Yaponiyanın məşhur qəzetində DAA vitse prezidentinin Dağlıq Qarabağla bağlı müsahibəsi yer alıb | 1news.az | Xəbərlər
Siyasət

Yaponiyanın məşhur qəzetində DAA vitse prezidentinin Dağlıq Qarabağla bağlı müsahibəsi yer alıb

15:46 - 17 / 11 / 2016
Yaponiyanın məşhur qəzetində DAA vitse prezidentinin Dağlıq Qarabağla bağlı müsahibəsi yer alıb

Yaponiyanın yerli məşhur qəzetlərindən biri olan və gündəlik səhər satışı 1, 2 milyon  nüsxədən çox olan Hokkaydo qəzetində (Hokkaydo Şinbun) Dünya Azərbaycanlıları Assambleyasının (DAA) Şərqi və Orta Asiya ölkələri üzrə vitse-prezidenti, Yaponiya nümayəndəliyinin sədri, Yaponiyanın Hokkaydo Universitetinin doktorant tələbəsi, Yaponiya höküməti təqaüdçüsü, eyni zamanda həmyerlimiz Əlibəy Məmmədovun Dağlıq Qarabağ və Cənubi Kuril adaları münaqişələri ilə bağlı geniş elmi müsahibəsi yer alıb.

1news.az-a DAA-nı mətbuat xidmətindən verilən xəbərə görə, Əlibəy Məmmədov elmi səviyyədə peşəkar olaraq Konfliktologiya elmi sahəsində araşdırmalar aparmaqla, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Rusiya və Yaponiya arasında Cənubi Kuril adaları problemi, eyni zamanda Şrilanka milli vətəndaş müharibəsi mövzularında elmi tədqiqatlar aparır.

Müsahibədə bu ilin aprel ayında baş vermiş dördgünlük müharibədən söhbət açılmış, müharibənin nə zaman bitə biləcəyi ilə bağlı fikir mübadiləsi aparılmışdır. Qeyd olunmuşdur ki, Sovet İttifaqının dağıldığı 1991-ci ildə Dağlıq Qarabağın erməni əhalisi müstəqillik əldə etməyə cəhd göstərmişlər. Bu isə hər iki xalq arasında münaqişəyə səbəb olmuşdur. 1994-cü ildə tərəflər arasında atəşkəs imzalanana qədər kəskin müharibə davam etmiş və 30 mindən çox insan həyatını itirmişdir.

Müsahibədə bildirilmişdir ki, Ə.Məmmədov Azərbaycanın paytaxtıda yerləşən Bakı Dövlət Universitetində yapon dili bacarığına yiyələnmişdir. 2012-ci ilin aprel ayından etibarən Hokkaydo Universitetinin Slavyan Avrasiya Araşdırmalar Mərkəzində araşdırmalar aparır. 

Adı çəkilən mərkəzdə çalışan Ə. Məmmədov Dağlıq Qarabağ və Cənubi Kuril adalarının müqayisəli təhlilini aparır. Nə üçün bu mövzuya marağı olduğunu soruşduqda “Bizim nəsildə sülhə nail ola bilərikmi? Həll yolunun açarı nədədir?” kimi suallara aydınlıq gətirmək üçün bildirmişdir.

Müsahibədə xüsusilə qeyd edilmişdir ki, Rusiyanın dəstəyini əldə etmiş Ermənistan Dağlıq Qarabağ Muxtar Vilayətini faktiki olaraq nəzarəti altına keçirmişdir. 20 ildən artıq bir vaxt keçməsinə baxmayaraq öz yurd-yuvalarından didərgin salınmış 1 milyona yaxın qaçqın və məcburi köçkünlərin geri dönməsi məsələsi hələ də real görsənmir.

 Ə. Məmmədov vurğulamışdır ki, “Bütün ərazilərini geri istəyən Azərbaycana qarşı Ermənistan qətiyyən geri qaytarmaq istəmir. İnsanlar artıq sülh danışıqlarına şübhə ilə yanaşırlar. Ona görə də münaqişənin həlli üçün “müharibə etməkdən başqa həll yolu yoxdur” deyənlərin sayı az deyil”. Müsahibədə işğal altında olan Dağlıq Qarabağ Muxtar Vilayətinin xəritəsi də göstərilmişdir.

Müsahibədə o da qeyd edilmişdir ki, Ə. Məmmədov 2014-cü ildə Yaponiyanın yerli aidiyyəti olan qurumları ilə birlikdə Cənubi Kuril Adalarının keçmiş ada sakinləri olan 80 nəfərlə Sapporo və Nemuro şəhərlərində sorğu keçirmiş və onun nəticələrini yapon dilində elmi məqaləsində tamamlamışdır. Xüsusilə maraqlı məqam ondan ibarət olmuşdur ki, cavab verənlərin 78%-i rusların və yaponların birgə yaşamasına müsbət yanaşmışlar. Sadəcə 4% kəskin şəkildə qeyd etmişdir ki, buralar yapon torpağıdır və ruslar buradan çıxmalıdırlar.

Ə.Məmmədov bildirmişdir ki, müsahibə çıxandan dərhal sonra Yaponiyadan ismarıcların və zənglərin ardı-arası kəsilmir. Yaponiyalılar bu məsələyə ciddi maraq göstərirlər.

“Ümid edirəm ki, Dağlıq Qarabağla bağlı xəbərləri Yaponiya ictimaiyyətinə yaymaq üçün bundan sonra da geniş imkanlarım olacaqdır”.

1news.az

Paylaş:
973

Son xəbərlər

Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıbBu gün, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyibBu gün, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandıBu gün, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıbBu gün, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verirBu gün, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyasıBu gün, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilibBu gün, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıbBu gün, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıbBu gün, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, araşdırma aparılırBu gün, 14:30Sadır Japarov: İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyini inamla qururBu gün, 14:16İlham Əliyev: Qırğız Respublikası ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyırBu gün, 14:02Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİBBu gün, 14:00Qırğızıstan Ağdamda məktəb binası inşa edəcəkBu gün, 13:58Taleh Kazımov ABŞ Xəzinədarlıq Departamenti ilə maliyyə sabitliyini müzakirə edibBu gün, 13:33Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası keçirilib - FOTO - YENİLƏNİBBu gün, 13:31Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıbBu gün, 13:19ABŞ nümayəndələri “ASAN xidmət”də olub - FOTOBu gün, 12:46
Bütün xəbərlər