Yağmurlu hava şəraiti davam edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Yağmurlu hava şəraiti davam edəcək

13:24 - 17 / 10 / 2018
Yağmurlu hava şəraiti davam edəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti oktyabr ayının 18-nə olan hava proqnozunu açıqlayıb.

Departamentdən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək, axşam şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 14-16, gündüz 19-22,  Bakıda gecə 14-16, gündüz 19-21 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi normadan yüksək 769 mm civə sütunundan 765 mm civə sütununa enəcək, nisbi rütubət 75-85 faiz olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 18-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 19-24, dağlarda gecə 3-8, gündüz 11-16 dərəcə isti təşkil edəcək.

Babək Cahandarov

Paylaş:
398

Son xəbərlər

“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb17 / 04 / 2024, 17:56Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalanıb - FOTO17 / 04 / 2024, 17:47Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır17 / 04 / 2024, 17:41Azərbaycan baleti İtaliyada təmsil olunacaq17 / 04 / 2024, 17:25ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!17 / 04 / 2024, 17:19Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı17 / 04 / 2024, 17:15Hökumət Şuşanın İƏT-in gənclər paytaxtı seçilməsi ilə bağlı tədbirlər planı hazırlayacaq17 / 04 / 2024, 17:07Saloğlu mebel Bərdə mağazasının rəsmi açılışını etdi – FOTO-VİDEO17 / 04 / 2024, 17:02Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır17 / 04 / 2024, 16:53Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib - FOTO - VİDEO17 / 04 / 2024, 16:51“Her action in Art” festivalı: İncəsənətdə qadın toxunuşlarının vurğulandığı bir ay17 / 04 / 2024, 16:03Hadı Rəcəbli dəfn olunub17 / 04 / 2024, 15:57Xalq Bank I rübün yekunlarını açıqladı17 / 04 / 2024, 15:54Azərbaycan Buxarestdə Rəqəmsal İnnovasiyalar Sammitində iştirak edir17 / 04 / 2024, 15:33Hikmət Hacıyevdən Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması ilə bağlı AÇIQLAMA17 / 04 / 2024, 15:01Ukrayna səfirinin Azərbaycanda diplomatik missiyası başa çatır17 / 04 / 2024, 14:52Rusiya sülhməramlıları Qarabağdan çıxarılır - Kreml TƏSDİQLƏDİ - VİDEO17 / 04 / 2024, 14:26BDU-nun dosenti İsgəndər Quliyev vəfat edib17 / 04 / 2024, 14:15BDU-nun Jurnalistika fakültəsində Azərbaycan Mətbuat Şurasının otağı açılıb - FOTO17 / 04 / 2024, 14:08ADY ilə Avropa İttifaqı arasında Orta Dəhlizin inkişafına dair görüş keçirildi - FOTO17 / 04 / 2024, 13:59
Bütün xəbərlər