Who else profits: İsrail tədqiqatçıları Dağlıq Qarabağda qanunsuz fəaliyyət göstərən şirkətlər haqqında | 1news.az | Xəbərlər
Siyasət

Who else profits: İsrail tədqiqatçıları Dağlıq Qarabağda qanunsuz fəaliyyət göstərən şirkətlər haqqında

17:13 - 07 / 12 / 2018
Who else profits: İsrail tədqiqatçıları Dağlıq Qarabağda qanunsuz fəaliyyət göstərən şirkətlər haqqında

2016-cı ilin martında BMT Baş Assambleyasının İnsan Haqları üzrə Şurası (UNHRC) 31/36 qətnaməsini qəbul edir.

Qətnaməyə insan haqları üzrə komissarı məlumatlandıraraq Qərb sahilinin fəaliyyəti ilə bağlı “məlumatlar bazası” yaratmağa təlimat verir.

İsraildə bu siyahının tam olmayacağını hesab etdilər. Çünki dünyada məskunlaşma siyasətlərinin aparıldığı bir çox işğal olunmuş ərazilər var.

Kohelet Policy Forum (KPF) beyin mərkəzi dünyanın dörd problemli regionu üzrə analoji məlumatları sistemləşdirərək, vəziyyəti qlobal konteksdə göstərməyə cəhd etdi: Qərbi Saxara, Dağlıq Qarabağ, Şimali Kipr və Krım.

Toplanmış məlumatları “Kim mənfəət əldə edir: işğal olunmuş ərazilərdə beynəlxalq və Avropa şirkətləri” adlı iki hesabatda dərc edilir. Hesabatlardan birincisi 2017-ci ilin iyununda, ikincisi isə 2018-ci ilin noyabrında nəşr edilir.

Bütün bu regionlarda biznes-sahibkarlıq, eləcə də üçüncü ölkələrin firmaları aparıcı iqtisadi rol oynayır. Araşdırmalar zamanı aydın olub ki, bu cür biznesə dünyanın irimiqyaslı istehsalçıları, maliyyə qurumları, nəqliyyat, ticarət və digər şirkətləri cəlb olunub.

Bütün bu hallarda əcnəbi şirkətlər, xüsusilə də Avropa şirkətləri məskunlaşma fəaliyyətini fəal surətdə dəstəkləyir. Bu qanunsuz fəaliyyətə insan haqlarına hörmət bəsləyən bir çox məşhur brendlər cəlb olunub. Həmçinin bu şirkətlərdən bir çoxu həmin dövlətin hökumətilə əhəmiyyətli əlaqələri olduğu da aşkarlanıb.

Hər iki hesabatda Azərbaycanın Xarici İşlər Nazirliyinin işğal olunmuş ərazilərdə əcnəbi şirkətlərin sərmayə yatırmaları, həmçinin təbii sərvətlərin çıxarılması ilə bağlı geniş sənəd hazırladığı qeyd olunur.

Azərbaycan dəfələrlə beynəlxalq təşkilatları və BMT qurumlarını Dağlıq Qarabağda qanunsuz ticarətlər bağlı mübarizəyə səsləsə də, bu müraciətlər heç vaxt nəzərə alınmır.

Kohelet Policy Forum təşkilatının hazırladığı birinci hesabatda Dağlıq Qarabağ ərazisində  Orange, Credit Agricole, Vodafone, Aurubis, VimpelCom kimi beynəxalq şirkətlərin fəaliyyətindən bəhs olunur.

İllik gəliri 44,9 milyard dollar olan Fransanın Orange SA şirkəti çoxmillətli telekommunikasiya şirkətidir. Ermənistanda “Orange Armenia” filailı olaraq 2009-cu ildən fəaliyyət göstərir.

Şirkət qondarma Dağlıq Qarabağda separatçı rejimlə əməkdaşlıq edir. Həmçinin “Arsax” adından da istifadə edərək şirkəti var. Orange SA Qarabağda “Karabakh Telecom” şirkəti vasitəsilə rouminq xidmətini də təqdim edir.

Şirkətin press-relizində Dağlıq Qarabağa səfər edən ermənilər, həmçinin erməni əsgərləri üçün “komfort” yaratmaq məqsədilə xidmətlərin qiymətinin aşağı salındığı bildirilir.

Telekommunikasiya xidmətlərindən başqa, Orange S.A. şirkəti uzun illər Dağlıq Qarabağda infrastruktur layihələrin reallaşdırılması üçün vəsait toplanmasına da köməklik edib.

Dağlıq Qarabağda fəaliyyət göstərən digər fransız şirkəti Crédit Agricole-dur. Bu, 19 milyard dollar gəliri olan, dünya üzrə 52 milyon müştərisi və 140 əməkdaşlı olan beynəlxalq bank qrupudur.

Crédit Agricole Ermənistanda – ACBA Crédit Agricole Bank erməni bankının ən iri səhmdarıdır. Həmçinin Ermənistanda Crédit Agricole Leasing & Factoring adlı törəməsi də var. ACBA Crédit Agricole Bank 1990-cı ildə Avropa İttifaqının inkişafa dəstək çərçivəsində yaradılıb.

Son 20 il ərzində bank Dünya Bankının institutları tərəfindən dəstək məqsədilə milyonlarla dollar alıb. Crédit Agricole Ermənistanda törəmə qurumları vasitəsilə ölkənin məskunlaşma siyasətini fəal surətdə dəstəkləyir. Nümunə üçün, ACBA Crédit Agricole “Hayastan” beynəxalq fonduna sponsorluq edir, həmçinin Dağlıq Qarabağda infrastruktur layihələri və məskunlaşma üçün vəsaitlər toplayır.

Bununla yanaşı, ACBA Crédit Agricole Dağlıq Qarabağda 2016-cı ilin aprel döyüşləri zamanı həlak olan erməni əsgərlərinin kredit öhdəliklərini ləğv edəcəyini bəyan edib.

İngiltərəyə məxsus Vodafone şirkəti də Dağlıq Qarabağda fəaliyyət göstərən digər şirkətdir. Şirkətin illik gəliri 54,5 milyard dollar təşkil edir.

Bu şirkət Ermənistda VivaCell-MTS şirkəti vasitəsilə fəaliyyət göstərərək, Ermənistanla Dağlıq Qarabağ arasında servis xidmətlərinin müasirləşdirilməsini dəstəkləyir, bu da rouminq tariflərinin əhəmiyyətli dərəcədə aşağı olmasına gətirib çıxarır. Həmçinin VivaCell-MTS Ermənistanda Dağlıq Qarabağın birləşdirilməsi istiqamətində müxtəlif festivalların keçirilməsi sahəsində təşəbbüs göstərir.

İllik gəliri 16,8 milyard dollar təşkil edən Almaniyanın Aurubis şirkətinin də Dağlıq Qarabağda biznes var. Bu, Avropa üzrə ən iri, böyüklüyünə görə dünyada ikinci mis istehsalçısıdır.

20 il ərzində Aurubis Dağlıq Qarabağda mis və digər faydalı yataqlarının çıxardılmasına istər Ermənistanın, istərsə də qondarma Dağlıq Qarabağın beynəxalq sənaye tərəfdaşına çevrilib.

Siyahıda Qarabağda ticarətlə məşğul olan digər şirkət – Rusiya-Hollandiya beynəxalq telekommunikasiya şirkəti VimpelCom-dur. Şirkətin 135 milyon müştərişi olmaqla, dünyanın 13 ölkəsində mobil xidmətlər təqdim edir.

Şirtkətin Armentel adlı filialı qondarma Dağlıq Qarabağda mobil və internet xidmətləri təqdim edərək 2002-ci ildən fəaliyyət göstərir. Hazırda şirkət rouminq xidmətiləri də təqdim edir ki, bu da dünyanın bir çox ölkələrində yaşayan ermənilərin serapatçı regionla əlaqələrin yaxşılaşmasına  gətirib çıxarır.

Kohelet Policy Forum mərkəzinin ikinci hesabatında Dağlıq Qarabağda fəaliyyət göstərən digər 10 şirkətin adı hallanır.

Bunlarda biri illik gəliri 2,8 milyard dollar olan, qısa zamanda evlərin kirayəsini təşkil edən AirBnB onlayn-paltformadır.

Siyahıda Amerikanın Caterpillar şirkəti də yer alıb. Şirkət tikinti texnikası üzrə dünya lideridir. Şirkətin illik gəliri 39,3 milyard avro təşkil edir.

Caterpillar şirkəti Dağlıq Qarabağda məskunlaşanlar üçün tikinti, strateji yol və faydalı qazıntıların istismarı üçün infrastruktur yaradır.

2016-cı ildə Azərbaycan BMT-yə müraciət edərək Caterpillar şirkətinin işğal olunmuş ərazilərdə fəaliyyətilə bağlı şikayət etsə də, təşkilatdan heç bir cavab almır. Eyni zamanda şirkət İsrailin Qərb sahilərində məskunlaşma ərazilərində fəaliyyətilə bağlı UNHR-ın “qara siyahısı”na salınır.

FLSmidth Danimarkanın dağ-mədən sənayesilə bağlı avadanlıq şirkətidir. Şirkətin illik gəliri 3 milyard dollar təşkil edir. Şirkət Qarabağda faydalı qazıntılar çıxaran Kaşen mədənini təmin edir.

İşğal olunmuş ərazilərdə fəaliyyət göstərən digər şirkətin əsası Rusiyada qoyulmuş Tashir Group-dur. Buraya tikinti, pərakəndə satış, energetika, mühəndislik, maliyyə sahələrinə cəlb edilmiş 200 şirkət daxildir.

Qrupun əsası Rusiyada yaşayan erməni əsilli biznesmen Samvel Karapetyan tərəfindən qoyulub. 2015-2016-cı illərdə Tashir Group Ermənistanda elektrik şəbəkəsini (ENA) əldə edir. ENA vasitəsilə Tashir Group Dağlıq Qarabağı elektrik enerjisi ilə təmin edir.

2008-2017-ci illər ərzində Tashir Group işğal olunmuş ərazilərdə xəstəxana və tibb mərkəzləri tikir. 2016-cı ildə aprel döyüşlərindən sonra Tashir Group Dağlıq Qarabağ “hökumətinə” 5 milyon dollar köçürüb.  

Həmçinin işğal olunmuş ərazilərdə AraratBank, Armeniabank, ArmSwissBank, Ardshinbank kimi erməni maliyyə qurumları da fəaliyyət göstərir.

AraratBank Ermənistanda fəaliyyət göstərər maliyyə xidmətləri kimi filiallar açıb. Burada tikinti üçün vəsaitlər və ipoteka kreditləri təqdim edilir.

Ameriabank Qarabağda 2008-ci ildən fəaliyyət göstərir. Bank fəaliyyətilə Ermənistanın Dağlıq Qarabağda əhalinin artımına istiqamətlənmiş proqramlar dəstəkləyir. Həmçinin bank 2014-cü ildən Ermənistanla Qarabağı birləşdirən yolların tikintisini də maliyyələşdirir.

Ermənistanın Ardshinbank kommersiya bankı ölkənin maliyyə sektorunda ən iri vergiödəyici qurumudur. Qarabağda bankın 4-6 filialı fəaliyyət göstərir. Qarabağda göstərdiyi “xidmətlərinə” görə separatçıların lideri Bako Saakyan 2017-ci ildə Ardshinbank-ı “Şərəf” medalı ilə təltif edib.

Ermənistanda yaradılan Artsakh su elektrik şirkəti canlı və ekoloji cəhətdən səmərəli elektrik enerjisi istehsalının inkişaf etdirilməsinə hədəflənib. Şirkət separatçı rejim üçün əhəmiyyət təşkil edir.

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
1929

Son xəbərlər

Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57
Bütün xəbərlər