XİN: Belçikalı deputatların Karampetiyana havadarlıq etmələri ciddi təəssüf doğurur | 1news.az | Xəbərlər
Rəsmi

XİN: Belçikalı deputatların Karampetiyana havadarlıq etmələri ciddi təəssüf doğurur

18:49 - 20 / 04 / 2018
XİN: Belçikalı deputatların Karampetiyana havadarlıq etmələri ciddi təəssüf doğurur

“Brüsseldə fəaliyyət göstərən “Ədalət və Demokratiya naminə Erməni-Avropa Federasiyası”nın rəhbəri Kaspar Karampetiyan barəsində Baş Prokurorluq tərəfindən cinayət işinin açılmasından sonra həmin şəxs görünür ciddi narahatlıq keçirir”.

Bu sözləri 1news.az-a açıqlamasına XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bir qrup belçikalı deputatın Azərbaycan tərəfdən Kaspar Karampetiyan barəsində açılan cinayət işinə etiraz olaraq bəyanat yaymasını şərh edərkən deyib.

H. Hacıyevin sözlərinə görə, bu səbəbdən o, Belçikanın yerli orqanlarında təmsil olunan və Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edən bəzi deputatlar vasitəsilə özünə dəstək axtarır: “Kaspar Karampetiyan mütəşəkkil dəstə tərkibində 2014-2018-ci illərdə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq təkrar keçmək, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın Azərbaycana qarşı təcavüzü, işğalı və qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma rejimi təbliğ və təşviq etmək, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin pozulmasına açıq çağırışlar etmək kimi davamlı qeyri-qanuni fəaliyyət həyata keçirir.

O, bununla Azərbaycanın işğal olunmuş ərazilərindən etnik təmizləməyə məruz qalmış bir milyondan artıq Azərbaycanlı qaçqın və məcburi köçkünün fundamental hüquq və azadlıqlarını, o cümlədən onların öz doğma torpaqlarına geri qayıtmaq və mülkiyyətlərindən istifadə etmək hüquqlarını kobud şəkildə pozur.

Kaspar Karampetyan rəhbərlik etdiyi “Ədalət və Demokratiya naminə Erməni-Avropa Federasiyası” vasitəsilə Azərbaycanın işğal olunmuş ərazilərində mülki Azərbaycan əhalisinə qarşı hərbi cinayətlər, insanlıq əleyhinə cinayət, soyqırım əməlləri törətməkdə iştirak edən qondarma rejimin nümayəndələrinin Brüsselə səfərlərini təşkil edir, həmin şəxslərlə sıx əməkdaşlıq edir  və dolayısı insanlıq əleyhinə cinayət əməllərinə bəraət qazandırır”.

Hikmət Hacıyev deyib ki, sözügedən şəxs müxtəlif vasitələrlə Avropa siyasətçilərini ələ alır, onların Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlərini təşkil edir, sonradan həmin şəxsləri Azərbaycana qarşı propaqanda vasitəsinə çevirir, Azərbaycana qarşı dezinformasiya xarakteri daşıyan tədbirlər təşkil edir və onları maliyyələşdirir: “Kaspar Karampetyanın təmsil olunduğu Erməni inqilabçı federasiyası –Daşnaksütun partiyası radikal təmayüllü olaraq Azərbaycan ərazisində minlərlə günahsız insanın öldürülməsində iştirak etmiş və çoxsaylı terror əməllərini törədib. Bu kimi əməllər hər bir ölkədə olduğu kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə xüsusilə ağır cinayətlər hesab olunur və bu əsasda həmin şəxsə qarşı cinayət işi açılıb.  Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni əməllərin həyata keçirilməsinə məsuliyyət daşıyan tərəfdir. Bu qeyri-qanuni əməllərin bir qismi beynəlxalq hüququn imperativ normalarından irəli gələn öhdəliklərin ciddi surətdə pozulmasıdır. Beynəlxalq hüququn imperativ normalarının ciddi pozuntusu ağırlaşdırılmış məsuliyyətlə nəticələnən xüsusi halların tətbiq edilməsini nəzərdə tutur.

Avropa İnsan Hüquqları Məhkəməsi “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə qəbul etdiyi qərarında təsbit edib ki, Ermənistan Respublikası hərbi mövcudluğu vasitəsilə ilk günlərdən Dağlıq Qarabağ münaqişəsinə cəlb olunub və qondarma rejim Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi hesabına mövcuddur.

Qeyd etmək istərdik ki, Kaspar Karampetyanın vətəndaşlığını daşıdığı Yunanıstanın cinayət məcəlləsinin müvafiq olaraq, 138, 139, 144, 153 və digər maddələrinə görə Yunanıstanın ərazi bütövlüyünün pozulması, Yunanıstana dost olan ölkələrə qarşı fəaliyyətin həyata keçirilməsi, həmçinin bu kimi ölkələrin dövlət atributlarının təhqir edilməsi hallarına münasibətdə cinayət məsuliyyəti nəzərdə tutulub”.

XİN-in mətbuat xidməti rəhbərinin sözlərinə görə, Belçika hökuməti insanlıq əleyhinə cinayət əməllərinə və həmçinin beynəlxalq hüququn imperativ normalarının (jus cogens) pozulmasına münasibətdə universal yurisdiksiya tətbiq edib: “Azərbaycan Respublikasının Cinayət məcəlləsinə, həmçinin digər ölkələrin qanunlarına və beynəlxalq yurisdiksiyaya görə məsuliyyət daşıyan Kaspar Karampetyan vəkili vasitəsilə Azərbaycanın müstəqil media nümayəndələrini və Milli Məclisin üzvünü təhdid etməsi, onların müstəqil fəaliyyətinə müdaxilə etməsi və onların Belçika məhkəməsinə verməklə hədələməsi qəbuledilməzdir.

Kaspar Karampetyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı fəaliyyətinin qarşısını almaq və cinayət məsuliyyətinə cəlb edilməsi üçün ikitərəfli və çoxtərəfli əsasda bütün müvafiq hüquqi mexanizmlərdən istifadə olunacaqdır.

Belçikanın yerli orqanlarında təmsil olunan bəzi deputatların bu şəxsin havadarı qismində çıxış etmələri ciddi təəssüf doğurur. Həmin deputatlara öz seçiciləri qarşısında məsuliyyət daşıdıqlarını bir daha xatırlatmaq istərdik”.

1news.az

Paylaş:
553

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər