XİN: İran vətəndaşlarına giriş vizaları hava limanlarında rəsmiləşdirilir
15 mart 2018-ci il tarixindən etibarən Azərbaycana səfər edən İran vətəndaşlarına giriş vizaları Azərbaycan Respublikasının beynəlxalq statuslu hava limanlarında rəsmiləşdirilir.
Bu barədə 1news.az-a XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
“Bu qərarın dost və qonşu ölkələr olan Azərbaycan və İran arasında humanitar, iqtisadi-ticarət əlaqələrinin daha da inkişafına və insanlararası təmasların artmasına əsaslı töhfə verəcəyinə ümidvarıq”, H.Hacıyev əlavə edib.
P.Sultanova
511