681 bal toplayan gənc universitetdən və prezident təqaüdündən imtina etdi, sonra... | 1news.az | Xəbərlər
Müsahibə

681 bal toplayan gənc universitetdən və prezident təqaüdündən imtina etdi, sonra...

10:39 - 21 / 09 / 2018
681 bal toplayan gənc universitetdən və prezident təqaüdündən imtina etdi, sonra...

Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi Vüsal Həsrətli əvvəl həkim olmaq istəsə də, sonradan mühəndis olmağa qərar verib. Niyə belə addım atdığını isə onun öz dilindən eşitmək daha maraqlı olar.

Beləliklə, Vüsal Həsrətlinin müsahibəsini təqdim edirik:

- Özünüz haqda bir az məlumat verərdiniz.

- Mən Vüsal Həsrətli, 19 yaşım var. Biləsuvarlıyam və orda yaşayıram. 7,8,9-cu sinifləri Lənkəranda liseydə oxumuşam. 2016-ci ildə isə M.İbrahimov adına Biləsuvar Liseyindən məzun olmuşam. Uzun müddət şahmatla məşğul olmuşam. Təbiətcə sakit, səbirli və dostcanlı biriyəm.

- Həkimliyə marağınız nədən yaranmışdı?

- Həkimliyə heç vaxt marağım olmayıb. Sadəcə ailə böyüklərinin arzularını reallaşdırmaq və məktəbin yönləndirməsiylə belə alınmışdı.

- Bəs nə baş verdi ki Prezident təqaüdçüsü olan tibb tələbəsi təhsilini yarımçıq qoyaraq hər şeyi kökündən dəyişdi?

- Tibbdə təhsilin ilk ayları normal keçdi, lakin sonradan həvəssiz olduğum üçün bu təhsil məndə maraq oyada bilmədi. Uzun müddət ayrılmağı düşündüm. Amma nə vaxt bu barədə danışsam hamı həkimliyi tərifləyirdi, deyirdilər ömürlük işdi, hər zaman qazancın olacaq, hamı hörmətini saxlayacaq və s.

- Mühəndisliyə marağınız nə zamandan formalaşdı?

- Jül Vernin “Sirli ada” əsərini oxumuşdum orda bir obraz var -  Mühəndis Sayres Smit. Onun adada gördüyü işlər,etdiyi ölçmələr və düzəltdiyi cihazlar məni heyran etmişdi. Sonradan kimya dərsini keçməyə başlayanda başa düşdüm ki, mən məhz bu sahənin adamıyam.

- Bu hadisə ölkədə nadir hallardan biri hesab edilir. Bəs niyə məhz BANM?

- 11 ci sinifdə bizi universitetlərlə tanış olma məqsədilə BANM-a gətirmişdilər. Elə o zamandan universitet çox xoşuma gəlmişdi. Hətta qayıtdıqdan sonra qrupumu dəyişib 1-ci ixtisas qrupu üzrə qəbul imtahanı vermək istədim, amma gec idi. BANM mənim ixtisasım üzrə ən yaxşısıdır.

- Sizcə, BANM-ı digər universitetlərdən üstün edən amil hansıdır?

- BANM digər universitetlərlə müqayisədə yeni olsa da ilk ilindən fərqini ortaya qoymağı bacarmış bir universitetdir. Məzunları haqqında biraz məlumat oxumaq kifayətdir.

- Hər bir tələbənin gələcək üçün müəyyən hədəfləri olur. Gələcəkdə hansı böyük layihəni gerçəkləşdirmək istəyirsiniz?

- Mən vətənpərvər insanam. Həmişə istəmişəm ki ölkəm üçün, xalq üçün böyük işlər görüm. Xalqıma xidmət edəcək istənilən layihəni reallaşdırmağa varam.

- İki fərqli ixtisasa yüksək balla qəbul olunan tələbənin maraqları nədən ibarətdir?

- İdmanın demək olar ki bütün sahələrinə marağım var, əsasən də döyüş növlərinə. Futbol və voleybolu yaxşı oynayıram. Müntəzəm idmanla məşğul oluram. Dərs oxumadığım vaxtlarda film izləyirəm, radio dinləyirəm. Bir də çoxlu bioqrafiya oxuyuram. Bağ işləri görürəm. Ümumiyyətlə, vaxtımın boşa keçməsini xoşlamıram.

- Hazırlaşdığınız hər 2 ixtisas qrupunda tarix fənni yoxdur. Bəs tarixə marağınız nə dərəcədədir?

- Mən tarixi həmişə oxumuşam. Liseydə oxuyarkən yarışlarda Tarix fənni üzrə kifayət qədər uğulu nəticələr əldə etmişəm. Amma düzü, 10-cu və 11-ci siniflərdə buna imkan çox olmayıb.

- Hazırda mühəndisliyə maraq artmaqdadır. Fikrinizcə bu sahənin bu qədər aktual olmasına səbəb nədir?

- Mühəndisliyə maraq insanlarda əslində həmişə olub.  Sadəcə, son dövrlərdə bu sahə sürətli inkişaf eydiyinə görə təlabat artır, insanlar isə hər şeyin yaxşısını istəyir. Bu səbəbdən də əvvəlkindən daha çox gəncin mühəndisliyə marağı artır.

- Həkimlik və mühəndislik. Fikrinizcə ölkəmizdə bu 2 peşənin hansında peşəkarlar daha çoxluq təşkil edir?

- Düşünürəm ki, yaxşı həkim çox azdır, ən azından bölgələrdə bu belədir. Son dövrlərdə mühəndislərin sayı artıb, amma peşəkarlıq səviyyələri haqqında hələki heç nə deyə bilmərəm.

- Prezident təqaüdçüsü statusunu itirdiniz. Buna görə üzülürsünüzmü?

- Məncə daha çox valideynlərim üzülür.

- BANM-ın 4 maraqlı ixtisası var. Niyə məhz “Kimya mühəndisliyi”ni seçdiniz?

- Hazırda “Kimya mühəndisliyi” geniş bir sahədir və mən daha çox emal işinə yönələcəyimi düşünürəm.

- Növbəti illərdə tələbə adını qazanmaq istəyən abituriyentlərə məsləhətiniz nədir?

- Məsləhətim odur ki, dərslərini müəyyən qrafiklə oxusunlar və smartfon, televizor, kompüterdən tamamilə uzaq olsunlar.

- Səmimi müsahibəyə görə təşəkkürlər. Dərslərinizdə uğurlar diləyirik.

- Mən də müsahibəyə görə təşəkkür edirəm. Maraqlı müsahibə oldu.

1news.az

Paylaş:
5138

Sizin üçün xəbərlər

Son xəbərlər

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02
Bütün xəbərlər