XİN rəhbəri: Bakı və İrəvan Milan görüşündə Qarabağa dair anlaşma əldə ediblər | 1news.az | Xəbərlər
Siyasət

XİN rəhbəri: Bakı və İrəvan Milan görüşündə Qarabağa dair anlaşma əldə ediblər

09:41 - 19 / 12 / 2018
XİN rəhbəri: Bakı və İrəvan Milan görüşündə Qarabağa dair anlaşma əldə ediblər

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Milanda Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar zamanı erməni həmkarı Zöhrab Mnatsakanyanla qarşılıqlı anlaşma əldə olunduğunu bəyan edib.

1news.az "İnterfax"a istinadla xəbər verir ki, bunu E.Məmmədyarov 2018-ci ilin yekunlarına həsr edilmiş Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus rəhbərləri ilə qəbulda  deyib.

"Hesab edirəm ki, uzun müddətdən sonra ilk dəfə Milanda erməni həmkarımla son görüşüm zamanı qarşılıqlı anlaşma əldə edə bildik", XİN rəhbəri vurğulayıb.

Məmmədyarovun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının axtarışı 2019-cu ildə də Azərbaycan üçün əsas vəzifə olaraq qalacaq.

Nazir qeyd edib: "Fəaliyyətimin böyük hissəsini Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının axtarışına həsr etmişəm. Bu, gələn ilin də əsas vəzifəsi olacaq. Əsas məqsəd nəzərəçarpacaq nəticələrə nail olmaqdır".

E.Məmmədyarov bildirib ki, növbəti ayda Ermənistanın xarici işlər naziri ilə görüşü olacaq: “Biz Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edəcəyik. Azərbaycan münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır”.

P.S.

 

Paylaş:
352

Son xəbərlər

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37
Bütün xəbərlər