Worldcard 5 yaşında: 5 ildə 1.5 milyon manat bal hədiyyə | 1news.az | Xəbərlər
İqtisadiyyat

Worldcard 5 yaşında: 5 ildə 1.5 milyon manat bal hədiyyə

12:50 - 25 / 09 / 2017
Worldcard 5 yaşında: 5 ildə 1.5 milyon manat bal hədiyyə

Türkiyənin ilk kredit kartı olan Worldcard-ın Azərbaycan bazarına Yapı Kredi Bank tərəfindən təqdim olunmasından 5 il keçir.

Worldcard ilə Azərbaycan ödəmə sistemlərinin inkişafında önəmli rola sahib olan Yapı Kredi Bank Azərbaycan 5 ildir ki, Azərbaycandakı müştərilərini Worldcard-ın üstünlüklərlə dəstəkləyir.

Azərbaycanda ödəmə sistemləri sektoruna önəmli yeniliklər gətirən Yapı Kredi Bank Azərbaycan, mütərilərinə Worldcard ilə hissə-hissə ödəmə, bal kimi xüsusiyyətlərdən əlavə, nağd avans çəkimi, virtual kart, əlavə kart və assitant xidmətləri də təqdim etməkdədir. Müxtəlif kampaniyalar hazırlayan Worldcard, Azərbaycandakı müştərilərinə səyahətdən smartfona kimi müxtəlif hədiyyələr təqdim edib.

Yapı Kredi Bank Azərbaycanın İdarə Heyətinin sədri Cenk Yüksel 5 yaşlı Worldcard üçün bunları deyib:

“29 ildir Türkiyənin ən çox qazandıran kredit kartı Worldcard, 5 ildir ki, ölkəmizdəki müştərilərinin həyatlarına dəyər qatır. Keçdiyimiz bu müddət ərzində Worldcard-la müştərilərimiz 1.5 milyon AZN bal qazandı və qazandıqları ballarla World Üzv Ticarət Obyektlərində pulsuz alış-veriş etdilər. Bu gün Yapı Kredi POS-terminallarının sayı ölkə üzrə 1500-ün üzərinə çıxıb”.

Hər dəfə müştərilərinə fürsətlərlə dolu kampaniyalar təklif edən Worldcard, 5 yaşı münasibətilə də inanılmaz kampaniya təklif edir. Belə ki, 15 sentyabr - 31 oktyabr tarixlərində Worldcard-la edilən hər beşinci alış-verişi hədiyyə edir. Ətraflı məlumatı www.worldcard.com.az saytından və ya *0444 Yapı Kredi Telefon Mərkəzindən əldə edə bilərsiniz.

Yapı Kredi Bank Azərbaycan haqqında

Yapı Kredi Bank Azərbaycan dünyanın 17 ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Ana səhmdarı UniCredit (İtalya) və Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda bankçılıq sektorunda beynəlxalq təcrübə ilə Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi və İnternet/Mobil Bankçılıq xidmətləri ilə xidmət göstərməkdədir.

 

Paylaş:
701

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər