“Xəzər həftəsi” çərçivəsində tədbirlərə start verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Xəzər həftəsi” çərçivəsində tədbirlərə start verilib

22:07 - 25 / 09 / 2017
“Xəzər həftəsi” çərçivəsində tədbirlərə start verilib

Dünya ictimaiyyətinin, dövlətlərin və özəl sektorun diqqətini dənizin və onun bioresurslarının qorunmasına yönəltmək məqsədilə Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qərara əsasən 1978-ci ildən etibarən hər il sentyabr ayının sonuncu həftəsi Beynəlxalq Dəniz Günü kimi qeyd olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildirilib ki, dünyada olduğu kimi ölkəmizdə də Beynəlxalq Dəniz Gününün yüksək səviyyədə qeyd olunması məqsədilə nazirlik tərəfindən hazırlanmış müvafiq tədbirlər planına əsasən sentyabrın 25-dən 30-dək “Xəzər həftəsi” keçirilir.

“Xəzər həftəsi” çərçivəsində Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub sahil zolağında iməciliklərin keçirilməsi, onun ekoloji mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlər mövzusunda dəyirmi masaların, seminarların təşkil olunması və ictimaiyyətin məlumatlandırılması nəzərdə tutulub.

Sentyabrın 25-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Orxus İctimai Ekoloji İnformasiya Mərkəzində gənclərin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması, ictimaiyyətin Xəzərin ətraf mühitinin birgə mühafizəsinə cəlb olunması və gənc nəslin ekoloji maarifləndirilməsi məqsədilə “Xəzər dənizinin ekoloji mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlər, qarşıda duran perspektivlər” mövzusunda dəyirmi masa keçirilib.

Universitet tələbələrinin iştirak etdiyi görüşdə Xəzər dənizinin ekoloji problemlərinin həlli istiqamətində dövlətin həyata keçirdiyi uğurlu siyasət, qarşıda duran vəzifələr, eləcə də ətraf mühit və təbii sərvətlərin qorunmasında ekoloji maarifləndirmənin rolu, iqlim dəyişmələri, yaşıl iqtisadiyyat, davamlı inkişaf və s. mövzularda tədbir iştirakçılarına məlumat verilib, gənclərin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılmasının zəruriliyi diqqətə çatdırılıb və tələbələri maraqlandıran suallar cavablandırılıb.

Babək Cahandarov

Paylaş:
626

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər