Xalq artisti: “Lüt qadını göstərib, adını da qoyurlar erotika” | 1news.az | Xəbərlər
Cəmiyyət

Xalq artisti: “Lüt qadını göstərib, adını da qoyurlar erotika”

11:19 - 13 / 07 / 2018
Xalq artisti: “Lüt qadını göstərib, adını da qoyurlar erotika”

Xalq artisti, tanınmış rejissor Eldar Quliyev son illər Azərbaycan kinosunda yaranan boşluqdan danışıb.

1news.az xəbər verir ki, Yenicag.az-a açıqlama verən rejissor son iki il ərzində Kinostudiya tərəfindən heç bir film istehsal olunmadığını bildirib:

"Son iki il ərzində Kinostudiyada filmlər çəkilmir. Səbəbini bilmirəm. Elə özüm də son illər film çəkməmişəm. Qeyri-peşəkarlar tərəfindən kommersiya xarakterli filmlər çəkilir ki, onlara da baxmıram. Baxmadığım filmlər barədə də heç bir fikir söyləyə bilmərəm".

Xalq artisti tamaşaçı cəlb etmək məqsədi ilə son vaxtlar Azərbaycan kinosunda istifadə olunan açıq-saçıq səhnələrə də münasibət bildirib:

"Dünyaca məşhur rejissorlar filmlərində erotikadan istifadə ediblər. Çox da uğurlu alınıb. Çünki bunu peşəkar səviyyədə edirlər. Filmin bədii keyfiyyəti bunu tələb edib və həmin kadrlardan istifadə olunub. Erotika xatirinə erotika çəkmək düzgün deyil. Bizdə lüt qadını göstərirlər, adını da qoyurlar erotika".

1news.az

Paylaş:
1364

Son xəbərlər

Maştağada adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıbBu gün, 15:09Qəzzada ölənlərin sayı 34 654 nəfərə çatıbBu gün, 14:55Tovuzda zəlzələ olubBu gün, 14:28Neftçilərə yeni mənzillər təqdim edilib - YENİLƏNİBBu gün, 14:18İlham Əliyev Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyibBu gün, 14:15Prezident Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair sazişi təsdiqləyibBu gün, 14:13Xankəndi Şəhər Prokurorluğu yaradılıb - SƏRƏNCAMBu gün, 14:11ABŞ Fondu minatəmizləmə işləri ilə əlaqədar Azərbaycana növbəti maliyyə dəstəyi göstərmək niyyətindədirBu gün, 13:59Sabunçuda köməkçi tikili yanıbBu gün, 13:35Səbaildə maşın oğurlayan şəxs saxlanılıbBu gün, 13:18Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanılıbBu gün, 13:04Bazar gününün hava proqnozuBu gün, 12:49Dünya fond bazarlarının əsas indeks göstəriciləriBu gün, 12:33Bakıda evdən 7 min manatlıq qızıl-zinət əşyası oğurlayan şəxs saxlanılıbBu gün, 12:23XRİTDX istifadəçilərə ödənişsiz sandbox sistemlərinə dair xəbərdarlıq edibBu gün, 12:11Yeni təhsil proqramları əsasında təsnifata yeni ixtisasın əlavə olunması halları müəyyənləşibBu gün, 11:56Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində - FOTOBu gün, 11:49FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:33Ağsuda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıbBu gün, 11:32Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub - FAKTİKİ HAVABu gün, 11:14
Bütün xəbərlər