Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı “Badam ağacı çiçəkləyəndə” tamaşasının təqdimatı olub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı “Badam ağacı çiçəkləyəndə” tamaşasının təqdimatı olub - FOTO

23:35 - 22 / 02 / 2018
Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı “Badam ağacı çiçəkləyəndə” tamaşasının təqdimatı olub - FOTO

Fevralın 22-də Akademik Milli Dram Teatrında Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı “Badam ağacı çiçəkləyəndə” tamaşasının premyerası olub.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının təşəbbüskarı Leyla Əliyeva, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, gənclər təşkilatlarının təmsilçiləri iştirak ediblər.

Tamaşadan əvvəl Xocalı soyqırımı, həmçinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqları barədə məlumat verilib. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalının dinc əhalisinə qarşı Ermənistan silahlı birləşmələri soyqırımı törədiblər. Bu qanlı qırğında 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 ahıl qətlə yetirilib, 1275 nəfər girov götürülüb, 150 nəfərin taleyi isə bu günə qədər məlum deyil. Faciə zamanı Xocalının 487 sakini, o cümlədən yetkinlik yaşına çatmamış 76 uşaq əlil olub, 26 uşaq hər iki valideynini itirib.

Sonra tamaşaya baxış olub.

“Badam ağacı çiçəkləyəndə” tamaşası Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində hazırlanıb. Tamaşa Xocalıdan didərgin düşmüş sakinlərin xatirələri üzərində qurulub. Qayğısız həyat yaşayan xocalılar bir gecədə vəhşicəsinə qətlə yetirilirlər, erməni silahlıları tərəfindən əsl soyqırımına məruz qalırlar.

Tamaşa Akademik Milli Dram Teatrının səhnəsində Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti tərəfindən ərsəyə gətirilib. “Badam ağacı çiçəkləyəndə” tamaşasında Gənc Tamaşaçılar Teatrının aktyor heyəti ilə yanaşı, kütləvi səhnələrdə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri də yer alıblar.

Tamaşanın “Badam ağacı çiçəkləyəndə” adlandırılması heç də təsadüfi deyil. Çünki badam ağacı çiçəkləməyə başlayan ilk ağacdır. “Xocalıya ədalət!” kampaniyasının loqosunda əks olunmuş badam çiçəyi Azərbaycanın Dağlıq Qarabağ regionunun qədim yaşayış məskənlərindən olan Xocalıda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər tərəfindən törədilmiş soyqırımına münasibətdə ədalətin təmin edilməsinə və bu cür qəddar əməllərin təkrar olunmamasına ümidi əks etdirir.

Rejissor Gülnar Hacıyevanın quruluş verdiyi tamaşada əsas obrazları aktyorlar Kərəm Hadızadə, Zemfira Əbdülsəməd, Mirzağa Mirzəyev, Elnur Kərimov, Asya Atakişiyeva, Güşvər Şərifova, Mehriban Hüseynova, Zülfiyyə Alhüseynova, Elşən Şıxəliyev və Manaf Dadaşov canlandırıblar.

Tamaşa başa çatandan sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva aktyorlarla görüşüb qısa söhbət edib.

Sonda xatirə şəkli çəkdirilib.

1news.az

Paylaş:
607

Son xəbərlər

Heydər Əliyev mərkəzi üçün hazırlanan əsər - “Hava fontanı - kəlağayıların rəqsi” - VİDEOBu gün, 12:22Pensiyaçılar ölkə əhalisinin 10,8 faizini təşkil edirBu gün, 12:14Sabunçuda hospitalda ölüm faktı qeydə alınmasına görə araşdırma aparılırBu gün, 12:05Mingəçevirdə 200 min manatlıq dələduzluqda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 12:00Fevralda nə qədər adam pensiya təyinatı alıb? - AçıqlandıBu gün, 11:19RİNN bayramda gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəkBu gün, 10:56“Qala” qoruğunda Novruz şənliyi keçirilib - FOTOBu gün, 10:48Yol polisi səfərə hazırlaşan sürücülərə müraciət edibBu gün, 10:38Abad məhəllələrdəki Novruz şənlikləri davam edir - FOTOBu gün, 10:27Xankəndidə xeyli silah-sursat tapılıbBu gün, 10:24Ötən gün 18 kiloqramdan çox narkotik vasitə aşkarlanıbBu gün, 10:12Mikayıl Cabbarov İlaxır Çərşənbəyə dair paylaşım edibBu gün, 10:10FHN Novruz bayramı ilə əlaqədar əhaliyə təkrar müraciət edibBu gün, 10:03Dağlıq ərazilərdə 6 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVABu gün, 09:59Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:46TƏBİB Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində işləyəcəkBu gün, 09:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri açıqlanıbBu gün, 09:24Saatlıda narkokuryerdən 8 kiloqram heroin və marixuana aşkar edilibBu gün, 09:16Azərbaycan neftinin qiyməti 88 dolları keçibBu gün, 09:12Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edibBu gün, 09:08
Bütün xəbərlər