Xocalı uşaqların gözü ilə... – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xocalı uşaqların gözü ilə... – FOTO

12:17 - 25 / 02 / 2018
Xocalı uşaqların gözü ilə... – FOTO

Fevralın 24-də Azərbaycanın Britaniyadakı Səfirliyinin dəstəyi ilə Səfirlikdə London Azərbaycanlı Qadınlar Klubu tərəfindən Xocalı soyqırımına həsr olunmuş “Xocalı – Uşaqların gözü ilə” adlı rəsm sərgisi təşkil edilib.

1news.az-a Səfirlikdən verilən xəbərə görə, Azərbaycan Respublikasının dövlət himni ilə başlamış sərgidə Britaniyada yaşayan azərbaycanlı uşaqların Xocalı soyqırımı ilə bağlı rəsm əsərləri nümayiş etdirilib.

Daha sonra tədbirin təşkilatçısı Sevil Aslanova çıxış edərək qonaqlara Xocalı soyqırımı və ümumilikdə Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzkar siyasəti barədə ətraflı məlumat verib.

Öz növbəsində Azərbaycanın Britaniyadakı səfiri Tahir Tağızadə Sevil Aslanovaya təşəkkür edib və bugünkü sərgidə məhz uşaqların əl işlərinin nümayiş edilməsini alqışlayaraq, Britaniyada yaşayan azərbaycanlı uşaqların bu cür vətənpərvər ruhda böyüməsini təqdirəlayiq hal kimi qiymətləndirib. 

Daha sonra uşaqların çəkdikləri rəsm əsərləri qonaqlara nümayiş olunmuş və uşaqlara Səfirlik adından hədiyyələr təqdim edilib.

Tədbirdə, həmçinin gənc ifaçı Ayda Müşərrəf “Sarı gəlin” mahnısını ifa edib.

Sərgidə Britaniya-Azərbaycan parlamentlərarası işçi qrupunun sədri, Milli Məclisin üzvü Cavanşir Feyziyev, London Azərbaycanlı Qadınlar Klubunun üzvü olan xanımlar və onların uşaqları, Səfirlik əməkdaşları və onların ailə üzvləri, eləcə də media nümayəndələri iştirak edib.

S.Xankişiyeva

 

Paylaş:
2723

Son xəbərlər

Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01
Bütün xəbərlər