1news.az

Yeni ildə yolka bəzəmək neçəyə başa gələcək? - QİYMƏTLƏR - VİDEO

7 Dekabr saat 19:40 ~ 1 dəqiqəlik oxu 237
Yeni ildə yolka bəzəmək neçəyə başa gələcək? - QİYMƏTLƏR - VİDEO

Yeni ilin gəlməsi ilə əlaqədar yolkalar satışa çıxarılıb. İnsanlar dekabr ayın ilk günlərindən alış-verişə başlayıblar.

1news.az-ın Xəzər TV-yə istinadən məlumatına görə, satışda hər zövqə uyğun müxtəlif ölçülü yolkalar var. Yolkanın qiyməti ölçüsündən və həcmindən asılı olaraq dəyişir.

Bu il fərqli görnüşlü yolkalar daha çoxdur. Eyni ölçülü sadə yolkalarla müqayisə etdikdə isə qiymətləri daha bahadır.

Yolkanı Şüvəlan, Mərdəkan kimi Bakı ətrafı qəsəbələrdən daha ucuza əldə etmək olar. Belə ki, 2 metr hündürlüyündəki yolka bakının mərkəzində 150 manatdan baha olduğu halda, burda 30-35 manata satılır.

Qeyd edək ki, Bakıətrafı qəsəbələrdə yolka üçün istehsal olunan oyuncaqların satış qiyməti də şəhərə nisbətən ucuzdur.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net