Yeni McDonald's restoranı artıq Gəncədə –  FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Yeni McDonald's restoranı artıq Gəncədə –  FOTO

11:30 - 13 / 11 / 2017
Yeni McDonald's restoranı artıq Gəncədə –  FOTO

Artıq dünyaca məşhur McDonald’s restoranı Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə fəaliyyətə başladı.

Gəncə və region üçün çoxdan gözlənilən McDonald’s restoranı “Gəncə Mall” ticarət mərkəzinin 3-cü mərtəbəsində qapılarını öz sevimli müştərilərinin üzünə açdı.

“Gəncə Mall” ticarət mərkəzinin 3-cü mərtəbəsində yerləşən tam yeni dizaynlı və müasir  McDonald’s restoranın ümumi sahəsi 189 kv.metr təşkil edir. Bu restoran qida sahəsində istifadə edilən ən yüksək texnologiyalarla və avadanlıqlarla təchiz edilib. Bütün avadanlıqlar Avropa şirkətlərindən alınıb. Bu texnologiyalar vasitəsilə restoranda qida təhlükəsizliyinin bütün mərhələlərinin qorunması ilə müştəriləri yüksək keyfiyyətli qida ilə təmin etmək mümkün olacaq.

Ənənəvi olaraq, McDonald’s Azərbaycan şirkəti Gəncədə yerləşən restoranına “Gəncə Uşaq Evinin” uşaqlarını qonaq qismində dəvət edib və uşaqlara hədiyyələr təqdim olunub. Bundan başqa, bu tədbirdə McDonald’s restoranların müştəriləri tərəfindən yığılmış ianələrdən 15 500 AZN dəyərində simvolik çek Uşaq Evinin direktoruna təqdim edilib. Bu məbləğ Uşaq Evinə lazımi texniki avadanlığın alınmasına sərf edilib. 

Restoranın açılışı ilə Gəncə şəhərindən olan 50 gənc işlə təmin olunub. Bunların içində McDonald’s təlim sisteminə uyğun olaraq müəyyən müddət ərzində McDonald’s Azərbaycanın Bakı şəhərində yerləşən restoranlarında təlimlər keçiblər. Bu gənclərin içindən 15 nəfər lazimi test və praktik imtahanlardan keçərək menecer vəzifəsinə yüksəlmiş və bu gün artıq Gəncə şəhərində öz müştərilərinə yüksək səviyyəli xidmət göstərirlər. Ümumiyyətlə, McDonald’s Azərbaycan şirkəti gündəlik işin təşkili, müştərlərlə birbaşa ünsiyyət qurmaq, restoranı yüksək standartla idarə etmək üçün işçilərin təlim proqramına və inkişafına xüsusi diqqət ayırır. Peşəkar kadrlar McDonald’s Azərbaycan şirkətinin uğurunun əsas hissəsini təşkil edir. Hər bir işçi, eyni zamanda Gəncədə işləyən işçilər McDonald’s sistemində karyera başlanğıcı və artımı üçün gözəl fürsət qazanıb.

McDonald’s Azərbaycan 1999-cu ilin noyabr ayından etibarən fəaliyyət göstərir və hal-hazırda 12 müəssisədən ibarətdir. Eyni zamanda şirkətdə 1000 nəfərə yaxın əməkdaş daimi işlə təmin olunub.

Reklam hüququnda

 

Paylaş:
4855

Son xəbərlər

ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50
Bütün xəbərlər