“Yalnız qorxaqlar belə edir”: erməni “Qarabağ” -“Arsenal” oyunu zamanı təxribat törədib – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

“Yalnız qorxaqlar belə edir”: erməni “Qarabağ” -“Arsenal” oyunu zamanı təxribat törədib – FOTO – VİDEO

11:48 - 14 / 12 / 2018
“Yalnız qorxaqlar belə edir”: erməni “Qarabağ” -“Arsenal” oyunu zamanı təxribat törədib – FOTO – VİDEO

Londonda Avropa Liqasının qrup mərhələsinin son turunda “Qarabağ” -“Arsenal” oyunu zamanı erməni azarkeş qondarma Dağlıq Qarabağ Respublikasının bayrağı ilə meydana qaçıb.

Həmin azarkeş üzərində 1993-cü ildə öldürülmüş erməni terrorçusu Monte Melkonyanın şəkli olan futbolkada olub.

1news.az-ın verdiyi xəbərə görə, meydana qaçmış həmiş şəxs “Qarabağ”ın futbolçularını təxribata təhrik edib. Lakin həmin azarkeş tez bir zamanda meydandan çıxarılıb.

Məsələyə dərhal “Qarabağ”ın kapitanı Rəşad Sadıqov reaksiya verib. O, erməni azarkeşin bu hərəkətinə etirazını əsəbi formada çatdırıb. Sadıqov matçın sonunda meydanı Azərbaycan bayrağı ilə tərk edib.

Meydana qaçmış azarkeş ömürlük futbol oyunlarından kənarlaşdırlacaq. Bu haqda Facebook səhifəsində Şotlandiya parlamentinin əməkdaşı, azərbaycanlı diktor Fuad Ələkbərov yazıb:

“Londonun polis əməkdaşı dedi ki, azarkeş ömürlük futbol oyunlarından kənarlaşdırlacaq. Bununla yanaşı, ona qarşı xalqlararası nifaq salma ilə bağlı cinayət işi də açıla bilər”.

Oyundan sonra keçirilən mətbuat konfransında Qurban Qurbanov bu barədə verilən suala belə cavab verib:

“Bu haqda çox danışmaq istəmirəm, sadəcə qorxaqlar belə hərəkət edirlər. Bu hərəkəti edən adam qorxub sonra qaçmamalıydı. Yalnız qorxaqlar bir addım atıb, sonra isə qaçırlar”.

İdman hər zaman siyasətdən kənarda olub. Bunu hər zaman UEFA təsdiq edib. Buna görə də ümid edirik ki, separatçı ermənilərin bu təxribatı UEFA tərəfindən ədalətli qiymətini alacaq. Ən pis halda, “Arsenal” təhlükəsizlik tədbirlərinə riayət etmədiyi üçün cərimələnəcək.

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
1818

Son xəbərlər

Bakıda bankdan oğurluq edilməsinin qarşısı alınıb - VİDEOBu gün, 13:48Xəzər dənizi vasitəsilə 29,7 kq narkotikin Azərbaycana gətirilməsinin qarşısı alınıbBu gün, 13:35FHN Bakının mərkəzində məşhur kafenin fəaliyyətini dayandırıb - FOTO - VİDEOBu gün, 13:01Sabah leysan olacaq - Bayram gününün havası açıqlandıBu gün, 12:40Heydər Əliyev mərkəzi üçün hazırlanan əsər - “Hava fontanı - kəlağayıların rəqsi” - VİDEOBu gün, 12:22Pensiyaçılar ölkə əhalisinin 10,8 faizini təşkil edirBu gün, 12:14Sabunçuda hospitalda ölüm faktı qeydə alınmasına görə araşdırma aparılırBu gün, 12:05Mingəçevirdə 200 min manatlıq dələduzluqda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 12:00Fevralda nə qədər adam pensiya təyinatı alıb? - AçıqlandıBu gün, 11:19RİNN bayramda gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəkBu gün, 10:56“Qala” qoruğunda Novruz şənliyi keçirilib - FOTOBu gün, 10:48Yol polisi səfərə hazırlaşan sürücülərə müraciət edibBu gün, 10:38Abad məhəllələrdəki Novruz şənlikləri davam edir - FOTOBu gün, 10:27Xankəndidə xeyli silah-sursat tapılıbBu gün, 10:24Ötən gün 18 kiloqramdan çox narkotik vasitə aşkarlanıbBu gün, 10:12Mikayıl Cabbarov İlaxır Çərşənbəyə dair paylaşım edibBu gün, 10:10FHN Novruz bayramı ilə əlaqədar əhaliyə təkrar müraciət edibBu gün, 10:03Dağlıq ərazilərdə 6 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVABu gün, 09:59Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:46TƏBİB Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində işləyəcəkBu gün, 09:29
Bütün xəbərlər