Vüqar Rəhimzadə: Əlinizdə imkan olanda nə etdiniz? | 1news.az | Xəbərlər
Siyasət

Vüqar Rəhimzadə: Əlinizdə imkan olanda nə etdiniz?

14:19 - 21 / 02 / 2019
Vüqar Rəhimzadə: Əlinizdə imkan olanda nə etdiniz?

“Əli Kərimli və ətrafının hakimiyyətin atdığı addımlarla bağlı kampaniya təşkil edib bunları “öz əməyinin nəticəsi” kimi göstərməyə çalışması çox komikdir.

Onlar bir illik hakimiyyətləri dövründə Azərbaycan xalqının, bu torpağın, dövlətin, millətin başına gətirdikləri oyunları yadlarına salsınlar. Yəqin bu, özlərinin də yaddaşlarından heç vaxt silinməyəcək. Çox güman ki, onlar manipulyasiya etməklə özlərini təmizə çıxarmağa çalışır, şou düzəltməklə gündəmdə qalmaq istəyirlər”.

1news.az-ın verdiyi xəbərə görə, bu sözləri  Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Onun sözlərinə görə, ölkə başçısının atdığı addımlar insan amilinə söykənən, insanların yaxşı yaşamasına hesablanan addımlardır: Cənab İlham Əliyev prezident seçiləndə açıqlamışdı ki, mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam. İndiyədək regionların social-iqtisadi inkişafı ilə bağlı üç Dövlət Proqramı qəbul edilib. Sonuncu qərarları xüsusilə qeyd etmək istərdim. Məsələn, tələbələrin təqaüdünün artırılması adi Sərəncam deyil, on minlərlə insana dəstəkdir, gənclərimizə stimuldur”.

Vüqar Rəhimzadə qeyd edib ki, çoxmərtəbəli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında dövlət başçısının Fərmanı tarixi hadisə, Azərbaycan vətəndaşlarına xidmət edən qərardır: “Şəhid ailələri, əlilliyi olan şəxslərlə bağlı verilən qərarlar da daxil olmaqla onlarla belə addımlar sadalamaq olar ki, vətəndaşlarımıza göstərilən diqqəti təcəssüm etdirir. Əli Kərimli və yan-yörəsindəkilər nə edirlər?! Yalnız Azərbaycanın əleyhinə işləməklə bu cəmiyyətə ziyan vurmaqla məşğuldurlar. Əli Kərimli və ətrafı erməni lobbisinin missionerləridir.

Onlar orada, Əli Kərimli də Azərbaycanda iyrənc və çirkin əməllərlə məşğuldur. Hesab edirəm ki, onların birillik hakimiyyəti dövrü Azərbaycan xalqının həmişəlik yadında qalacaq. Onların kimliyi, yaramaz əməlləri gözümüz qarşısında canlanır, insanların çörəklə sınağa çəkilməsi, iqtisadiyyatımızın məhvinin, xarici siyasətimizin alt-üst edilməsinin, insanlara bədnam münasibətin, jurnalistlərin döyülüb-söyülməsi, televiziyalara, canlı efirə basqıların şahidi olmuşuq. Yüzlərlə belə fakt sadalamaq olar ki, birillik hakimiyyətləri dövrü onların cizgilərini, obrazlarını ortaya qoymağa kifayət edər. Əlinizdə imkan olanda nə etdiniz, ay yaramazlar? Bu xalqa yalnız qənim kəsildiniz, xalqa zərbə vurmaqla məşğul oldunuz, ay radikallar, Əli Kərimli və ətrafı!”

Vüqar Rəhimzadə bildirib ki, “Milli Şura”nın əhalinin rifahının yüksəldilməsi ilə bağlı hakimiyyətin atacağı addımlara dair sızan məlumatları əlində bayraq edib siyasi xal qazanmağa cəhd göstərməsi gülüncdür: “Bu da o hadisələri unutdurmaq üçün siyasi manevrdir. Azərbaycan xalqı kimin kim olduğunu çox yaxşı bilir, heç kim heç nəyi unutmayıb.

Prezident İlham Əliyev təkcə bu gün yox, həmişə bu millətin, bu dövlətin yanındadır. Hansı qərarlar qəbul edilirsə, hansı sərəncamlar imzalanırsa hamısı vətəndaşlarımıza xidmət nümunəsini ortaya qoyur. Su və qaz xətlərinin çəkilişi, yeni aeroportların salınması, məktəblərin, səhiyyə müəssisələrinin tikintisi, digər sahələrdə görülən işlər insanların həyat şəraitinin yaxşılaşmasına xidmət göstərir. Cənab Prezidentin qarşıya qoyduğu ən böyük hədəflərdən biri də odur ki, dünyada ən yaxşı yaşayan insanlar Azərbaycan vətəndaşları olmalıdır”.

S.Xankişiyeva

 

Paylaş:
471

Son xəbərlər

Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, araşdırma aparılırBu gün, 14:30Sadır Japarov: İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyini inamla qururBu gün, 14:16İlham Əliyev: Qırğız Respublikası ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyırBu gün, 14:02Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİBBu gün, 14:00Qırğızıstan Ağdamda məktəb binası inşa edəcəkBu gün, 13:58Taleh Kazımov ABŞ Xəzinədarlıq Departamenti ilə maliyyə sabitliyini müzakirə edibBu gün, 13:33Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası keçirilib - FOTO - YENİLƏNİBBu gün, 13:31Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıbBu gün, 13:19ABŞ nümayəndələri “ASAN xidmət”də olub - FOTOBu gün, 12:46Məhkəmə MMA döyüş növü üzrə tanınmış baş məşqçi və üç idmançı barədə qərar qəbul edibBu gün, 12:32Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilibBu gün, 12:06Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıbBu gün, 12:03AQTA-dan bazar rəhbərlərinə xəbərdarlıq: Ən sərt tədbirlər görüləcəkBu gün, 11:59Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOBu gün, 11:55FHN avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edibBu gün, 11:54Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİBBu gün, 11:38Sabah 31 dərəcə isti olacaq - ProqnozBu gün, 11:30İlkin səhiyyə xidməti təkmilləşdirilirBu gün, 11:27Bərdədə 45 yaşlı kişi tərəfindən qaçırılan 23 yaşlı qız tapılıbBu gün, 11:23İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşdüBu gün, 10:59
Bütün xəbərlər