Vüqar Rəhimzadə: Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasətin əsasında milli maraqlarımızın müdafiəsi dayanır | 1news.az | Xəbərlər
Siyasət

Vüqar Rəhimzadə: Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasətin əsasında milli maraqlarımızın müdafiəsi dayanır

15:47 - 13 / 02 / 2019
Vüqar Rəhimzadə: Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasətin əsasında milli maraqlarımızın müdafiəsi dayanır

Bu gün Azərbaycan mediası özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. İstər KİV-in maddi-texniki bazasının möhkəmləndirilməsi, istərsə də jurnalistlərin sosial rifahının, eyni zamanda, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb. Bu sırada dövlət dəstəyini xüsusi olaraq vurğulamaq lazımdır.

Məhz möhtərəm Prezidentimizin KİV-ə olan diqqət və qayğısı, Onun göstərişi ilə 2013-cü ildən başlayaraq jurnalistlərin dövlət tərəfindən pulsuz mənzillərlə təmin edilməsi və s. bunun əyani sübutudur. Cənab Prezident İlham Əliyev fevralın 12-də REAL televiziyasına geniş müsahibəsində mediaya həmişə böyük dəstək göstərdiyini vurğulayıb.

“Mənim media nümayəndələri ilə çoxsaylı görüşlərim bunun əyani sübutudur və həmişə çalışmışam ki, öz işimlə medianın inkişafına dəstək verim. Şadam ki, Azərbaycan mediası bu gün ölkəmizin həyatında önəmli rol oynayır” deyən ölkəmizin başçısı əmin olduğunu bildirib ki, Azərbaycan mediası ölkəmizin həyatında bundan da böyük rol oynayacaq. Sözsüz ki, bu dəyərli fikirlər biz jurnalistləri qürurlandırdığı kimi, qarşımıza böyük məsuliyyət də qoyur. Hesab edirəm ki, hər bir jurnalist öz fəaliyyətində bu məqamlara xüsusi diqqət yetirməli, milli maraqları hər şeydən uca tutmalı, dövlətə, xalqa xidməti öz peşəsinin əsas istiqaməti kimi müəyyənləşdirməlidir”.

1news.az-ın verdiyi xəbərə görə, bu fikirləri KİV-ə açıqlamasında Mətbuat Şurası İdarə heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Vüqar Rəhimzadə bildirib ki, bu gün dövlət siyasətinin mühüm istiqamətlərindən biri Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə doğru, düzgün şəkildə çatdırılmasıdır: “Artıq uzun illərdir ki, bu sahədə uğurlu addımlar atılır. Bu gün istər hökumət, istərsə də vətəndaş cəmiyyəti nümayəndələri səviyyəsində xarici ölkələrdə təbliğat işləri uğurla aparılır. Beynəlxalq arenalarda, tədbirlərdə, kürsülərdə Azərbaycan həqiqətləri dünyaya çatdırılır. Bütün bunlara baxmayaraq, Azərbaycanın uğurlarını gözü götürməyən bəzi qüvvələr qərəzli, yalan, böhtan xarakterli məlumatlar yayaraq ölkəmizin beynəlxalq imicinə zərbə vurmağa cəhd edirlər. Bu cür qara piarlar indiyədək olub və bundan sonra da olacaq.

Biz isə harada olmağımızdan asılı olmayaraq əsl vətəndaş mövqeyi nümayiş etdirməklə bu kimi hallara qarşı daim mübarizə aparmalı, dövlətimizin maraqlarını və milli mənafeyimizi qorumalıyıq. Möhtərəm Prezidentimiz REAL televiziyasına müsahibəsində bu məsələlər toxunaraq qeyd edib ki, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq xüsusi əhəmiyyət daşıyan bir məsələdir. “Bizə qarşı aparılan bütün bu təbliğatın qarşısında öz həqiqətlərimizi ortaya qoyuruq, Azərbaycanı müasir, güclü dövlət kimi tanıtdırırıq və ölkə haqqında həqiqətləri çatdırırıq” deyən dövlətimizin başçısı bildirib ki, xarici mediada mövcudluğumuz, sözlərimizin çatdırılması xüsusi əhəmiyyət daşıyır. Bu amil bir daha onu nümayiş etdirir ki, möhtərəm Prezidentimizin yürütdüyü uğurlu xarici siyasətin əsasında milli maraqlarımızın müdafiəsi dayanır”.

“İki sahil” qəzetinin baş redaktoru əlavə edib ki, bu il ölkəmizin həyatında mühüm uğurlarla yadda qalacaq:

“Möhtərəm Prezidentimizin rəhbərliyi ilə bu ilin əvvəlindən başlayaraq mühüm islahatlara start verilib. Xüsusilə sosial-iqtisadi sahədə Fərman və sərəncamlar imzalanıb. REAL televiziyasına müsahibəsində “2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir, ölkədə mövcud olan nöqsanları aradan qaldırmaqdır, vətəndaşları narahat edən problemləri tamamilə gündəlikdən çıxarmaqdır, insanların rifah halını yaxşılaşdırmaqdır, daha güclü, qüdrətli dövlət qurmaqdır” deyən ölkəmizin başçısı həyata keçirdiyi uğurlu siyasətlə verdiyi vədlərə sadiqliyini nümayiş etdirməklə yanaşı, hər bir azərbaycanlının Prezidenti olduğunu təsdiqləyir.”

S.Xankişiyeva

 

Paylaş:
501

Son xəbərlər

Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, araşdırma aparılırBu gün, 14:30Sadır Japarov: İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyini inamla qururBu gün, 14:16İlham Əliyev: Qırğız Respublikası ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyırBu gün, 14:02Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİBBu gün, 14:00Qırğızıstan Ağdamda məktəb binası inşa edəcəkBu gün, 13:58Taleh Kazımov ABŞ Xəzinədarlıq Departamenti ilə maliyyə sabitliyini müzakirə edibBu gün, 13:33Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası keçirilib - FOTO - YENİLƏNİBBu gün, 13:31Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıbBu gün, 13:19ABŞ nümayəndələri “ASAN xidmət”də olub - FOTOBu gün, 12:46Məhkəmə MMA döyüş növü üzrə tanınmış baş məşqçi və üç idmançı barədə qərar qəbul edibBu gün, 12:32Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilibBu gün, 12:06Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıbBu gün, 12:03AQTA-dan bazar rəhbərlərinə xəbərdarlıq: Ən sərt tədbirlər görüləcəkBu gün, 11:59Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOBu gün, 11:55FHN avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edibBu gün, 11:54Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİBBu gün, 11:38Sabah 31 dərəcə isti olacaq - ProqnozBu gün, 11:30İlkin səhiyyə xidməti təkmilləşdirilirBu gün, 11:27
Bütün xəbərlər