Yaşamaq və işləmək üçün ən yaxşı ölkələr | 1news.az | Xəbərlər
Dünya

Yaşamaq və işləmək üçün ən yaxşı ölkələr

15:01 - 11 / 07 / 2019
Yaşamaq və işləmək üçün ən yaxşı ölkələr

Yaşamaq və işləmək üçün ən yaxşı ölkələrin reytinqi tərtib edilib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, reytinq "HSBS" bankının sifarişi ilə "HSBC Expat" təşkilatı tərəfindən hazırlanıb.

Tədqiqatların nəticələri 18 min əcnəbi işçi arasında aparılan sorğuya əsaslanıb.

Birinci yerdə İsveçrə, ikinci yerdə Sinqapur, üçüncü yerdə Kanada, dördüncü yerdə isə İspanya qərarlaşıb. Ötən il İspaniya bu reytinqdə onluğa da daxil ola bilməyib, yalnız 14-cü yeri tutmuşdu.

İspaniya həyat keyfiyyəti, təhlükəsizlik və əlverişli iqlim sayəsində bu siyahıda yer alıb. Bundan başqa, İspaniyanı iş üçün deyil, yaşamaq üçün daha çox seçirlər. Sorğuların nəticələri göstərir ki, iş axtarışı və karyera qurmaq üçün bu ölkə heç uyğun gəlmir.

Bununla yanaşı, İspaniyaya gələn əcnəbilərin 83 faizi etiraf edirlər ki, onların həyat keyfiyyəti yaxşılaşıb. Rəyi soruşulanların təxminən yarısı (48 faiz) bəyan edib ki, onlar İspaniyada hətta səhhətlərini yaxşılaşdırıblar. Respondentlərin 58 faizi isə, həmçinin psixoloji durumlarının yaxşılaşdığını qeyd ediblər. Hər iki göstərici dünya üzrə orta göstəricilərdən əhəmiyyətli dərəcədə yüksək olub (müvafiq olaraq, 33 faiz və 35 faiz).

1news.az

Paylaş:
1652

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edirBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45
Bütün xəbərlər