Vüqar Rəhimzadə: “Reket jurnalistika”ya qarşı hər kəs mübarizə aparmalıdır | 1news.az | Xəbərlər
Cəmiyyət

Vüqar Rəhimzadə: “Reket jurnalistika”ya qarşı hər kəs mübarizə aparmalıdır

16:34 - 15 / 02 / 2019
Vüqar Rəhimzadə: “Reket jurnalistika”ya qarşı hər kəs mübarizə aparmalıdır

Xəbər verildiyi kimi, “Realliq.info” informasiya saytının baş redaktoru Rəhimov İkram Rafiq oğlunun hədə-qorxu ilə pul tələb etdiyi barədə ayrı-ayrı şəxslərin şikayətləri Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb.

DTX-nin ictimai əlaqələr şöbəsindən 1news.az-a bildiriblər ki, məhkəmə qərarı əsasında aparılan əməliyyat tədbirləri ilə onun müvafiq əməlləri qeydə alınıb. O, hədə-qorxu ilə tələb etmə cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq, barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Davam edən istintaqla şübhəli bilindiyi cinayətlərə görə İkram Rəhimova elan edilən ittihama əsasən, o, 2017-ci ilin sentyabrında zərərçəkmiş Elxan Dadaşovdan mətbuatda sahibkarlıq fəaliyyəti zamanı qanunsuzluqlara yol verdiyinə dair məlumatlar yayacağı hədəsi ilə pul vəsaiti tələb edərək alıb.

İttihama əsasən, İkram Rəhimov zərərçəkmiş Zakir Hüseynovdan barəsində mətbuatda şəxsi və işgüzar nüfuzuna xələl gətirən rüsvayedici məlumatlar yayacağı hədəsi ilə 2016-2018-ci illər ərzində müxtəlif vaxtlarda mütəmadi olaraq pul tələb edərək alıb.

Bundan başqa, 2017-ci ilin sentyabrında İkram Rəhimov zərərçəkmiş Rafiq Ədilovdan davamlı olaraq mətbuatda rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul tələb edərək alıb.

Daha sonra İkram Rəhimov 2017-ci ilin dekabrında fərdi sahibkar Cabir Cəfərovdan fəaliyyətində qanunsuzluqlara yol verdiyi barədə mətbuatda məlumatlar yayacağı hədəsi ilə pul vəsaiti tələb edib. O, bu yolla həmin şəxsdən də pul almağa nail olub.

İkram Rəhimov 2018-ci ildə zərərçəkmiş Azər Mirzəyevdən guya müxtəlif qanunsuz əməllərə yol verdiyinə dair mətbuatda məlumatlar yayacağı hədəsi ilə müxtəlif tarixlərdə pul tələb edərək alıb.

Hazırda İkram Rəhimovun əməllərindən daxil olan şikayətlərin araşdırılması davam edir.

Qeyd edək ki, bu gün ölkəmizdə sıralarında kifayət qədər yüksək intellektə, peşəkar keyfiyyətlərə malik peşəkar jurnalist ordusu formalaşıb.

Meşə çaqqalsız olmadığı kimi, çox təəssüf ki, bu gün jurnalistikaya qazanc mənbəyi kimi baxan, qeyri-peşəkar üzdəniraq “media nümayəndələri” ölkəmizdəki  demokratik şəraitdən sui-istifadə edərək hələ də media məkanında meydan sulayırlar. Belələri şəxsi mənafeləri naminə müxtəlif dövlət orqanlarının, ayrı-ayrı vətəndaşların, cəmiyyətin nüfuzlu üzvlərinin şərəf və ləyaqətini alçaldan, çox vaxt əsassız iddialarla dolu, həqiqətləri əks etdirməyən, böhtan xarakterli “məqalələr” dərc edərək onları “mənəvi terror”a məruz qoyurlar. 

Təqdirəlayiq haldır ki, media orqanlarının belə üzdəniraq fəaliyyətləri Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasında müzakirə olunur, qurumun Nizamnaməsi çərçivəsində tədbirlər görülür.

“İki sahil” qəzetinin baş redaktoru, Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının sədri Vüqar Rəhimzadə 1news.az-a açıqlamasında “Realliq.info” informasiya saytının baş redaktoru İkram Rəhimovun saxlanmasına münasibət bildirərək onun peşəkar reket olduğunu, öz niyyətinə çatmaq üçün müxtəlif çirkin əməllərlə - şantaj, böhtan, şəxsi həyata müdaxilə kimi əməllərlə məşğul olduğunu bildirib:

“Vaxtında onun adını “qara siyahıya” salsaq da, dəfələrlə xəbərdarlıq etsək də çirkin əməllərindən əl çəkmədi. Nəticə etibarilə bu gün o, həbs olunub. Hesab edirəm ki, Dövlət Təhlükəsizliyi Xidmətinin açıqladığı lent yazıları İkram Rəhimovun qanunsuz əməllərinin çox az bir hissəsidir. Yəqin ki, aparılan araşdırmaların sonunda daha çox faktın üstü açılacaq”.

V.Rəhimzadə Mətbuat Şurasının davamlı olaraq “reket jurnalistikaya” qarşı mübarizə apardığını deməklə yanaşı, hər kəsi bu işdə fəal olmağa çağırıb:

“Bu günə qədər Mətbuat Şurası tərəfindən jurnalistlərin peşəkarlığının artırılması, “reket jurnalistikayla” mübarizə yönündə kifayət qədər işlər həyata keçirilib. Jurnalistikanın inkişafı ilə yanaşı cəmiyyətin də qorunması bizim üçün vacibdir.

Bu gün Azərbaycanda kimliyindən asılı olmayaraq hər bir kəs qəzet təsis edə bilər. Jurnalistikaya aidiyyatı olmayan bəzi insanlar da bundan sui-istifadə edərək gəlib öz yaramaz əməllərini göstərməklə jurnalist adına da, cəmiyyətə də xələl gətirirlər.

Əvvəl çap mediasında reketçiliklə məşğul olanlar bu gün öz çirkin fəaliyyətlərini elektron media qurumlarında davam etdirirlər. Çox asan yolla bir neçə sayt təsis edərək insanlara qarşı mənəvi terror, şantaj həyata keçirirlər. Buna görə də jurnalist adına ləkə gətirən, mətbuatın adından qanunsuz əməllərlə məşğul olan şəxslərə qarşı hər kəs mübarizə aparmalıdır”.

V.Rəhimzadə hazırda rəhbəri olan komissiya tərəfindən 28 şikayətin araşdırıldığını da diqqətə çatdırıb:

“Bu müraciətlərin hər biri tərəfimizdən araşdırılır və yaxın günlərdə onlarla bağlı qərarımızı açıqlayacağıq. Ümumiyyətlə, hesab edirəm ki, Mətbuat Şurasının “reket jurnalistikaya” qarşı apardığı mübarizə kifayət qədər effektivdir və öz müsbət nəticəsini verir”.

Komissiya sədri “reket jurnalistikaya” qarşı mübarizənin gücləndirilməsi və daha effektli olması üçün Mətbuat Şurası ilə bağlı xüsusi qanunun qəbul edilməsinə ehtiyac olduğunu da söyləyib:

“Mətbuat Şurası qeyri-hökumət təşkilatı olduğu üçün onun çıxartdığı bütün qərarlar ictimai qınağa söykənən, hüquqi əsası olmayan qərarlardır. Lakin nəzərə almaq lazımdır ki, Mətbuat Şurasının çoxşaxəli, böyük bir fəaliyyəti var. Ona görə də yaxşı olardı ki, Mətbuat Şurasının hüquqi statusunu müəyyən edən bir qanun qəbul edilsin və müəyyən məsələlərdə öz hüquqi səlahiyyətlərindən istifadə edərək öz təsir imkanını, mövqeyini ortaya qoya bilsin”.

1news.az

Paylaş:
1326

Son xəbərlər

Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilibBu gün, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıbBu gün, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıbBu gün, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, araşdırma aparılırBu gün, 14:30Sadır Japarov: İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyini inamla qururBu gün, 14:16İlham Əliyev: Qırğız Respublikası ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyırBu gün, 14:02Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİBBu gün, 14:00Qırğızıstan Ağdamda məktəb binası inşa edəcəkBu gün, 13:58Taleh Kazımov ABŞ Xəzinədarlıq Departamenti ilə maliyyə sabitliyini müzakirə edibBu gün, 13:33Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası keçirilib - FOTO - YENİLƏNİBBu gün, 13:31Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıbBu gün, 13:19ABŞ nümayəndələri “ASAN xidmət”də olub - FOTOBu gün, 12:46Məhkəmə MMA döyüş növü üzrə tanınmış baş məşqçi və üç idmançı barədə qərar qəbul edibBu gün, 12:32Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilibBu gün, 12:06Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıbBu gün, 12:03AQTA-dan bazar rəhbərlərinə xəbərdarlıq: Ən sərt tədbirlər görüləcəkBu gün, 11:59Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOBu gün, 11:55FHN avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edibBu gün, 11:54
Bütün xəbərlər