YARAT ilk “M.A.P.” Bakı İncəsənət Festivalını təqdim edir – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

YARAT ilk “M.A.P.” Bakı İncəsənət Festivalını təqdim edir – FOTO

11:04 - 20 / 10 / 2017
YARAT ilk “M.A.P.” Bakı İncəsənət Festivalını təqdim edir – FOTO

Vaxtı ilə Azərbaycan teatrını yaradan dahi insanlar sənət vurğunu idilər. Onların teatr ilə bağlı böyük ümidləri hədsiz-hüdudsuz idi.

Bu sənətkarlar bütün varlıqları ilə inanırdılar ki, hər bir xalqın teatrı onun milli məfkurəsinin, daxili mənliyinin, bədii estetikasının güzgüsüdür. Bu teatr korifeyləri yatıb yuxusunda belə görə bilməzdi ki, vaxt gələcək xalqın əksər hissəsi teatra tam laqeyd olacaq, onların nəvə-nəticələri isə sosial şəbəkələrdəki ünsiyyəti sənətdən üstün tutacaqlar.

Yaranmış vəziyyətin köklərini və bütövlükdə bu fenomeni araşdıranlar teatr böhranından, internetin təsirindən və zamanın tələblərindən nə qədər danışsalar da YARAT-ın üzvləri əmindilər ki, teatr bizə hava və su kimi lazımdır.

YARAT-ın növbəti layihəsi teatr sənəti ilə bağlıdır. Bu, noyabrın 1-dən başlayan 1-ci “M.A.P.” Bakı İncəsənət Festivalıdır. Bənzəri və oxşarı olmayan bu fantastik layihə müxtəlif sənət janrlarını ehtiva edir. Festivalın bədii amalı və yüksək hədəfi ilk növbədə müasir teatr sənətinin mahiyyətini gənc nəslə çatdırmaqdan ibarətdir.

YARAT üzvləri məhz bu səbəbdən, teatr banilərimizin maarifpərvər ideyalarına üz tutur, böyük uğur qazanmış modern teatrın parlaq əsərlərini nümayiş etdirir, musiqi ilə səhnə arasında olan dərin əlaqələri aşkarlayır.

Sözsüz, teatrı yaradan da, yaşadan da bu sənətə məcnunsayağı vurğun olan insanlardır. Festivalın əsas qəhrəmanları da məhz belə şəxsiyyətlərdir. Onların istedadı, peşəkarlığı elə bir təsir qüvvəsinə malikdir ki, həm gəncləri, həm də yaşlı nəsli öz ovsunu ilə ələ alacaq.

Onu da bildirək ki, “M.A.P.” Bakı İncəsənət Festivalı “Bakcell” şirkətinin dəstəyi ilə həyata keçirilir.

Tamaşalar:

- “Bir əsgərin hekayəti” balet-tamaşasının premyerası, bəstəkar İqor Stravinski, rejissor Mehdi Məmmədov, dirijor Yalçın Adıgözəlov (Azərbaycan)

- “Gülməli adam” – “Pyotr Fomenkonun Emalatxanası” teatrı (Rusiya)

- “Ked” – “Praktika” teatrı (Rusiya)

- “Troya Zövcələri” – “Royal District” teatrı (Gürcüstan)

- “Birgə yaşama” – “Eskizı v prostranstve” aktyor qrupu (Rusiya)

- “Sovrulanlar” baleti – “Novıy Balet” teatrı (Rusiya)

- “Çevrilmə” baleti – “Novıy Balet” teatrı (Rusiya)

- “Bolero” baleti – “Novıy Balet” teatrı (Rusiya)

Ustad dərslər:

- “Gaga Intensive” müasir rəqs məktəbinin üçgünlük ustad dərsi (İsrail)

- Ruslan Malikovun rejissor sənətinə dair ustad dərsi (“Praktika” teatrı, Rusiya)

Mühazirələr:

- Aktyor və rejissor Oleq Lyubimovun mühazirəsi (“Pyotr Fomenkonun Emalatxanası” teatrı, Rusiya)

- Səhnə dekoratoru, rəssam Alisa Melikovanın mühazirəsi (“Praktika” teatrı, Rusiya)

Konsert:

- Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri

- Bencamin Britten – “Frenk Bric mövzusuna dair variasiyalar”

- Sofiya Qubaydulina – “Fachwerk”

Dirijor: Yalçın Adıgözəlov

Akordeon: Roman Yusipey (Almaniya/Ukrayna)

“M.A.P” Bakı İncəsənət Festivalı haqqında ətraflı məlumat əldə etmək üçün əlaqə:

+994 50 289 31 32

Məlumat və şəkil əldə etmək istəyən KİV-lər üçün əlaqə:

Hökümə Kərimova

Telefon: +99 450 274 6744

Email: [email protected]

1news.az

Paylaş:
1043

Son xəbərlər

Məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçiriləcək şagirdlərin sayı açıqlandıBu gün, 12:38Eşqi Bağırov: Bağçaların artırılması üçün özəl sektorla əməkdaşlığa dair mexanizmlər hazırlanıbBu gün, 12:36Son 3 ayda bağçalara 39 müdir təyinatı olubBu gün, 12:3030 dərəcəyədək isti olacaq - Sabahın HAVASIBu gün, 12:27Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər - VİDEOBu gün, 12:23Sürəti saatda 50 km-dən çox olan motosikllər üçün idxal gömrük rüsumu müəyyənləşibBu gün, 12:17Aprelin 21-də imtahan verəcək şagirdlərin sayı açıqlanıbBu gün, 11:37Bakıda bir yolda hərəkət məhdudlaşdırılacaq - XƏRİTƏBu gün, 11:29Xarici ölkələrdə işlə təmin etmək adı altında vətəndaşların pullarını alan iki vəzifəli şəxsə cinayət işi açıldıBu gün, 11:22Azyaşlılar Bakı-Sumqayıt qatarına daş atdı - Şüşə sındı - VİDEOBu gün, 11:12Azərbaycanın iqtisadiyyat nazirinə yeni müavin təyin olunubBu gün, 11:03FHN əməkdaşları ötən gün 5 nəfəri xilas edibBu gün, 10:54Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaqBu gün, 10:44Azyaşlı qıza hədə-qorxu gəlməklə qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinən iki nəfər saxlanılıbBu gün, 10:14Ombudsman Aparatı Başlıbel faciəsi ilə bağlı paylaşım edibBu gün, 10:07Şənbə günü paytaxtda iməcilik olacaqBu gün, 10:06Başlıbel faciəsindən 31 il ötürBu gün, 09:57Xankəndidə qumbara və avtomatlar tapılıbBu gün, 09:42Xətai rayonunda yük maşını ilə minik avtomobili toqquşub, ölən varBu gün, 09:32AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:22
Bütün xəbərlər