Yapı Kredi Bank Azərbaycan Bakı Şoppinq Festivalına Dəstək verir. | 1news.az | Xəbərlər
İqtisadiyyat

Yapı Kredi Bank Azərbaycan Bakı Şoppinq Festivalına Dəstək verir.

14:09 - 19 / 10 / 2017
Yapı Kredi Bank Azərbaycan Bakı Şoppinq Festivalına Dəstək verir.

15 Oktyabr-15 Noyabr tarixləri arasında paytaxtımızda  Bakı Şoppinq Festivalı keçirilir. İkinci dəfə keçirilən Bakı Şoppinq Festivalında Yapı Kredi Bank Azərbaycan da ikinci dəfə müvəkkil banklardan biri seçilib.

Belə ki, ölkə vətəndaşları və şəhərimizin qonaqları müəyyən edilən alış-veriş nöqtələrində 100 AZN-dən yüksək etdiyi alış-verişlərin ƏDV-nin müəyyən qismini geri qaytara bilərlər. Bunun üçün, alış-veriş edənlərin təyin edilmiş vergi köşkünə yaxınlaşaraq müvafiq qəbzi aldıqdan sonra elə həmin gün Yapı Kredi Bank Azərbaycanın Səbail və Nərimanov filiallarına gəlmələri  tələb edilir. Nağd əməliyyatlar üzrə ƏDV həmin gün, qeyri nağd əməliyyatlar üzrə isə 10 iş günündən gec olmayaraq müştərilərin hesablarına qaytarılacaqdır. Yapı Kredi Bank Azərbayan QSC-nin Səbail və Nərimanov filiallarının ünvanları aşağıdakı kimidir.

Səbail Filialı

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu,Nizami küçəsi 69 
Tel: (+994 12) 497 77 95

İş qrafiki: Bazar Ertəsi - Cümə 09:00 - 22:00; Şənbə 10:00 - 22:00; Bazar 10:00 - 22:00

 

 

Nərimanov Filialı

Ünvan: Azərbaycan, Bakı şəhəri. Təbriz Küçəsi, 106A
Tel: həftə içi : (+994 12) 497 77 95

İş qrafiki: Bazar Ertəsi - Cümə 09:00 - 22:00; Şənbə 10:00 - 22:00; Bazar 10:00 - 22:00

 XÜSUSİ TƏKLİF

Əlavə olaraq, Yapı Kredi Bank Azərbaycan 18 Oktyabr-15 Noyabr tarixlərində Bakı Şoppinq Festivalı 2-də Worldcard-la alış-veriş edən müştərilərə xüsusi kampaniya təklif edir. Belə ki, World-ə üzv Şoppinq Festivalında iştirak edən mağazalarda Worldcard-la hissə-hissə alış-veriş edən müştərilər aldıqları məhsulun dəyərini 2 ay sonra ödəməyə başlayacaqlar.

Yapı Kredi Bank Azərbaycan haqqında

Yapı Kredi Bank Azərbaycan dünyanın 17 ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Ana səhmdarı UniCredit (İtalya) və Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda bankçılıq sektorunda beynəlxalq təcrübə ilə Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi və İnternet/Mobil Bankçılıq xidmətləri ilə xidmət verməkdədir.

 

Paylaş:
688

Son xəbərlər

Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45
Bütün xəbərlər