Xalq Bank III rübü uğurla başa vurdu | 1news.az | Xəbərlər
İqtisadiyyat

Xalq Bank III rübü uğurla başa vurdu

10:25 - 23 / 10 / 2018
Xalq Bank III rübü uğurla başa vurdu

2018-ci ilin üçüncü rübü ərzində maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə əsasən “Xalq Bank” ASC əsas maliyyə göstəriciləri üzrə stabil artım tempini qoruyub.

Belə ki, cari ilin üçüncü rübünün sonuna aktivlərin həcmi ötən ilin sonu ilə müqayisədə 127.365 mln. manat və ya 7,02% artaraq 1,941.013 mlrd. manat təşkil edib. Bankın məcmu kapitalı isə сari ilin 9 ayı ərzində 12,910 mln. manat və ya 5% artaraq 271,181 mln. manata çatıb. 

Qeyd olunan dövr ərzində Bankın faiz gəlirləri ötən ilin anoloji dövrünə nisbətən 9,72% artıb, faiz  xərcləri isə 11,6% azalıb. Bunun nəticəsində Bankın xalis faiz gəlirləri 2017-ci ilin 9 ayının yekunları ilə müqayisədə 17,38% artaraq 65,634 mln manat təşkil edib.  Qeyd etmək lazımdır ki, xalis faiz gəlirlərində müşahidə olunan müsbət trend, əsasən gəlir gətirən aktivlərin diversifikasiyası və xərclərin azaldılması nəticəsində yaranıb.

Xalq Bank 2018-ci il ərzində öz mənfəətliliyini qoruyub saxlamış və ötən ilin anoloji dövru ilə müqaisədə 36,84% artaraq ilin ilk üç rübünü 17,959.27 mln manat mənfəətlə bitirmişdir.

2018-ci ilin üç rübü ərzində maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri “Xalq Bank” ASC-nin ölkənin lider banklarından biri olmasını bir daha təsdiq edir. Bu uğurlar Bankın loyal müştərilərinin, peşəkar əməkdaş komandasının, düşünülmüş və effektiv idarəetmə siyasətinin nəticəsidir. 

“Xalq Bank” ASC 2004-cü ildə yaranıb. Ölkə ərazisində 29 filial və 605 nəfərlik peşəkar kollektivi xidmət göstərən Xalq Bank hazırda ölkənin ən böyük banklarından biridir.

Reklam hüququnda

 

Paylaş:
639

Son xəbərlər

ABŞ nümayəndələri “ASAN xidmət”də olub - FOTOBu gün, 12:46Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası başlayıbBu gün, 12:37Məhkəmə MMA döyüş növü üzrə tanınmış baş məşqçi və üç idmançı barədə qərar qəbul edibBu gün, 12:32Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilibBu gün, 12:06Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıbBu gün, 12:03AQTA-dan bazar rəhbərlərinə xəbərdarlıq: Ən sərt tədbirlər görüləcəkBu gün, 11:59Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOBu gün, 11:55FHN avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edibBu gün, 11:54Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİBBu gün, 11:38Sabah 31 dərəcə isti olacaq - ProqnozBu gün, 11:30İlkin səhiyyə xidməti təkmilləşdirilirBu gün, 11:27Bərdədə 45 yaşlı kişi tərəfindən qaçırılan 23 yaşlı qız tapılıbBu gün, 11:23İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşdüBu gün, 10:59AMB valyuta məzənnələrini açıqladıBu gün, 10:54“Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı - FOTOBu gün, 10:45Atmosfer havasını çirkləndirən şadlıq sarayları cərimə olundu - ADLARBu gün, 10:22Ötən gün 20 kiloqrama yaxın narkotik aşkarlandıBu gün, 10:20“Bilirdim ki, bütün bunlar təsadüfi deyil...” - Bir dayçanın təsirli hekayəsi - VİDEOBu gün, 10:14Avtomobiliniz “Toyota 10” / “Lexus 10” zəmanəti üçün uyğundurmu?Bu gün, 10:01Baş nazir Azərbaycan İnvestisiya Holdinqinin iclasını keçirib, tapşırıqlar veribBu gün, 09:47
Bütün xəbərlər