1news.az

Vüsal Kərimli: “Piyada səkiləri və dayanacaq yerləri zəbt edilib”

19 İyul saat 13:31 ~ 1 dəqiqəlik oxu 106
Vüsal Kərimli: “Piyada səkiləri və dayanacaq yerləri zəbt edilib”

“Piyada təhlükəsizliyi ilə bağlı vəziyyət qənaətbəxş deyil. Dövlət başçısının tapşırığına əsasən hazırda bu sahədə vəziyyətin müsbətə doğru dəyişdirilməsi üçün zəruri tədbirlər görülür”.

1news.az-ın verdiyi xəbərə görə, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli İctimai Televiziyada efirə gedən "Diqqət mərkəzi" verilişində deyib.

Paytaxt rayonlarının bir-bir təhlil edildiyini qeyd edən V.Kərimli piyada səkilərinin müxtəlif səbəblərdən zəbt edildiyini diqqətə çatdırıb.

“Obyektlər tikilib, obyektlərin pilləkənləri çıxarılıb, obyektə dair reklam lövhələri qoyulub. Yaxud bəzən baxırsan, işıqfor dirəyi olan yerə əlavə nişan qoyulub. Bunlar isə bir başa piyadanın hərəkətinə maneə törədir.

Eyni vəziyyət dayanacaqlarla bağlıdır. Dayanacaq yerləri zəbt edilib. Piyadalar məcbur olur ki, yolun hərəkət hissəsinə çıxsınlar. Bakı Nəqliyyat Agentliyi bu problemlərin həlli üçün tədbirlərin görülməsinə başlayıb”, - deyə V.Kərimli vurğulayıb.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
İqtisadiyyat BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net