Vüqar Rəhimzadə: Türk xalqı daha parlaq gələcəyinə səs verdi | 1news.az | Xəbərlər
Siyasət

Vüqar Rəhimzadə: Türk xalqı daha parlaq gələcəyinə səs verdi

16:08 - 25 / 06 / 2018
Vüqar Rəhimzadə: Türk xalqı daha parlaq gələcəyinə səs verdi

“Ötən gün Türkiyənin tarixində kifayət qədər mühüm hadisə baş verdi. Qardaş ölkədə keçirilən növbədənkənar prezident və 27-ci çağırış parlament seçkilərinə dair səsvermənin nəticələrinə görə Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçildi və onun sədri olduğu Ədalət və İnkişaf Partiyası seçicilərin etimadını qazandı.

Bu barədə 1news.az-a Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

O deyib ki, seçicilər səs çoxluğu ilə prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğana etimad göstərdilər. Bununla da qardaş türk xalqı öz tarixi seçimini edərək güclü Türkiyənin daha parlaq gələcəyini təmin etdi

Vüqar Rəhimzadə qeyd edib ki, bu gün Türkiyə regionda və dünya miqyasında mühüm əhəmiyyətə malik dövlətdir:

“Türkiyə Respublikası kifayət qədər mürəkkəb geosiyasi coğrafiyada yerləşir. Xüsusilə, Yaxış Şərqdə baş verən hadisələr bunu deməyə əsas verir. Vurğulamaq lazımdır ki, bu region böyük “güclərin” maraqlarının toqquşduğu ən qaynar nöqtələrdən biridir. Etiraf etmək lazımdır ki, bu qüvvələrə də güclü Türkiyənin varlığı sərf etmir. Onlar hər vasitə ilə qardaş ölkəni münaqişələrin mərkəzinə çəkməyə, dolayısı ilə onu zəiflətməyə çalışırlar. Ancaq unudurlar ki, bu, mümkün deyil. Güclü, qüdrətli Türkiyə hər zaman var olub və olacaq. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə dövlət müstəqilliyini daha da möhkəmləndirəcək, böyük zəfərlər qazanacaq.”

“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, Türkiyə sürətlə inkişaf edərək dünya “nəhəngləri” sırasına daxil olmaqdadır: “Bu gün dünyanın böyük dövlətləri-ABŞ, Rusiya Türkiyəni öz strateji tərəfdaşları hesab edir və onunla hesablaşırlar. Bu ölkələr qəbul etdikləri bir çox qərarlarda Türkiyənin maraqlarına xüsusi olaraq diqqət yetirirlər. Bu, bir daha onu göstərir ki, qardaş Türkiyə dünyada sayılıb seçilən, söz sahibi olan ölkələrdən biridir. Təbii ki, bu uğurların təməlində güclü iradə, möhkəm birlik, demokratiya və digər mühüm məqamlar dayanır.”

Vüqar Rəhimzadə əlavə edib ki, Rəcəb Tayyib Ərdoğanın növbəti dəfə Prezident seçilməsi Azərbaycan-Türkiyə dostluq və qardaşlığını, strateji münasibətlərini daha da möhkəmləndirəcək, gələcək üçün yeni perspektivlər yaradacaq: “Bu gün Azərbaycan-Türkiyə birliyi dünyada nümunə göstərilir. Bu birlik tarixi köklərə, milli, dini birliyə, dostluğa, qardaşlığa əsaslanır. Bu birlik möhkəm təməllər üzərində qurulub. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millər, iki dövlət”, türk xalqının ulu öndəri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” dəyərli kəlamları Azərbaycan-Türkiyə münasibətlərinin nə qədər yüksək səviyyədə olduğunun əyani sübutudur.”

V.Rəhimzadə onu da bildirib ki, Prezident İlham Əliyev və qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın güclü siyasi iradələri, qətiyyətləri sayəsində Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı yüksələn xətlə inkişaf edəcək:

“Bu gün dünya Azərbaycan və Türkiyənin birgə imza atdıqları qlobal layihələrdən danışır. Dünyanın enerji tarixində mühüm yer tutan “Əsrin müqaviləsi”nin məhsulu olan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurun əsas ixrac neft və qaz kəmərlərinin tikilib istismara verilməsi, XXI əsrin layihəsi adlandırılan “Cənub Qaz Dəhlizi”nin həyata keçirilməsi nəticəsində istifadəyə verilən TANAP, tikintisi davam etdirilən TAP Azərbaycan və Türkiyə birgə səyləri, qətiyyəti sayəsində reallığa çevirilib. Güclü Türkiyə güclü Azərbaycan, güclü Azərbaycan isə güclü Türkiyə deməkdir. Bizim gücümüz birliyimizdədir.”

1news.az

 

Paylaş:
412

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilibBu gün, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTOBu gün, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilibBu gün, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçiribBu gün, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunurBu gün, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİBBu gün, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaqBu gün, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdıBu gün, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEOBu gün, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıbBu gün, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyibBu gün, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandıBu gün, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıbBu gün, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verirBu gün, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyasıBu gün, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilibBu gün, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıbBu gün, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıbBu gün, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43
Bütün xəbərlər