1news.az

Xosep Qvardiola «Mançester Siti»nin sahibi ilə danışıqlar aparmaq üçün Birləşmiş Ərəb Əmirliklərinə gedib

7 Yanvar saat 14:01 ~ 1 dəqiqəlik oxu 465
Xosep Qvardiola «Mançester Siti»nin sahibi ilə danışıqlar aparmaq üçün Birləşmiş Ərəb Əmirliklərinə gedib

“Bavariya” klubunun baş məşqçisi Xosep Qvardiola Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gedib.

1news.az-ın məlumatına görə, onu BƏƏ-nin paytaxtı Abu-Dabidə yerləşən 7 ulduzlu “Emirates Palace” otelində görüblər.

Adıçəkilən otel administrasiyasından bildiriblər ki, Qvardiola bura İngiltərənin “Mançester Siti” klubunun sahibi şeyx Mənsur ibn Zeyd Əl-Nahya ilə görüşmək üçün gəlib.

Məlumata görə, artıq tərəflər arasında razılıq da əldə olunub. Sezonun sonunda Qvardiola İngiltərə klubunun baş məşqçisi olacaq.

Qeyd edək ki, daha öncə bildirilirdi ki, Qvardiola “Mançester Siti”yə yalnız “Barselona”dan Messinin alınacağı təqdirdə keçəcəyini bildirmişdi.

Elmir Əliyev

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Futbol BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net