Xanım sahibkarlar üçün müsabiqənin qalibləri müəyyən oldu - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xanım sahibkarlar üçün müsabiqənin qalibləri müəyyən oldu - FOTO

13:36 - 14 / 03 / 2019
Xanım sahibkarlar üçün müsabiqənin qalibləri müəyyən oldu - FOTO

“Youth Inc.” Sahibkarlıq Proqramı tərəfindən 2 ay müddətində həyata keçirilən “WE2019 Xanım sahibkarlar üçün müsabiqə”nin nəticələri açıqlanıb.

1news.az xəbər verir ki, ümumilikdə 161 müraciətin toplandığı müsabiqənin təqdimat mərhələsində iştirak edən 11 sahibkar xanım arasından 4 nominasiya üzrə qaliblərin adları münsiflərin səsverməsinin ardından açıqlanıb. Belə ki, “İlin ən gənc sahibkar xanımı” – “FitDiet” brendi ilə Ləman Xəlilzadə, “İlin təşəbbüskar sahibkar xanımı” – “TourismLab” brendi ilə Həvva Səfərova, “İlin təhsil üzrə sahibkar xanımı” – “BD Kids” brendi ilə Elvira Bağırova, “Xaricdə fəaliyyət göstərən Azərbaycanlı sahibkar xanım” - “Cuisine Chez Billura” brendi ilə Billurə Bernard, “Milli brendi təmsil edən ilin sahibkar xanımı” isə “Tovuz Baltiya MMC” brendi ilə Günel Məmmədhəsənova olub.

Müsabiqənin qalibi olan sahibkar xanımlar, baş tutan mükafatlandırma mərasimində AzərTürkBank tərəfindən "Gold Card”, Azərbaycanlı dizaynerlər tərəfindən hazırlanmış ekskluziv hədiyyələr və hər bir sahəyə uyğun olaraq BƏƏ, Rusiya və Türkiyəyə işgüzar səfərlərdə iştirak haqqı ilə mükafatlandırılıb.

Qeyd edək ki, müsabiqə “Youth Inc.” Sahibkarlıq Proqramının təşkilatçılığı, Azər Türk Bank ASC-nin əsas dəstəyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dövlət tərəfdaşlığı, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosasiyası (AQSİA), “WoWoman Azerbaijan” təşkilatlarının, ADİU-da fəaliyyət göstərən Yunus Sosial Biznes Mərkəzi  və “INNOLAND” İnkubasiya Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilib.

Qeyd edək ki, layihənin rəsmi informasiya dəstəkçiləri “ARB TV”, “MAG TV” və “1news.az”-dır.   

Müsabiqə haqqında ətraflı məlumat almaq üçün: https://we.youthinc.az 

1news.az

Paylaş:
1682

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər