1news.az

Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

26 Aprel saat 09:58 ~ 1 dəqiqəlik oxu 42
Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Bu gün Bakının Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a bildirilib ki, Məhəmməd Hadi küçəsində yeni çəkilmiş diametrləri 315, 159 və 108 millimetrlik polietilen qaz xəttlərinin şəbəkəyə qoşulması ilə əlaqədar aprelin 26-da saat 10:00-dan təmir işlər tamamlananadək Xətai rayonunun Gəncə, Babək prospektləri, Kombinat, Şirvani, X.Məmmədov, Əhmədli kəndi, İnqilab İsmayılov və Mehmandarov küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək. Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Neft və qaz BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net