Vüqar Rəhimzadə: Prezident İlham Əliyevin regionlara hər səfəri xalqa xidmətin təzahürüdür | 1news.az | Xəbərlər
Siyasət

Vüqar Rəhimzadə: Prezident İlham Əliyevin regionlara hər səfəri xalqa xidmətin təzahürüdür

10:17 - 15 / 02 / 2019
Vüqar Rəhimzadə: Prezident İlham Əliyevin regionlara hər səfəri xalqa xidmətin təzahürüdür

Davamlı iqtisadi inkişaf, yüksək rifah dövlət siyasətinin əsasını təşkil edir.

Dövlətimizin başçısı İlham Əliyevin bütün çıxışlarının əsasında bu tezis dayanır ki, həyata keçirilən siyasətin təməlində vətəndaş amili dayanır.  İrəli sürülən təşəbbüslərin xalq tərəfindən dəstəklənməsi ölkədə yüksək  ab-havanı təmin etməklə yanaşı, xalq-iqtidar birliyinin daha da möhkəmlənməsini şərtləndirir.

1news.az-ın verdiyi xəbərə görə, bu fikirləri YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə  bildirib.

V.Rəhimzadə qeyd edib ki,  ölkə Prezidenti İlham Əliyevin   bölgələrə  ardıcıl səfərləri, hər  səfərindən  sonra həmin rayonların sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə Tədbirlər Planını təsdiqləməsi, Prezidentin Ehtiyat Fondundan vəsaitlərin ayrılması və s. kimi  mühüm tədbirlər    həm ölkənin  hərtərəfli inkişafına, həm də xalqın  sosial müdafiəsinin  gücləndirilməsinə xidmət edən addımlardır:

“Cənab Prezident İlham Əliyevin  bu günlərdə Beyləqan rayonuna səfəri də bu tərkibdəndir. Səfər çərçivəsində bir sıra mühüm sosial obyektlərin açılışında  və təməlqoyma mərasimlərində iştirak edən dövlətimizin başçısının ictimaiyyət nümayəndələri ilə görüşündə göstərdiyi  səmimiyyət diqqətdən kənarda qala bilməz. Möhtərəm Prezidentimizin  rayon ictimaiyyəti ilə mehriban görüşləri, Beyləqan rayon sakini ilə birgə mahnı ifa etməsinin ictimaiyyət tərəfindən necə rəğbətlə, yüksək əhval-ruhiyyə ilə qarşılandığı sakinlərin fikirlərindən də aydın görünür. Bu səmimiyyət bir daha belə bir  reallığa işıq saldı ki, cənab İlham Əliyev  hər kəsin Prezidentidir, xalqa xidmət missiyasını   yüksək səviyyədə, layiqincə  yerinə yetirməklə,  daim çıxışlarında   qarşıya qoyduğu bu tapşırığın- «Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir» real həyatda ifadəsidir. Rayon sakinlərinin bildirdiyi kimi, vətəndaşlarla bir yerdə  olmaq, onlara arxalanmaq,  onlarla ünsiyyət yaratmaq,  arzu və təkliflərinə, istəklərinə vaxtında  cavab vermək  qürurvericidir. 

Cənab İlham Əliyevin rayon sakinləri qarşısında  «Mən həmişə bu dəstəyə arxalanmışam, mənə güc verən sizin mənə olan inamınızdır» cavabı hakimiyyətin yeganə mənbəyinin xalq olmasının göstəricisidir. Möhtərəm Prezidentimiz Azərbaycanın uğurlarından bəhs edərkən həmişə «insan amili, insan kapitalı» anlayışının mahiyyətini diqqətə çatdırır və bu tapşırığı verir ki, məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər,  xalqın xidmətçiləridir”.

YAP Siyasi Şurasının üzvü açıqlamasında regional inkişaf proqramlarının uğurlu icrasından, cənab İlham Əliyevin Sərəncamı ilə regionların 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiqlənməsinin inkişafın davamlılığına geniş yol açmasından bəhs edib. Bu mühüm məqamı xüsusi vurğulayıb ki,  yeni iş yerlərinin açılması yoxsulluğun aradan qaldırılması və məşğulluğun daha da artırılmasına öz müsbət təsirini göstərir. İstifadəyə verilən hər bir obyekt onlarla, yüzlərlə insanın işsizlik probleminin həllini təmin edir.  Bu isə öz növbəsində  sosial müdafiənin gücləndirilməsi deməkdir.

V.Rəhimzadə dövlətimizin başçısı İlham Əliyevin bölgələrin potensial imkanlarından səmərəli istifadə etmək məqsədilə təsdiqlədiyi dövlət proqramlarının uğurlu nəticələrinə söykənərək bu  fikri də açıqlayıb ki, bu gün  paytaxt və bölgələr arasında fərq tamamilə aradan götürülüb: “Hazırda Azərbaycanın hər rayonu,  kəndi, qəsəbəsi inkişaf, tərəqqi dövrünu yaşayır. Bütün rayonlar arasında sağlam rəqabət gedir. Cənab Prezident İlham Əliyevin açıqladığı satistikaya əsasən ötən  il Azərbaycanın bölgələrinə 24 səfər edib.  Bu səfərlər zamanı həm işlərə nəzarət etmək üçün imkan yaranır, həm də yerlərdə vətəndaşlarla görüşərək onları narahat edən problemlərin həlli istiqamətində göstərişlər verilir. Rayonların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, o cümlədən infrastruktur layihələri ilə bağlı bir çox sərəncamlar imzalanıb.  Bu sərəncamlar bölgələrimizdə  yüksək  nəticələrə yol açıb. İnsanların rahat, yüksək rifah şəraitində yaşaması prioritet məsələlərdəndir”.

V.Rəhimzadə vurğulayıb ki, xalq-iqtidar birliyi, eyni zamanda, vətəndaş amilinə verilən dəyərdən irəli gələrək qarşıya qoyulan tapşırıqların uğurlu icrası cəmiyyətdə yüksək ab-havanın yaranmasını şərtləndirir. “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” vədini ölkə Prezidenti İlham Əliyev atdığı addımlarla, bütün fəaliyyəti ilə təsdiqləyir.

S.Xankişiyeva

 

Paylaş:
393

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər