şirkətini qurub. Bu il zavod 70 illik yubileyini qeyd edir.

Reklam hüququnda

 

Paylaş:
924

Son xəbərlər

“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35
Bütün xəbərlər