XİN rəhbəri: Azərbaycan mədəniyyətlər və dinlərarası dialoqun təşviq edilməsinə böyük önəm verir | 1news.az | Xəbərlər
Siyasət

XİN rəhbəri: Azərbaycan mədəniyyətlər və dinlərarası dialoqun təşviq edilməsinə böyük önəm verir

18:03 - 23 / 09 / 2017
XİN rəhbəri: Azərbaycan mədəniyyətlər və dinlərarası dialoqun təşviq edilməsinə böyük önəm verir

BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Sivilizasiyalar Alyansının Dostlar Qrupu nazirlərinin görüşündə çıxış edib.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən məlumata görə, nazir deyib ki, Azərbaycan mədəniyyətlər və dinlərarası dialoqun bütün səviyyələrdə təşviq edilməsinə böyük önəm verir.

Multikulturalizm və tolerantlıq ölkəmizdə cəmiyyətimizi gücləndirən və birləşdirən uzunmüddətli ənənədir. Əsrlər boyu müxtəlif millətlər və dinlərə mənsub insanlar Azərbaycanda sülh içərisində və ləyaqətlə yaşayıblar. 2016-cı il Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycanda multikulturalizm ili” elan edilmişdir. Nəticədə, milli və beynəlxalq səviyyədə multikulturalizmin bəşəri ideallarını qoruyub saxlamaq və yaymaq tədbirlərini nəzərdə tutan xüsusi Fəaliyyət Planı hazırlanmışdır.

Nazir deyib ki, sülh və təhlükəsizliyin təhsil, elm, mədəniyyət və dialoq vasitəsilə, xüsusilə gənclər arasında əldə edilə biləcəyinə inanan bir ölkə kimi Azərbaycan, 2014-cü ilin 28-30 oktyabr tarixində BMT Baş katibinin Gənclər, BMT-nin İnkişaf Proqramı, YUNESKO və Avropa Şurası üzrə elçisi ilə birgə təşkil olunmuş Bakı Gənclər siyasəti üzrə birinci Qlobal Forumu kimi mədəniyyətlər və sivilizasiyalar dialoqunu təşviq edən tədbirlərin mərkəzinə çevrilmişdir. Forumun 700 iştirakçısının dövlətin gənclərə dair siyasətinin müxtəlif aspektlərini müzakirə etmək və 2015-ci ildən sonrakı inkişaf dövrü ərzində gənclərin tələbatlarını düzgün ünvanlanyan daha adekvat siyasətləri formalaşdırmaq üçün yol və strategiyaları nəzərdən keçirmək imkanı oldu:

"25-27 aprel 2016-cı ildə Azərbaycan BMT Sivilizasiyalar Alyansının “İnkluziv cəmiyyətlərdə birgəyaşayış” mövzusuna həsr olunmuş 7-ci Qlobal Forumuna ev sahibliyi etmişdir. Bu mühüm tədbirə dövlət və hökumət başçıları, nazirlər, dövlət rəsmiləri, media və beynəlxalq təşkilatların nümayəndələri də daxil olmaqla, 147 ölkədən 4 mindən artıq iştirakçı qatılmışdır. Forumun mövzuları davamlı inkişaf üçün inkluziv cəmiyyətlərin əsas komponent kimi təşviq edilməsinin də daxil olduğu Davamlı İnkişaf üzrə 2030 Gündəliyini özündə əks etdirmişdir. Fürsətdən istifadə edərək, mən adıçəkilən Forumun təşkilatçı və iştirakçılarına təşəkkür etmək istərdim.

Forumun əsas nəticəsi Bakı Bəyannaməsi oldu. Bu Bəyannamə ayrıseçkilik, düşmənçilik və zorakılığa rəvac verən dini nifrətə istənilən dəstəyi kəskin şəkildə qınadı və üzv dövlətləri zorakı ektremizmin bütün forma və təzahürlərinə qarşı birləşməyə çağırdı.

Bakı Bəyannaməsi dövlətlər və beynəlxalq təşkilatlar üçün beynəlxalq dialoq və multikulturalizmin zorakılıq, ekstremizm və ksenofobiyaya qaşı mübarizə vasitəsi kimi təşviqində əsas rəhbər prinsipə çevrilməlidir. İnkluziv cəmiyyətlərin yaradılması və inkişafında gənclərin xüsusi rolunu qəbul edərək, Forum çərçivəsində 150-dən artıq gəncin iştirak etdiyi BMT Sivilizasiyalar Alyansının Gənclər Tədbiri də keçirilmişdir.

Bundan əlavə, bu il biz yüksək səviyyəli qonaqların, xüsusilə hökumət başçıları, nazirlər, müxtəlif beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi bəşəriyyətin marağına xidmət edən çoxsaylı qlobal məsələlərə dair panellərdən ibarət IV Ümumdünya Mədəniyyərlərarası Dialoq Forumuna ev sahibliyi etdik. Tədbirin əsas sessiyalarından biri "Gənclərin təhsil vasitəsilə zorakı ekstremizmin qarşısını almaq üçün maarifləndirilməsi" mövzusuna həsr edilmişdir".

P.Sultanova

Paylaş:
787

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər