XİN: Ermənistan qoşunlarını işğal edilmiş Azərbaycan torpaqlarından çıxartmalıdır | 1news.az | Xəbərlər
Siyasət

XİN: Ermənistan qoşunlarını işğal edilmiş Azərbaycan torpaqlarından çıxartmalıdır

09:27 - 15 / 10 / 2018
 XİN: Ermənistan qoşunlarını işğal edilmiş Azərbaycan torpaqlarından çıxartmalıdır

Frankofoniya təşkilatının 17-ci zirvə görüşündə “Böhran vəziyyətləri, böhrandan çıxış və Frankofon ərazisində sülh quruculuğu” adlı qətnamə qəbul edildi və qətnaməyə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair bənd daxil edildi. Burada, ATƏT-in Minsk qrupunun həmsədrlərinin səylərinə tam dəstək əks olunur, sülh şəraitinin təşviq edilməsinə və öncəki razılıqlara  əməl edilməsinə çağırılır, eləcə də münaqişənin Helsinki Yekun Aktının fundamental prinsipləri, o cümlədən gücdən istifadə etməmək və hədələməmək, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmə prinsipi, əsasında sülh yolu ilə həllini nəzərdə tutan danışıqlar prosesinə yenidən başlanılması ifadə olunur.

1news.az xəbər verir ki, bu barədə Frankofoniya təşkilatının 17-ci zirvə görüşündə özündə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair bəndi əks etdirən qətnaməyə dair verilən suala cavabda Azərbaycan XİN-in mətbuat xidmətindən bildirilib.

Məlumatda deyilir: “Helsinki Yekun Aktının dilinə uyğun olaraq, Azərbaycana qarşı təcavüzkar siyasət həyata keçirdiyinə və Dağlıq Qarabağ və ətraf rayonlar da daxil olmaqla Azərbaycan ərazilərini hərbi işğal altında saxladığına görə güc tətbiq etmək məsuliyyəti Ermənistanın üzərinə düşür. Vurğulamaq istərdik ki, Helsinki Yekun Aktı bu xüsusda açıq şəkildə bəyan edir ki, “dövlətlər qarşılıqlı münasibətlərində, habelə ümumiyyətlə beynəlxalq münasibətlərdə hər hansı dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı hədələmək və güc tətbiq etməkdən çəkinməlidir”.

Xalqların öz müqəddəratını təyin etməsi prinsipinə gəldikdə isə Helsinki Yekun Aktında növbəti fikir aydın şəkildə əks olunur: “İştirakçı dövlətlər xalqların bərabər hüquqlarını və öz müqəddəratını təyin etməsi hüququnu hər zaman BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə və dövlətlərin ərazi bütövlüyü daxil olmaqla beynəlxalq hüququn müvafiq normalarına uyğun olaraq hörmət etməlidirlər”. Fikrimcə, sənəd kifayət qədər aydın dildə yazılıb və burada hər hansı əlavə izaha və şərhə lüzum yoxdur.

Ermənistanın Frankofoniya təşkilatından sui-istifadə etmək səylərinə baxmayaraq zirvə görüşünün qətnaməsində münaqişənin həllinin əsasını Helsinki Yekun Aktının prinsipləri təşkil etdiyi qeyd olunur. Ermənistan uğursuz şəkildə beynəlxalq ictimaiyyəti aldatmaq səylərini dayandırmalı, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Helsinki Yekun Aktı ilə üzərinə düşən öhdəliklərini yerinə yetirərək qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır.

Ümid edirik ki, Ermənistanda seçkilərdən sonra bu dövlətin yeni hökuməti anlayacaq ki, Ermənistanın dayanıqlı inkişafı üçün işğal olunmuş Azərbaycan torpaqlarından qoşunlarını çıxartmaqdan başqa yol yoxdur”.

1news.az

Paylaş:
293

Son xəbərlər

Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18
Bütün xəbərlər