XİN: BMT Baş katibinin ATƏT-in Minsk qrupunun fəaliyyətinin canlandırılması üzrə çağırışını təqdir edirik | 1news.az | Xəbərlər
Siyasət

XİN: BMT Baş katibinin ATƏT-in Minsk qrupunun fəaliyyətinin canlandırılması üzrə çağırışını təqdir edirik

17:08 - 17 / 01 / 2018
XİN: BMT Baş katibinin ATƏT-in Minsk qrupunun fəaliyyətinin canlandırılması üzrə çağırışını təqdir edirik

BMT-nin Baş katibi Antoni Quterreş tərəfindən BMT Baş Assambleyasının 16 yanvar tarixli qeyri-rəsmi iclasında Avropada mövcud olan münaqişələr sırasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun fəaliyyətinin canlandırılması üzrə çağırışını təqdir edir və dəstəkləyirik.

Bunu 1news.az-a XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O deyib ki,  BMT Baş katibi tərəfindən çox düzgün olaraq qeyd olunur ki, Avropada mövcud olan resurslar, imkanlar və təsisatların fonunda münaqişələrin həll edilməmiş formada qalmasına bəraət qazandırıla bilməz.

“Avropada təhlükəsizliyin bölünməzliyi vahid prinsip kimi qəbul olunsa da, təəssüf ki, reallıq bundan tamamilə uzaqdır.

80-ci illərin sonunda Azərbaycanın Dağlıq Qarabağ regionunda başlayan aqressiv erməni separatismi Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və ölkəmizin ərazilərinin 20 faizinin işğalı və bir milyondan artıq azərbaycanlılının qanlı etnik təmizlənməsi ilə nəticələnib. BMT Nizamnaməsi, Helsinki Yekun Aktı ilə üzərinə götürdüyü öhdəliklərinə zidd şəkildə ATƏT üzv ölkəsi olaraq Ermənistanın digər ATƏT üzv ölkəsi olan Azərbaycanın ərazilərinin işğalını davam etdirməsi regional sülh və təhlükəsizliyə ciddi təhdid olaraq qalmaqda davam edir. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasına tələb etdiyi halda, Ermənistan buna məhəl qoymur. Ermənistanın bu kimi işğalçılıq siyasəti, güc tətbiq edərək ərazi əldə edilməsi cəhdləri XX əsrin 30-40-cı illərində Avropada baş qaldıran mənfur təcrübə ilə müqayisə oluna bilər.

Azərbaycan, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin mandatını təşkil edən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Helsinki Yekun Aktı əsasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli və regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması üçün həmsədrlər və beynəlxalq ictimaiyyət ilə birgə səylərini davam etdirəcəkdir”. 

P.Sultanova

 

Paylaş:
458

Son xəbərlər

İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59Azərbaycan Prezidenti: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayırBu gün, 14:55İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçirirlər - CANLIBu gün, 14:53Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOBu gün, 14:42“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23
Bütün xəbərlər